Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovadan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Zati-alinizi və Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə Türk Mədəniyyəti və İrsi Fondu adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Bu əlamətdar gün Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinə milli iradənin, sarsılmaz birliyin və Vətənə bağlılığın təntənəsi kimi yazılmışdır. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə yalnız Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bərabər, həm də xalqın tarixi yaddaşında dərin iz qoyan, gələcək nəsillər üçün qürur və örnək mənbəyi olan böyük bir hadisədir.
Sizin müdrik rəhbərliyinizlə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, doğma torpaqlarına qayıdan insanların həyatının yenidən qurulması, tarixi və mədəni irs nümunələrinin bərpası Azərbaycanın inkişaf yolunun mühüm göstəricisidir.
Zəfər Günü, eyni zamanda, bütün Türk dünyası üçün ortaq qürur və həmrəylik rəmzinə çevrilmişdir.
Bu xüsusda, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyinin uğurla başa çatmasını xüsusi qeyd etmək istərdim. Sədrliyiniz dövründə irəli sürülən təşəbbüslər və həyata keçirilən tədbirlər təşkilatın fəaliyyətinə, üzv dövlətlər arasında əməkdaşlığın dərinləşməsinə və Türk dünyasının beynəlxalq mövqeyinin gücləndirilməsinə mühüm töhfə vermişdir.
Fürsətdən istifadə edərək, Zati-alinizi, həmçinin 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə də təbrik edirəm. Üçrəngli Azərbaycan Bayrağı müstəqilliyin, milli kimliyin və dövlət suverenliyinin rəmzi olmaqla yanaşı, Zəfərdən sonra ölkənin bütün ərazisində qürurla dalğalanaraq yeni tarixi məna qazanmışdır. Qoy, bayrağınız daim yüksəklərdə dalğalansın!
Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə davamlı sülh, sabitlik və firavanlıq arzulayıram.
Dərin hörmət və ehtiramla,
Aktotı Raimkulova
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti