Bolqarıstanda güclü yağışlar daşqınlara səbəb olub, Varnada məktəblər bağlanıb
Bakı, 3 noyabr, AZƏRTAC
Bolqarıstanın Varna şəhərində güclü yağışlar nəticəsində binaları, yolları və yeraltı keçidləri su basıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar çərşənbə axşamı şəhərdə məktəblərdə dərslər dayandırılıb.
AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Regional İdarəsi məlumat yayıb. Bildirilib ki, güclü yağışlar nəticəsində şəhər infrastrukturuna ziyan dəyib.
Rəsmi məlumatlara görə, Varnada yağıntının miqdarı hər kvadratmetrə 76,5 litr təşkil edib. Yaxın günlərdə daha güclü yağışların yağacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [12:45]
Bruno Retayo: Fransada immiqrantların yarısı yoxsulluq şəraitində yaşayır
- 04.11.2026 [12:19]
Britaniya kralının qardaşı məhkəmədə ifadə verəcək
- 04.11.2026 [12:16]
Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək
- 04.11.2026 [12:07]
Adıgeydə dron hücumuna məruz qalan “Ozon” mərkəzində yanğın baş verib
- 04.11.2026 [11:30]
“Saudi Aramco” Şərq-Qərb neft kəmərinin genişləndirilməsinə başlayıb
- 04.11.2026 [11:24]
İran 4 ölkənin gəmilərinin Hörmüzdən keçməsinə icazə verib
- 04.11.2026 [11:23]