Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1975-ci il

Bakı, 26 oktyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

25 mart. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev kinematoqrafçıların III qurultayında iştirak edib.

5 aprel. Yaz-tarla işlərinin vəziyyəti ilə əlaqədar Azərbaycan KP MK-da müşavirə keçirib.

7 may. Faşizm üzərində qələbənin 30 illiyinə həsr edilmiş təntənəli yığıncaqda məruzə edib.

30 iyul. Azərbaycan KP MK-nın plenumunda çıxış edib.

11-12 avqust. Bərdə və İmişli rayonlarına səfər edib.

16 avqust. Tovuz rayonuna səfər edib.

20 avqust. Kür üzərində yeni hidrotexniki qurğunun tikintisi ilə tanış olub.

28 avqust. SSRİ-nin ali məktəblərində təhsil almağa göndərilən tələbələrlə görüşdə nitq söyləyib.

2 oktyabr. Azərbaycanda sovet ədəbiyyatı günlərinin təntənəli açılışında çıxış edib.

4 oktyabr. Sergey Yeseninin Mərdəkandakı ev-muzeyinin açılışında iştirak edib.

6 oktyabr. Səməd Vurğunun ev-muzeyinin açılışında iştirak edib.

13 oktyabr. Pambıqçılıq rayonlarının rəhbərlərinin zona müşavirələrində çıxış edib.

27 oktyabr. Bakı məişət kondisionerləri zavodunun tikintisində iştirak edən yapon şirkətlərinin nümayəndələri ilə görüşüb.

31 oktyabr. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

20 noyabr. Üzeyir Hacıbəyovun ev-muzeyinin açılış mərasimində nitq söyləyib.

28 noyabr. Moskvada Üzeyir Hacıbəyovun 90 illik yubileyinə həsr olunmuş təntənəli gecədə iştirak edib.

13 dekabr. Müslüm Maqomayevin 90 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib.

23 dekabr. Bakıda keçirilən Ümumittifaq elmi konfransında məruzə edib.

25 dekabr. Bakı məişət kondisionerləri zavodunun açılışı münasibətilə keçirilən mitinqdə nitq söyləyib.

X X X

Ulu Öndərin respublikaya rəhbərliyinin birinci dövrü kinomuz yeni inkişaf yoluna qədəm qoyması ilə səciyyəvidir. “Nəsimi”, “Nizami”, “Babək”, “Dədə Qorqud” kimi tarixi filmlər məhz həmin dövrdə yarandı. Kinematoqrafiya sahəsində çalışanların məişət şəraiti yaxşılaşdırıldı, onlara fəxri adlar verildi. Azərbaycan kinematoqrafçılarının III qurultayında iştirak edən Heydər Əliyev milli kinomuzun uğurlarını qeyd etməklə yanaşı, bu sahənin inkişafı ilə bağlı dəyərli tövsiyələrini verdi.

Heydər Əliyev respublikaya rəhbərliyi dövründə regionların inkişafını daim diqqətdə saxlayır, rayonlara müntəzəm səfərlər edir, kənd təsərrüfatının yüksəlişinə yönəlmiş tədbirlər görürdü.

Bu baxımdan Ulu Öndərin 1975-ci il avqustun 16-da Tovuza səfəri diqqəti cəlb edir. Həmin vaxtdan etibarən rayonda sənaye və istehsal müəssisələrinin yaradılması, üzümçülüyün inkişafı başladı. Heydər Əliyev 1975-ci, 1977-ci, 1980-ci ildə Tovuza səfər edərək rayonda görülən işlərlə tanış olmuş, kənd zəhmətkeşləri ilə görüşlər keçirmişdi.

Cənubi Qafqazda analoqu olmayan və Kür çayından saniyədə 3,6 kubmetr su vuran nasos stansiyası, Kür çayı üzərindən Ceyrançöl qışlaqlarına gedən böyük körpünün salınması, qəsəbə və kəndlərdə çoxmənzilli yaşayış evlərinin, yeni mədəniyyət və istirahət obyektlərinin, xəstəxanaların tikilməsi məhz həmin dövrə təsadüf edib.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk illərdən gənclərin təhsilini diqqətdə saxlayırdı. Ulu Öndər SSRİ-nin ali məktəblərinə göndərilən tələbələrlə, demək olar, hər il görüşür, onların qayğıları ilə maraqlanırdı. Belə görüşlərdən biri də 1975-ci il avqustun 28-də keçirildi. Bu diqqət və qayğının nəticəsi olaraq, ötən əsrin 70-80-ci illərində Sovet İttifaqının nüfuzlu ali məktəblərində 15 mindən çox azərbaycanlı gəncin təhsil alması, yüksəkixtisaslı mütəxəssis kimi hazırlanması təmin olundu.

Həmin dövrdə Azərbaycanda yeni muzeylərin yaradılması prosesi geniş vüsət almışdı. Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə Mərdəkanda Sergey Yeseninin ev-muzeyi açıldı. Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər görkəmli şəxsiyyətlərin memorial-xatirə, mənzil-muzeyləri məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ərsəyə gəldi.

1975-ci il dekabrın 25-də Azərbaycan iqtisadiyyatında mühüm rol oynayan Bakı Məişət Kondisionerləri zavodu işə salındı. Bu nəhəng sənaye kompleksinin Bakıda tikilməsi Heydər Əliyevin xidməti idi. Bakı Məişət Kondisionerləri zavodu Sovet İttifaqında miqyası və texnoloji səviyyəsinə görə bu tipli dördüncü sənaye kompleksi hesab olunurdu.

Heydər Əliyevin zaman və ədəbiyyat haqqında fikirləri

• Tarixin bir-birinə qovuşdurduğu əsrlər bir çox xalqların oğul və qızlarını qızğın məhəbbətlə tərənnüm edən Nizami dühasının ölməz əsərlərini, Füzulinin insanpərvərlik və xeyirxahlıq dolu misralarını, Nəsiminin fəlsəfi fikirdə zəngin lirikasını, Xaqaninin məhəbbət və iztirab tərənnüm edən poemalarını, Vidadi və Vaqifin xalq yaradıcılığı çeşməsindən qidalanan ölməz şerlərini bizə gətirib çatdırmışdır. Tarix tələbkar imtahançıdır. Hökmdarlar, saray əyanları, zülmkarlar unudulub getmişlər. Azərbaycanın böyük mütəfəkkir və humanist şairlərinin təravətdən düşməyən misraları isə bu gün də öz hikməti və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur. Onlar xalqın azadlığı və səadəti haqqında öz dərin fikirlərini və sönməz arzularını əsrlərdən nadanlıq, dini fanatizm, milli əsarət və ictimai ədalətsizlik zülmətindən keçirərək nəsillərə bəxş etmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Taleh Kazımov: Qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş inflyasiyanı artırıb

Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər

Elnarə Akimova: Ədəbiyyatda Qarabağ mövzusu müharibə təsvirindən yaddaş və qayıdışın bədii ifadəsinə doğru inkişaf edib

Zərdabda fermer və sahibkarlar aqrar sahədə dəstək mexanizmləri barədə məlumatlandırılıb

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub

Sosial Xidmətlər Agentliyi ötən dövrdə 953 uşağın ailələrinə qayıtmasını təmin edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNƏCƏK VİDEO

Sahil Babayev: Naxçıvan MR-in gəlir və xərcləri növbəti ildə 510 milyon manat qiymətləndirilir

“Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında tarixə düşüb

Nazir: Gələn ilin dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək

Britaniya kralının qardaşı məhkəmədə ifadə verəcək

Fransada milli dəmir yolu şirkəti ümummilli tətil ərəfəsində əməkdaşlarına 400 avro məbləğində mükafat təklif edib

Azərbaycanda yeni yataqların istismarı qızıl hasilatını artıra bilər – Ekspert rəyi

Çin Demokratların qələbəsindən sonra ABŞ ilə konstruktiv strateji münasibətlər qurmağa çağırıb

Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək

Maliyyə naziri: Gələn il Neft Fondunun gəlirləri 7,8 milyard dollar qiymətləndirilir

Sahil Babayev: Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olacaq

"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri artıb

Nazir: 2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır

“Qırmızı Ürəklər” təqaüd proqramına qəbul başladı – tələbələrə aylıq 200 manat veriləcək

Adıgeydə dron hücumuna məruz qalan “Ozon” mərkəzində yanğın baş verib

Azərbaycan qlobal əhəmiyyətli müzakirələrə ev sahibliyi edən ölkə kimi tanınır - RƏY

Qazaxıstan parlamenti Asiya İnkişaf Bankı ilə 15 illik kredit müqaviləsini təsdiqləyib

Bu saata olan əsas xəbərlər

Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum REPORTAJ

Vətən müharibəsinin xronikası: 4 noyabr

“Ədəbi proses – 2025”: Zəfər diskursundan Böyük Qayıdış ideyasına

Azərbaycanın ÜDM-i 2027-ci ildə 141 milyard manat səviyyəsində proqnozlaşdırılır

BDU-da “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində görüş təşkil edilib

Komitə sədri: Gələn ilin büdcə gəlirləri 39,2 milyard manat proqnozlaşdırılır

Əmlakın könüllü verilməsi hansı hallarda dələduzluq hesab olunur? – Ali Məhkəmədən izah

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ayısəsi məbədi

FHN: Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın söndürülüb

SMIIC-in Baş Assambleyasının iclasında halal standartlaşdırma məsələləri nəzərdən keçirilib

2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri və prinsipləri açıqlanıb

Anar Bayramov: Azərbaycanın tibbi turizm indeksi üzrə reytinq cədvəlinə daxil olması əsas hədəflərdəndir

General-mayor Gündüz Əbdülov: Müdafiə və təhlükəsizlikdə qurumlararası əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir

“Qarabağ” Futbol Akademiyasının direktoru: “Dinamo” ilə ilk oyun bizə ümid verdi

“Saudi Aramco” Şərq-Qərb neft kəmərinin genişləndirilməsinə başlayıb

Fiziki sərhədlərdən mənəvi bütövlüyə: ideoloji risklər niyə təhlükəlidir? - ŞƏRH

Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur

“Turan”ın voleybolçusu: Əldə etdiyimiz uğur komandanın əzmkarlığının nəticəsidir

İran 4 ölkənin gəmilərinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ mediası: Miçiqan ştatından Konqresə ilk müsəlman senator seçilib

Qızılın qiyməti psixoloji hədd hesab olunan 4000 dollardan yuxarıdır

Parlamentdə 2027-ci ilin dövlət büdcəsi müzakirə edilir

Demokratların qələbəsi fonunda dollar və Asiya fond bazarlarında geriləmə müşahidə olunur

Alimlər yadplanetli həyatın axtarışında virtual Yer modeli yaradıblar

Avropanı qışda çətin günlər gözləyir

Elmi yanaşmalar və təcrübələrin mübadiləsi: coğrafiyaçılar Bakıda bir araya gəlib

UEFA Avropa Liqasında IV tura Fransada start verilir

Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq

® “Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da

Ədliyyə Nazirliyi bələdiyyələrə xəbərdarlıq: Qanunsuz ödəniş tələblərinə inanmayın

İran parlamentinin spikeri: ABŞ-də seçicilər müharibəni rədd ediblər və Tehran bu mesajı dəstəkləyir

Elgün Cavadov: Sağlamlıq turizminin inkişafı üzrə müvafiq konsepsiya hazırlanacaq

İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır

Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

“Sabah” və “Qarabağ” bu gün UEFA Gənclər Liqasında meydana çıxacaq

Azərbaycançılıq – xalqımızı birləşdirən siyasi və mənəvi gücdür – MƏQALƏ

Demokratlar Partiyası ABŞ Nümayəndələr Palatasında da qalib gəlib

Keyfiyyət informasiya sisteminin metrologiya modulu BMT-nin beynəlxalq referans nümunəsi seçilib

Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub

30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim VİDEO

30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim VİDEO

Beynəlxalq Telekommunikasiya İttifaqı: Dünya əhalisinin 76 faizi internetdən istifadə edir

Dövlət Turizm Agentliyinin sədri: Bu konfrans ölkəmizin tibbi turizm potensialının tanıdılmasında mühüm addımdır

Buzovna dairəsinin altındakı yol qovşağında nəqliyyatın hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılacaq

Fuad Nağıyev: Sağlamlıq turizmi yeni Dövlət Proqramında prioritet istiqamətlərdən biridir

İkinci Tyanşan Forumunda Azərbaycanın Mərkəzi Asiya regionu ilə əməkdaşlıq prioritetləri diqqətə çatdırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi oktyabr ayının statistikasını açıqlayıb

Beynəlxalq Əmək Təşkilatı: Qadınların rəhbərlik etdikləri biznes qurumları daha yaxşı nəticələr əldə edir

Energetika naziri Oğuzda vətəndaşların müraciətlərini dinləyəcək

Bakıda 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransı işə başlayıb

® “AccessBank” qadın sahibkarların inkişafına “Access2Success” ilə yenidən dəstək verir

“Sabah” UEFA Çempionlar Liqasında Norveç təmsilçisi ilə üz-üzə gələcək

Əlilliyi olan şəxslərin hüquqlarının qorunması: yeni monitorinqlər və onlayn sorğular

Azərbaycan-Çexiya oyununa hakim təyinatları açıqlanıb

Xətai və Suraxanı rayonlarının bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq

Ağdaş və Göyçayın bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Çempionlar Liqası: “Fənərbağça” “Liverpul”u qəbul edəcək

Qızıl və gümüş bahalaşır VİDEO

Qızıl və gümüş bahalaşır VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Neft sahəsində çalışan müharibə veteranları tarixi Qələbənin ildönümünü qeyd edirlər

İsmayıllıda avtomobilin vurduğu piyada ölüb

Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak sərgisi – AIREX 2026 işə başlayıb

İkitəkərli nəqliyyat vasitələrinin sürücülərinə piyada keçidləri ilə bağlı xəbərdarlıq VİDEO

İkitəkərli nəqliyyat vasitələrinin sürücülərinə piyada keçidləri ilə bağlı xəbərdarlıq VİDEO

Vətən müharibəsi şəhidi Babək Həsənovun anım günüdür

BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib

Azərbaycan nefti 113 dollara satılır VİDEO

Azərbaycan nefti 113 dollara satılır VİDEO

Şimali Koreya Yapon dənizinə doğru bir neçə raket atıb

ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Hörmüz boğazı yaxınlığında dəniz minalarına düşən dörd tanker zədələnib

Şimali Koreya ABŞ-nin hazırkı siyasəti fonunda Vaşinqtonla dialoqda maraqlı deyil

Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Böyük Britaniya qida keyfiyyəti standartlarını Aİ ilə uyğunlaşdıracaq

Fransa daxili işlər naziri iğtişaşları hökumətin uğursuzluğu adlandırıb

CNN: Tramp ABŞ-də aralıq seçkilərin nəticələrini Ağ Evdən izləyəcək