“Turan”ın voleybolçusu: Əldə etdiyimiz uğur komandanın əzmkarlığının nəticəsidir
Bakı, 4 noyabr, AZƏRTAC
Qələbə qazanmaq çox çətin oldu. Düşünürəm ki, əldə etdiyimiz uğur fərdi performansın deyil, bütün komandanın əzmkarlığının nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri CEV Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın “Maritza Plovdiv” klubunu 3:0 hesabı ilə məğlub edən “Turan” komandasının voleybolçusu Yanq Hanyu deyib.
O, növbəti oyunda da qələbə qazanmağa ümid etdiklərini bildirib: “Ümid edirəm ki, doğma meydanda keçiriləcək cavab görüşündə də qalib gələ biləcəyik. Hazırda çox həyəcanlıyam və hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Çox xoşbəxtəm. Ümid edirəm ki, növbəti oyunda heyətimiz tam olacaq. Bütün komanda üzvlərinin bir araya gələrək mübarizə aparması məni sevindirir. Komanda yoldaşlarıma təşəkkür edirəm”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü noyabrın 10-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [17:20]
İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib
- 04.11.2026 [15:35]
Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb
- 04.11.2026 [14:31]
“Qalatasaray” rusiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir
- 04.11.2026 [13:22]