Çinin Azərbaycan muzeyinə hədiyyəsi
İyulun 31-də Çinin Bakıdakı səfirliyi öz ölkəsinin 13 qədim musiqi alətini Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinə bağışlamışdır.
Səfir Çjan Qotsyan hədiyyələrlərin verilməsi mərasimində çıxış edərək bildirdi ki, son illər ölkələrimiz arasında mədəniyyət sahəsində də əlaqələr uğurla inkişaf edir. Azərbaycanın incəsənət xadimləri bu il Pekin beynəlxalq festivalında iştirak etmişlər.
Respublikamızın mədəniyyət naziri Polad Bülbüloğlu qiymətlı hədiyyəyə görə Çin səfirliyinə təşəkkür edərək dedi ki, ölkələrimizin mədəniyyət nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb və o, uğurla həyata keçilir. O bildirdi ki, mədəniyyət nazirliyi də öz növbəsində Çin tərəfinə Azərbaycan xalçaları və qədim milli musiqi alətləri hədiyyə edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [12:25]
Zəfər tariximiz – qürur salnaməmiz
- 03.11.2026 [19:48]
Aktyor İsrael Demidov: BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır
- 03.11.2026 [18:15]