Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1982-ci il

Bakı, 4 noyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

4 yanvar. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Bakı Neft Emalı zavodunda yeni qurğuların inşasının başa çatması ilə əlaqədar keçirilən tədbirdə iştirak edib.

14 yanvar. Şuşada Molla Pənah Vaqifin məqbərəsinin, Vaqif Poeziya evinin açılış mərasimlərində çıxış edib. Şuşa Tarix muzeyi ilə tanış olub.

20 yanvar. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Tixon Xrennikov və Niyazinin konsertinə tamaşa edib.

12 fevral. Azərbaycan boru prokat zavodunda keçirilmiş yığıncaqda çıxış edib.

5 mart. Azərbaycan KP MK-nın plenumunda nitq söyləyib.

22 mart. Cəfər Cabbarlının heykəlinin açılışında iştirak edib.

26 mart. “Elektroştamp” Bakı təcrübə-sınaq zavodunda keçirilmiş yığıncaqda çıxış edib.

9 may. C.Naxçıvanski adına respublika hərbi internat məktəbində olub.

10 may. Bakının “Neftçi” komandasının rəhbərləri və futbolçuları ilə görüşüb.

18 may. Bəstəkar Qara Qarayevin dəfn mərasimində nitq söyləyib.

4 iyun. Bakı şəhərində qastrolda olan SSRİ Böyük Teatrının yaradıcı heyətinin bir qrupu ilə görüşüb.

10 iyun. Bakıda görkəmli müğənni Bülbülün ev-muzeyinin açılışında iştirak edib.

2-3 iyul. Lənkəran şəhər və Astara rayon partiya komitələrinin plenumlarında nitq söyləyib.

17 iyul. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin 60 illik yubiley tədbirində çıxış edib.

29 iyul. Şuşada Vaqif poeziya günlərində iştirak edib.

31 iyul. Xankəndidə Azərbaycan yaradıcılıq ittifaqlarının idarə heyətlərinin birləşmiş səyyar plenumunda nitq söyləyib.

3 avqust. Şuşada Natəvanın abidəsinin açılışında nitq söyləyib.

7 sentyabr. Pambıqçılıq rayonlarının partiya-təsərrüfat fəallarının zona müşavirələrini keçirib.

11 sentyabr. Üzümçülük rayonlarının partiya-təsərrüfat fəallarının zona müşavirələrində çıxış edib.

24 sentyabr. Azərbaycana gəlmiş L.İ.Brejnevi qarşılayıb. Təntənəli yığıncaqda nitq söyləyib.

1-2 oktyabr. Naxçıvan MSSR-ə səfər edib.

5 oktyabr. Respublikada keçirilən “Lenfilm” kinostudiyası günlərinin iştirakçılarını qəbul edib.

12 oktyabr. Azərbaycan KP MK-da rəssamlarla görüşüb.

18 oktyabr. M.F.Axundovun 170 illiyinə həsr olunmuş mərasimdə iştirak edib.

25 oktyabr. Azərbaycanın sahə həkimlərinin I qurultayında nitq söyləyib.

26 oktyabr. Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin cənazəsi Sibirdən gətirilib.

2 noyabr. Hüseyn Cavidin Sibirdən gətirilmiş cənazəsi ilə vida mərasimində iştirak edib.

22 noyabr. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilib.

24 noyabr. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilib.

6 dekabr. Moskvaya yola düşüb.

X X X

Ötən əsrin 70-80-ci illərində neft emalı sənayesinin yenidən qurulması üçün irimiqyaslı layihələr həyata keçirildi. Yeni Bakı Neft Emalı Zavodunda (Azərneftyanacaq) ELOU-AVT-6 qurğusu istismara verildi. Bu, o dövr üçün ən müasir, yüksək istehsal gücünə malik kombinə edilmiş atmosfer-vakuum qurğusu idi. 1982-ci il yanvarın 4-də Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin Bakı Neft Emalı zavodunda yeni qurğuların inşasının başa çatması ilə əlaqədar keçirilən tədbirdə iştirak etməsi bu sahəyə verilən önəmin daha bir göstəricisi oldu.

Həmin dövrdə respublikada qara və əlvan metallurgiyanın inkişafı da diqqət mərkəzində idi. 1982-ci il fevralın 12-də Heydər Əliyev Azərbaycan boru prokat zavoduna gedərək poladəridənlərlə və boruyayanlarla görüşdü, onların əmək şəraiti ilə tanış oldu, müəssisə kollektivinin yığıncağında çıxış edərək qarşıda duran vəzifələri müəyyənləşdirdi.

1982-ci ildə Azərbaycanın mədəni-ədəbi mühiti bir sıra tədbirlərlə yaddaqalan oldu. Belə ki, Heydər Əliyevin iştirakı ilə yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsi açıldı. Sovet dövründə xanın vəzirinin şərəfinə məqbərə ucaltmaq böyük cəsarət tələb edirdi. Məhz Heydər Əliyevin əzmi və iradəsi sayəsində buna nail olundu. Dahi rəhbərin məqbərənin açılışında söylədiyi nitq onun Şuşaya, bu qədim şəhərin mədəni mühitinə verdiyi yüksək qiyməti əks etdirirdi.

Sitat. Şuşa qədirbilən şairlər, musiqiçilər, rəssamlar məskəni kimi məşhur olmuşdur. Buranın havasında poeziya və musiqi duyulur, təbiət özü yaradıcılığa ruhlandırır, ilham gətirir. Burada mədəniyyət ustaları üçün yaradıcılıq evi tikmək məqsədəuyğun olardı.

Heydər Əliyev Şuşaya səfəri çərçivəsində, həmçinin “Poeziya evi”ni açdı. Şuşa Tarix muzeyi ilə tanış oldu, Rəsm qalereyasının açılışını etdi. Respublika rəhbəri Üzeyir Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərinə baş çəkdi və oradakı eksponatların qorunmasına dair tövsiyələr verdi.

1982-ci ilin yayında Qarabağa yenidən səfər edən Heydər Əliyev Vaqif Poeziya günlərində iştirak etdi. Onun iştirakı ilə Şuşada şairə Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Xankəndidə Azərbaycan yaradıcılıq ittifaqlarının idarə heyətlərinin birləşmiş səyyar plenumunda nitq söylədi.

1969-1982-ci illərdə Şuşa şəhərinin siması xeyli dəyişdi. Keçmişdə tikilmiş binalar, tarixi abidələr bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, mehmanxana kompleksləri, inzibati binalar tikildi. Bununla yanaşı, Şuşa ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi.

1982-ci ildə ölkənin mədəni-ictimai həyatında digər mühüm hadisə oktyabrın 26-da Hüseyn Cavidin cənazəsinin Uzaq Sibirdən Bakıya, noyabrın 2-də isə Naxçıvana gətirilməsi oldu. Bundan sonra Cavidin əsərləri kütləvi tirajlarla nəşr edildi, yubiley tədbirləri keçirildi, əsərləri teatr səhnələrinə çıxdı, adı küçələrə, məktəblərə, kitabxanalara verildi.

Həmin dövrdə Bakıda Cəfər Cabbarlının heykəli və Bülbülün ev-muzeyi açıldı, Mirzə Fətəli Axundovun 170 illiyi, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin 60 illiyi qeyd olundu. Heydər Əliyev həmin tədbirlərdə şəxsən iştirak etdi.

Böyük Teatrın yaradıcı heyətinin qastrolu, “Lenfilm” kinostudiyasının günləri Bakının mədəni həyatına rəng qatdı.

Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində respublikada həkim kadrlarının hazırlığı yüksək vüsət aldı, ölkədə tibb elminin müxtəlif istiqamətləri üzrə konfranslar, forumlar keçirildi. 1982-ci il oktyabrın 25-də sahə həkimlərinin birinci qurultayında iştirak edən respublika rəhbəri qurultayda səslənən fikirləri, qaldırılan məsələləri nəzərə alaraq, “Əhalinin sağlamlığının qorunmasına dair əlavə tədbirlər haqqında” qərar qəbul etdi.

Dahi rəhbərin gördüyü böyük işlər, yüksək təşkilatçılıq qabiliyyəti, Azərbaycanı qısa müddətdə iqtisadi baxımdan ittifaq miqyasında öncüllər cərgəsinə çıxarması, SSRİ-nin beynəlxalq əlaqələrinin genişlənməsində Heydər Əliyevin rolu Mərkəzi hökumətin diqqətindən yayınmadı. O, 1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçildi, noyabrın 24-də SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edildi.

Heydər Əliyevin Cəfər Cabbarlının abidəsinin açılış mərasimindəki nitqindən

• Cəfər Cabbarlı əsərlərində öz dövrünün fəlsəfəsini və psixologiyasını, dövrlər arasındakı qırılmaz əlaqəni, xalqın tarixi müqəddəratının rəşadətli səhifələrini açıb göstərmişdir.

Şair, nasir və dramaturq Cabbarlının yaradıcılığı çoxşaxəlidir. Onun gördüyü işlər - sözün əsl mənasında, yorulmaz əmək fədaisinin hünəridir. O, müasir Azərbaycan dramaturgiyasının bünövrəsini qoymuşdur, bu dramaturgiyanın inkişafının əsas istiqamətlərini müəyyən etmişdir.

• Azərbaycan kino sənətinin təşəkkülü, o illərin dram və opera səhnələrinin ən yaxşı tamaşaları, parlaq publisistika və dərin professional teatr tənqidi Cabbarlının adı ilə bağlıdır.

• Cabbarlının simasında Azərbaycan mədəniyyəti elə bir yeni tipli sənətkar tapdı ki, onun üçün ədəbiyyat və sənət yalnız real həyatı əks etdirmək vasitəsi deyildi, həm də həyatın mürəkkəb inkişafına fəal müdaxilə etmək vasitəsi idi.

• Cəfər Cabbarlı ustad bir tərcüməçi kimi böyük yaradıcılıq rəşadəti göstərərək doğma Azərbaycan mədəniyyətinin üfüqlərini genişləndirmiş, Lev Tolstoyun qüdrətini və dühasını, Şekspirin fəlsəfi dərinliyini, Şillerin romantizmini, Maksim Qorkinin həqiqətpərvər yaradıcılığını Azərbaycan oxucusuna çatdırmışdır.

Qara Qarayevin dəfn mərasimindəki nitqindən

• Qara Qarayev bizə özünün bədii dəyərinə görə valehedici irs qoyub getmişdir. Bu irs opera və baletdən tutmuş süitalar və mahnılaradək bütün bəstəkarlıq janrlarını əhatə edir. Qara Qarayev bu janrların hər birində Azərbaycanın musiqi sənətində yeni yollar açan, onun dünyaşöhrətini ucaldan əsərlər yaratmışdır.

• Qara Qarayevin dünya miqyasında şöhrət qazanmış və təqdir olunmuş əsərləri bütün sovet musiqi sənətinin inkişafında mühüm mərhələdir.

• Qara Qarayevin öz təbiətinə görə milli olan əsərləri məzmunu, ruhu və mahiyyəti etibarı ilə beynəlmiləl əsərlərdir. Onlar Azərbaycan xalqının qədim musiqi mədəniyyətinin bütün zənginliyini, Qarayevin böyük müəllimləri Üzeyir Hacıbəyovun və Dmitri Şostakoviçin, rus, dünya klassik və müasir musiqisi korifeylərinin bütöv bir dəstəsinin yaradıcılığını özündə təcəssüm etdirir.

• Qara Qarayev özünün erudisiyası, yüksək professional və ümumi mədəniyyəti, hərtərəfli biliyi ilə təkcə bəstəkarların deyil, həm də bütün Azərbaycan mədəniyyəti xadimlərinin estetik baxışlarının formalaşmasına və yaradıcılıq sarıdan yüksəlişinə çox böyük təsir göstərmişdir.

Azərbaycan Dövlət Simfonik Orkestrinin yaranmasının 60 illik yubileyindəki nitqindən

• Bu gün fərəh hissilə deyirik ki, Azərbaycan simfonizminin ən yaxşı nümunələri dünyanın müasir musiqi sənətinin nailiyyətləri səviyyəsinə yüksəlmişdir, Azərbaycanda yetkin, orijinal simfonik məktəb formalaşmışdır. Azərbaycan bəstəkarlarının ən yaxşı əsərləri sovet musiqisinin qızıl fonduna daxil olmuşdur. Azərbaycan simfonik musiqisini bütün dünyada geniş miqyasda tanıtmışdır.

• Tam əsasla demək olar ki, simfonik musiqi sahəsində Azərbaycan bəstəkarlarının müvəffəqiyyətləri Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır.

• Janr və forma etibarilə simfoniya musiqi sənətinin nailiyyətlərinin zirvəsidir, qiymətli mənəvi sərvətlərin təcəssümüdür. Simfonizmin əsasını musiqinin yüksək sosial qayəsi, insanın mənəviyyatca kamilləşməsində onun böyük rolu haqqında humanist ideya təşkil edir. Məhz buna görə də simfonik musiqinin bədii cəhətdən yüksək səviyyədə ifa olunması ifaçılıq sənətinin məsul vəzifəsidir, onun nailiyyətlərinin meyarıdır. Orkestr bu mürəkkəb yaradıcılıq vəzifəsini öz işində müvəffəqiyyətlə yerinə yetirir.

Azərbaycan rəssamları ilə görüşdəki nitqindən

• Azərbaycanın təbiəti, bizim səmanın, dağların və düzənlərin, bizim dənizin əlvan boyaları təsviri sənət ustaları üçün tükənməz ilham mənbəyidir.

• Xalqımızın zəngin keçmişini, onun qəhrəmanlıq tarixini təsviri sənətdə əks etdirməkdən ötrü rəssamın qarşısında geniş fəaliyyət meydanı açılır. Bizim qədim mədəniyyətimiz vardır.

• Təsviri sənətin bütün janrları bizim üçün əhəmiyyətlidir. Lakin ənənəyə görə təsviri sənətdə rəngkarlıq üstün mövqe tutur. Biz istərdik ki, özünəməxsus milli koloritə malik Azərbaycan rəngkarlıq məktəbi eyni zamanda dünya rəngkarlığının nailiyyətlərinə tam uyğun şəkildə inkişaf etsin.

• Hər bir rəsm əsəri tamaşaçılarda özünün təkcə daxili fəlsəfəsi, məzmunu, mövzunun, qayənin dərindən açılması ilə deyil, həm də, rəng çalarları ilə, boyaların zəngin palitrası ilə sevinc, fərəh hissi doğurmalıdır.

• İllüstrasiya sahəsində, Nizaminin, Xaqaninin, Füzulinin, Nəsiminin, Vaqifin və Azərbaycan poeziyasının başqa klassiklərinin yaradıcılığının motivləri əsasında rəsm əsərləri yaratmaq sahəsində iş rəssamlar üçün mühüm fəaliyyət meydanıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elvin Camalov: Doqquz ayda qeyri-neft-qaz ixracı 20,5 faiz artıb

Azərbaycan Premyer Liqasının XXI turu “Zəfər turu” elan edilib

Aparat rəhbəri: Bu günədək 633 investisiya təşviqi sənədi verilib

Fransada 17 oktyabr etirazlarından sonra 329 nəfər həbs edilib

Nazirlik: İşğaldan azad edilmiş ərazilərin bərpasına büdcədən indiyədək 26 milyard manatadək vəsait yönəldilib

Qeyri-neft-qaz sənayesində 6,3 faizlik artım qeydə alınıb

Bu il Səngəçal terminalından ixrac edilən neft və kondensatın həcmi 13 faiz azalıb

AQTİ rəsmisi: Arıqlama çayları piy kütləsini deyil, bədəndəki suyu və əzələni itirir

Azərbaycanın Zəfər Günü CAR-da qeyd olunub

Sahil Babayev: Növbəti ildə sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat proqnozlaşdırılır

Amerikalı ekspert: Avropanın müxtəlif ölkələrində etirazlar uzun müddət davam edə bilər

Maliyyə naziri: 2027-ci ildə səhiyyə xərcləri büdcə xərclərinin təqribən 5 faizi olacaq

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək

® Mərkəzi Gömrük Hospitalında dislipidemiyaya həsr edilmiş ödənişsiz elmi simpozium təşkil olunacaq

Rəhman Hacıyev: Qarabağda daşınmaz əmlak bazarına investorların cəlb olunması üçün geniş imkanlar yaranıb

Qazaxıstanda Aral-Xəzər magistralının tikintisini 2028-ci ilin sonunda başa çatdırmaq planlaşdırılır

Sahil Babayev: Növbəti ildə büdcə üzrə təhsil xərcləri 5,1 milyard manat proqnozlaşdırılır

Nazir: Gələn il ümumi dövlət xidmətlərinə 5,5 milyard manat xərclənməsi proqnozlaşdırılır

Mərkəzi Bankın sədri: Bank sektorunun struktur likvidlik profisiti 2,2 dəfə artıb

Maliyyə naziri: Gələn ilin dövlət büdcəsinin xərclərində cari xərclər 26,4 milyard manat proqnozlaşdırılır

Bakı metrosunda NFC sistemi ilə 74 milyonadək ödəniş edilib

Sahil Babayev: Gələn il dövlət borclarına xidmətlə bağlı xərclər 2,2 milyard manat qiymətləndirilir

Taleh Kazımov: Gələn il inflyasiya səviyyəsinin hədəf daxilində olacağı gözlənilir

Bruno Retayo: Fransada immiqrantların yarısı yoxsulluq şəraitində yaşayır

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

Sağlamlıq turizmi üzrə beynəlxalq ekspertlər Bakıda bir araya gəlib- YENİLƏNİB

Avropanın təqdim etdiyi demokratik dəyərlərlə real siyasi davranışı arasındakı ziddiyyətlər bir daha üzə çıxdı - ŞƏRH

Taleh Kazımov: Qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş inflyasiyanı artırıb

Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər

Deputat: Ədəbiyyatda Qarabağ mövzusu müharibə təsvirindən qayıdışın bədii ifadəsinə doğru inkişaf edib

Zərdabda fermer və sahibkarlar aqrar sahədə dəstək mexanizmləri barədə məlumatlandırılıb

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub

Sosial Xidmətlər Agentliyi ötən dövrdə 953 uşağın ailələrinə qayıtmasını təmin edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNƏCƏK VİDEO

Sahil Babayev: Naxçıvan MR-in gəlir və xərcləri növbəti ildə 510 milyon manat qiymətləndirilir

“Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında tarixə düşüb

Nazir: Gələn ilin dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək

Britaniya kralının qardaşı məhkəmədə ifadə verəcək

Fransada milli dəmir yolu şirkəti ümummilli tətil ərəfəsində əməkdaşlarına 400 avro məbləğində mükafat təklif edib

Azərbaycanda yeni yataqların istismarı qızıl hasilatını artıra bilər – Ekspert rəyi

Çin Demokratların qələbəsindən sonra ABŞ ilə konstruktiv strateji münasibətlər qurmağa çağırıb

Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək

Maliyyə naziri: Gələn il Neft Fondunun gəlirləri 7,8 milyard dollar qiymətləndirilir

Sahil Babayev: Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olacaq

"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri artıb

Nazir: 2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır

“Qırmızı Ürəklər” təqaüd proqramına qəbul başladı – tələbələrə aylıq 200 manat veriləcək

Adıgeydə dron hücumuna məruz qalan “Ozon” mərkəzində yanğın baş verib

Azərbaycan qlobal əhəmiyyətli müzakirələrə ev sahibliyi edən ölkə kimi tanınır - RƏY

Qazaxıstan parlamenti Asiya İnkişaf Bankı ilə 15 illik kredit müqaviləsini təsdiqləyib

Bu saata olan əsas xəbərlər

Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum REPORTAJ

Vətən müharibəsinin xronikası: 4 noyabr

“Ədəbi proses – 2025”: Zəfər diskursundan Böyük Qayıdış ideyasına

Azərbaycanın ÜDM-i 2027-ci ildə 141 milyard manat səviyyəsində proqnozlaşdırılır

BDU-da “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində görüş təşkil edilib

Komitə sədri: Gələn ilin büdcə gəlirləri 39,2 milyard manat proqnozlaşdırılır

Əmlakın könüllü verilməsi hansı hallarda dələduzluq hesab olunur? – Ali Məhkəmədən izah

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ayısəsi məbədi

FHN: Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın söndürülüb

SMIIC-in Baş Assambleyasının iclasında halal standartlaşdırma məsələləri nəzərdən keçirilib

2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri və prinsipləri açıqlanıb

Anar Bayramov: Azərbaycanın tibbi turizm indeksi üzrə reytinq cədvəlinə daxil olması əsas hədəflərdəndir

General-mayor Gündüz Əbdülov: Müdafiə və təhlükəsizlikdə qurumlararası əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir

“Qarabağ” Futbol Akademiyasının direktoru: “Dinamo” ilə ilk oyun bizə ümid verdi

“Saudi Aramco” Şərq-Qərb neft kəmərinin genişləndirilməsinə başlayıb

Fiziki sərhədlərdən mənəvi bütövlüyə: ideoloji risklər niyə təhlükəlidir? - ŞƏRH

Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur

“Turan”ın voleybolçusu: Əldə etdiyimiz uğur komandanın əzmkarlığının nəticəsidir

İran 4 ölkənin gəmilərinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ mediası: Miçiqan ştatından Konqresə ilk müsəlman senator seçilib

Qızılın qiyməti psixoloji hədd hesab olunan 4000 dollardan yuxarıdır

Parlamentdə 2027-ci ilin dövlət büdcəsi müzakirə edilir

Demokratların qələbəsi fonunda dollar və Asiya fond bazarlarında geriləmə müşahidə olunur

Alimlər yadplanetli həyatın axtarışında virtual Yer modeli yaradıblar

Avropanı qışda çətin günlər gözləyir

Elmi yanaşmalar və təcrübələrin mübadiləsi: coğrafiyaçılar Bakıda bir araya gəlib

UEFA Avropa Liqasında IV tura Fransada start verilir

Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq

® “Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da

Ədliyyə Nazirliyi bələdiyyələrə xəbərdarlıq: Qanunsuz ödəniş tələblərinə inanmayın

İran parlamentinin spikeri: ABŞ-də seçicilər müharibəni rədd ediblər və Tehran bu mesajı dəstəkləyir

Elgün Cavadov: Sağlamlıq turizminin inkişafı üzrə müvafiq konsepsiya hazırlanacaq

İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır

Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

“Sabah” və “Qarabağ” bu gün UEFA Gənclər Liqasında meydana çıxacaq

Azərbaycançılıq – xalqımızı birləşdirən siyasi və mənəvi gücdür – MƏQALƏ

Demokratlar Partiyası ABŞ Nümayəndələr Palatasında da qalib gəlib

Keyfiyyət informasiya sisteminin metrologiya modulu BMT-nin beynəlxalq referans nümunəsi seçilib

Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub

30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim VİDEO

30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim VİDEO

Beynəlxalq Telekommunikasiya İttifaqı: Dünya əhalisinin 76 faizi internetdən istifadə edir

Dövlət Turizm Agentliyinin sədri: Bu konfrans ölkəmizin tibbi turizm potensialının tanıdılmasında mühüm addımdır

Buzovna dairəsinin altındakı yol qovşağında nəqliyyatın hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılacaq

Fuad Nağıyev: Sağlamlıq turizmi yeni Dövlət Proqramında prioritet istiqamətlərdən biridir

İkinci Tyanşan Forumunda Azərbaycanın Mərkəzi Asiya regionu ilə əməkdaşlıq prioritetləri diqqətə çatdırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi oktyabr ayının statistikasını açıqlayıb

Beynəlxalq Əmək Təşkilatı: Qadınların rəhbərlik etdikləri biznes qurumları daha yaxşı nəticələr əldə edir

Energetika naziri Oğuzda vətəndaşların müraciətlərini dinləyəcək