Bakı metrosunda NFC sistemi ilə 74 milyonadək ödəniş edilib
Bakı, 4 noyabr, AZƏRTAC
Ötən bir ildə "Bakı Metropoliteni" QSC-də NFC texnologiyası vasitəsilə 73 milyon 889 min 384 ödəniş həyata keçirilib.
AZƏRTAC QSC-yə istinadla xəbər verir ki, bu, ümumi ödənişli sərnişinlərin 63,8 faizini təşkil edir.
NFC texnologiyasından ən çox istifadə cari ilin aprel ayında qeydə alınıb. Həmin ay ərzində bu üsulla 8 milyon 57 min 376 ödəniş həyata keçirilib.
İllik orta göstəricilərə əsasən, metroda gündəlik ödənişlərin 60 faizindən çoxu NFC vasitəsilə həyata keçirilir.
Bu göstəricilər sərnişinlərin ödəniş zamanı daha sürətli, rahat və əlçatan rəqəmsal ödəniş üsullarına üstünlük verdiyini göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [17:11]
bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb
- 04.11.2026 [16:54]
® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə
- 04.11.2026 [16:53]