Azərbaycan Dövlət İnformasiya Agentliyi

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

Bakı, 4 noyabr, AZƏRTAC

Müasir dövrdə enerji təhlükəsizliyi, iqtisadi inkişaf və ekoloji dayanıqlılıq beynəlxalq münasibətlərin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycanın coğrafi mövqeyi, Xəzər dənizindəki enerji ehtiyatları, əlverişli Günəş və külək şəraiti, inkişaf etmiş enerji infrastrukturu, eləcə də Avropa ilə Asiya arasında yerləşməsi ölkəyə enerji sahəsində xüsusi strateji üstünlüklər qazandırır. Xüsusilə son illərdə yaşıl enerji siyasətinin genişləndirilməsi Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcını qoyub.

Azərbaycanın alternativ enerji imkanları kifayət qədər genişdir. Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin məlumatlarına əsasən, ölkənin bərpaolunan enerji mənbələri üzrə iqtisadi cəhətdən səmərəli və texniki baxımdan yararlı potensialı təxminən 27 min meqavat (MVt) qiymətləndirilir. Bu potensialın mənbələr üzrə bölgüsü belədir: Günəş enerjisi üzrə 23 min MVt, külək enerjisi üzrə 3000 MVt, bioenerji üzrə 380 MVt, dağ çaylarının hidroenerji potensialı üzrə isə 520 MVt.

Bununla yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda dəniz külək enerjisinin texniki potensialı 157 giqavat (GVt) qiymətləndirilir. Bu göstərici Azərbaycanın gələcəkdə yalnız daxili enerji tələbatını ödəyən deyil, həm də böyük həcmdə yaşıl elektrik enerjisi ixrac edən ölkəyə çevrilə biləcəyini göstərir.

Ötən il külək və Günəş elektrik stansiyalarında ümumilikdə 769,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici əvvəlki illə müqayisədə 162,3 milyon kilovat-saat artıb. Bu da ölkədə alternativ enerji istehsalının genişləndirilməsinin konkret göstəricisidir.

Azərbaycanın yaşıl enerji strategiyasının mühüm istiqamətlərindən biri beynəlxalq investisiyaların cəlb edilməsi və iri enerji layihələrinin həyata keçirilməsidir. Qaradağ Günəş Elektrik Stansiyası bu sahədə mühüm layihələrdən biridir. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində inşa edilmiş stansiyanın gücü 230 MVt-dır. Stansiyanın ildə təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsal etməsi, 110 milyon kubmetr təbii qaza qənaət olunmasına və atmosferə karbon emissiyalarının 200 min ton azaldılmasına imkan yaradacağı gözlənilir.

Digər mühüm layihə Xızı-Abşeron Külək Elektrik Stansiyasıdır. Gücü 240 MVt olan bu layihə Azərbaycanın külək enerjisi potensialından istifadənin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

İşğaldan azad edilmiş ərazilərdə də alternativ enerji layihələri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları hidroenerji, Günəş və külək enerjisi baxımından böyük imkanlara malikdir. Energetika Nazirliyinin məlumatına əsasən, azad edilmiş ərazilərdə ümumi gücü 307 MVt olan 38 kiçik su elektrik stansiyası fəaliyyət göstərir. Əlavə olaraq, 48,5 MVt gücündə 11 stansiyanın tikintisi nəzərdə tutulur.

Cəbrayıl rayonunda isə 340 MVt gücündə Şəfəq Günəş Elektrik Stansiyası layihəsi həyata keçirilir. Bu layihələr həmin ərazilərin enerji təminatının yaxşılaşdırılması ilə yanaşı, Qarabağın yaşıl enerji zonasına çevrilməsinə də xidmət edir.

Azərbaycanın enerji siyasətində əsas məqsədlərdən biri alternativ enerji istehsalını artırmaqla yanaşı, ölkəni regionun mühüm enerji tranzit mərkəzinə çevirməkdir. Bu baxımdan Xəzər dənizi, Cənubi Qafqaz və Avropa arasında yaradılan enerji əlaqələri xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın tranzit imkanları bir neçə mühüm amilə əsaslanır. Bunlara Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ölkələri ilə enerji əməkdaşlığı, Gürcüstan vasitəsilə Qara dənizə və Avropa bazarlarına çıxış, eləcə də Türkiyə üzərindən Avropa enerji bazarına inteqrasiya daxildir. Bu amillər Azərbaycanın ənənəvi enerji tranzitində qazandığı təcrübəni gələcəkdə yaşıl enerji sahəsinə də tətbiq etməsinə imkan yaradır.

Azərbaycanın alternativ enerji tranziti üzrə ən mühüm strateji layihələrindən biri Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizidir. 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Layihənin əsas məqsədi Xəzər dənizində və Azərbaycanda istehsal ediləcək bərpaolunan elektrik enerjisinin Gürcüstan vasitəsilə Qara dənizdən keçən sualtı elektrik kabeli ilə Rumıniyaya və digər Avropa ölkələrinə çatdırılmasıdır.

Bu il layihənin texniki-iqtisadi əsaslandırmasının tamamlanması və beynəlxalq investorlara təqdim edilməsi onun praktiki icrası baxımından mühüm mərhələ olub. Layihə reallaşarsa, Azərbaycan Avropanın enerji təchizatında yalnız təbii qaz deyil, həm də bərpaolunan elektrik enerjisi üzrə mühüm tərəfdaşlardan birinə çevrilə bilər.

Azərbaycanın yaşıl enerji tranzitində digər mühüm istiqamət Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqdır. Bu əməkdaşlığın məqsədi Mərkəzi Asiyanın Günəş və külək enerjisi potensialını Xəzər dənizi üzərindən Azərbaycanla əlaqələndirmək, daha sonra isə Avropa bazarlarına ötürməkdir. Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı da Xəzər Yaşıl Enerji Dəhlizinin texniki-iqtisadi araşdırmalarına dəstək göstərmək məqsədilə bu prosesə cəlb olunub.

Bu layihənin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan gələcəkdə Mərkəzi Asiyada istehsal edilən yaşıl enerjinin Avropa istiqamətində ötürülməsində əsas əlaqələndirici ölkələrdən birinə çevrilə bilər. Beləliklə, ölkənin enerji tranzitindəki rolu Xəzərin qərb sahilindən Avropaya uzanan yeni elektrik enerjisi marşrutları hesabına daha da genişlənə bilər.

Aparılan təhlil göstərir ki, Azərbaycan alternativ enerji istehsalı və tranziti sahəsində mühüm regional və beynəlxalq potensiala malikdir. Ölkənin 27 GVt həcmində iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji potensialı, Xəzər dənizindəki 157 GVt-lıq texniki külək enerjisi potensialı, mövcud enerji infrastrukturu və əlverişli coğrafi mövqeyi bu sahədə strateji üstünlüklər yaradır.

Xüsusilə Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi və Mərkəzi Asiya–Azərbaycan enerji əməkdaşlığı ölkənin gələcək tranzit strategiyasının əsas istiqamətlərindəndir. Bu layihələrin reallaşması Azərbaycanı təkcə neft və qaz ixracatçısı deyil, həm də beynəlxalq yaşıl elektrik enerjisi ticarətinin mühüm iştirakçılarından birinə çevirə bilər.

Beləliklə, Azərbaycanın enerji siyasətində baş verən transformasiya ənənəvi enerji ixracından alternativ enerji istehsalı və tranzitinin genişləndirilməsinə doğru strateji keçidi ifadə edir. Bu keçidin uğuru investisiyaların həcmi, infrastrukturun inkişafı, beynəlxalq əməkdaşlıq və texnoloji modernləşmədən asılı olacaq. Uzunmüddətli perspektivdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən, Mərkəzi Asiya ilə Avropa arasında enerji körpüsü rolunu oynayan və yaşıl enerji bazarında mövqeyini möhkəmləndirən regional enerji mərkəzinə çevrilə bilər.

Müəllif - Rabil Kətanov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək

® Mərkəzi Gömrük Hospitalında dislipidemiyaya həsr edilmiş ödənişsiz elmi simpozium təşkil olunacaq

Rəhman Hacıyev: Qarabağda daşınmaz əmlak bazarına investorların cəlb olunması üçün geniş imkanlar yaranıb

Qazaxıstanda Aral-Xəzər magistralının tikintisini 2028-ci ilin sonunda başa çatdırmaq planlaşdırılır

Sahil Babayev: Növbəti ildə büdcə üzrə təhsil xərcləri 5,1 milyard manat proqnozlaşdırılır

Nazir: Gələn il ümumi dövlət xidmətlərinə 5,5 milyard manat xərclənməsi proqnozlaşdırılır

Mərkəzi Bankın sədri: Bank sektorunun struktur likvidlik profisiti 2,2 dəfə artıb

Maliyyə naziri: Gələn ilin dövlət büdcəsinin xərclərində cari xərclər 26,4 milyard manat proqnozlaşdırılır

Bakı metrosunda NFC sistemi ilə 74 milyonadək ödəniş edilib

Sahil Babayev: Gələn il dövlət borclarına xidmətlə bağlı xərclər 2,2 milyard manat qiymətləndirilir

Taleh Kazımov: Gələn il inflyasiya səviyyəsinin hədəf daxilində olacağı gözlənilir

Bruno Retayo: Fransada immiqrantların yarısı yoxsulluq şəraitində yaşayır

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

Sağlamlıq turizmi üzrə beynəlxalq ekspertlər Bakıda bir araya gəlib- YENİLƏNİB

Avropanın təqdim etdiyi demokratik dəyərlərlə real siyasi davranışı arasındakı ziddiyyətlər bir daha üzə çıxdı - ŞƏRH

Taleh Kazımov: Qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş inflyasiyanı artırıb

Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər

Deputat: Ədəbiyyatda Qarabağ mövzusu müharibə təsvirindən qayıdışın bədii ifadəsinə doğru inkişaf edib

Zərdabda fermer və sahibkarlar aqrar sahədə dəstək mexanizmləri barədə məlumatlandırılıb

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub

Sosial Xidmətlər Agentliyi ötən dövrdə 953 uşağın ailələrinə qayıtmasını təmin edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNƏCƏK VİDEO

Sahil Babayev: Naxçıvan MR-in gəlir və xərcləri növbəti ildə 510 milyon manat qiymətləndirilir

“Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında tarixə düşüb

Nazir: Gələn ilin dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək

Britaniya kralının qardaşı məhkəmədə ifadə verəcək

Fransada milli dəmir yolu şirkəti ümummilli tətil ərəfəsində əməkdaşlarına 400 avro məbləğində mükafat təklif edib

Azərbaycanda yeni yataqların istismarı qızıl hasilatını artıra bilər – Ekspert rəyi

Çin Demokratların qələbəsindən sonra ABŞ ilə konstruktiv strateji münasibətlər qurmağa çağırıb

Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək

Maliyyə naziri: Gələn il Neft Fondunun gəlirləri 7,8 milyard dollar qiymətləndirilir

Sahil Babayev: Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olacaq

"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri artıb

Nazir: 2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır

“Qırmızı Ürəklər” təqaüd proqramına qəbul başladı – tələbələrə aylıq 200 manat veriləcək

Adıgeydə dron hücumuna məruz qalan “Ozon” mərkəzində yanğın baş verib

Azərbaycan qlobal əhəmiyyətli müzakirələrə ev sahibliyi edən ölkə kimi tanınır - RƏY

Qazaxıstan parlamenti Asiya İnkişaf Bankı ilə 15 illik kredit müqaviləsini təsdiqləyib

Bu saata olan əsas xəbərlər

Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum REPORTAJ

Vətən müharibəsinin xronikası: 4 noyabr

“Ədəbi proses – 2025”: Zəfər diskursundan Böyük Qayıdış ideyasına

Azərbaycanın ÜDM-i 2027-ci ildə 141 milyard manat səviyyəsində proqnozlaşdırılır

BDU-da “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində görüş təşkil edilib

Komitə sədri: Gələn ilin büdcə gəlirləri 39,2 milyard manat proqnozlaşdırılır

Əmlakın könüllü verilməsi hansı hallarda dələduzluq hesab olunur? – Ali Məhkəmədən izah

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ayısəsi məbədi

FHN: Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın söndürülüb

SMIIC-in Baş Assambleyasının iclasında halal standartlaşdırma məsələləri nəzərdən keçirilib

2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri və prinsipləri açıqlanıb

Anar Bayramov: Azərbaycanın tibbi turizm indeksi üzrə reytinq cədvəlinə daxil olması əsas hədəflərdəndir

General-mayor Gündüz Əbdülov: Müdafiə və təhlükəsizlikdə qurumlararası əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir

“Qarabağ” Futbol Akademiyasının direktoru: “Dinamo” ilə ilk oyun bizə ümid verdi

“Saudi Aramco” Şərq-Qərb neft kəmərinin genişləndirilməsinə başlayıb

Fiziki sərhədlərdən mənəvi bütövlüyə: ideoloji risklər niyə təhlükəlidir? - ŞƏRH

Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur

“Turan”ın voleybolçusu: Əldə etdiyimiz uğur komandanın əzmkarlığının nəticəsidir

İran 4 ölkənin gəmilərinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ mediası: Miçiqan ştatından Konqresə ilk müsəlman senator seçilib

Qızılın qiyməti psixoloji hədd hesab olunan 4000 dollardan yuxarıdır

Parlamentdə 2027-ci ilin dövlət büdcəsi müzakirə edilir

Demokratların qələbəsi fonunda dollar və Asiya fond bazarlarında geriləmə müşahidə olunur

Alimlər yadplanetli həyatın axtarışında virtual Yer modeli yaradıblar

Avropanı qışda çətin günlər gözləyir

Elmi yanaşmalar və təcrübələrin mübadiləsi: coğrafiyaçılar Bakıda bir araya gəlib

UEFA Avropa Liqasında IV tura Fransada start verilir

Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq

® “Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da

Ədliyyə Nazirliyi bələdiyyələrə xəbərdarlıq: Qanunsuz ödəniş tələblərinə inanmayın

İran parlamentinin spikeri: ABŞ-də seçicilər müharibəni rədd ediblər və Tehran bu mesajı dəstəkləyir

Elgün Cavadov: Sağlamlıq turizminin inkişafı üzrə müvafiq konsepsiya hazırlanacaq

İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır

Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

“Sabah” və “Qarabağ” bu gün UEFA Gənclər Liqasında meydana çıxacaq

Azərbaycançılıq – xalqımızı birləşdirən siyasi və mənəvi gücdür – MƏQALƏ

Demokratlar Partiyası ABŞ Nümayəndələr Palatasında da qalib gəlib

Keyfiyyət informasiya sisteminin metrologiya modulu BMT-nin beynəlxalq referans nümunəsi seçilib

Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub

30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim VİDEO

30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim VİDEO

Beynəlxalq Telekommunikasiya İttifaqı: Dünya əhalisinin 76 faizi internetdən istifadə edir

Dövlət Turizm Agentliyinin sədri: Bu konfrans ölkəmizin tibbi turizm potensialının tanıdılmasında mühüm addımdır

Buzovna dairəsinin altındakı yol qovşağında nəqliyyatın hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılacaq

Fuad Nağıyev: Sağlamlıq turizmi yeni Dövlət Proqramında prioritet istiqamətlərdən biridir

İkinci Tyanşan Forumunda Azərbaycanın Mərkəzi Asiya regionu ilə əməkdaşlıq prioritetləri diqqətə çatdırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi oktyabr ayının statistikasını açıqlayıb

Beynəlxalq Əmək Təşkilatı: Qadınların rəhbərlik etdikləri biznes qurumları daha yaxşı nəticələr əldə edir

Energetika naziri Oğuzda vətəndaşların müraciətlərini dinləyəcək

® “AccessBank” qadın sahibkarların inkişafına “Access2Success” ilə yenidən dəstək verir

“Sabah” UEFA Çempionlar Liqasında Norveç təmsilçisi ilə üz-üzə gələcək

Əlilliyi olan şəxslərin hüquqlarının qorunması: yeni monitorinqlər və onlayn sorğular

Azərbaycan-Çexiya oyununa hakim təyinatları açıqlanıb

Xətai və Suraxanı rayonlarının bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq

Ağdaş və Göyçayın bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Çempionlar Liqası: “Fənərbağça” “Liverpul”u qəbul edəcək

Qızıl və gümüş bahalaşır VİDEO

Qızıl və gümüş bahalaşır VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Neft sahəsində çalışan müharibə veteranları tarixi Qələbənin ildönümünü qeyd edirlər

İsmayıllıda avtomobilin vurduğu piyada ölüb

Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak sərgisi – AIREX 2026 işə başlayıb