Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1974-cü il

Bakı, 25 oktyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

15 yanvar. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev cənub bölgəsinə səfər edib. Səfər çərçivəsində Lənkəran zonasında faraş tərəvəz məhsullarının artırılması və çatdırılması ilə bağlı məsələlər müzakirə olunub.

8 fevral. İstehsalat qabaqcıllarının respublika yığıncağında çıxış edib.

21 fevral. Naxçıvan partiya vilayət komitəsinin və Naxçıvan MSSR Ali Sovetinin təntənəli yığıncağında nitq söyləyib.

29 mart. Pambıqçıların respublika yığıncağında nitq söyləyib.

11 aprel. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

15 aprel. Bakıda keçirilən VII Ümumittifaq kinofestivalının iştirakçıları ilə görüşüb.

13 may. Dünyada ilk qadın kosmonavt, Sovet İttifaqı Qəhrəmanı Valentina Tereşkovanı qəbul edib.

14 may. “Azərbaycan qadını” jurnalının 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib.

31 may. Azərbaycan Dövlət Akademik Dram Teatrının 100 illiyinə həsr olunmuş təntənəli yığıncaqda çıxış edib.

17 iyun. Neft Daşlarının 25 illiyi ilə əlaqədar keçirilən mitinqdə çıxış edib.

18 iyun. Neft Daşlarında neft yataqlarının istismara verilməsinin 25 illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib.

5 iyul. Şəkidə keçirilən seminar-müşavirədə nitq söyləyib.

6 iyul. Şamaxı rayonuna səfər edib.

12 iyul. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

28 avqust. Sovet İttifaqının aparıcı ali məktəblərinə oxumağa gedən azərbaycanlı tələbələrlə görüşüb.

7 sentyabr. Pambıqçılıq rayonları rəhbərlərinin zona müşavirələrində çıxış edib.

4 oktyabr. Naxçıvan MSSR-in yaradılmasının 50 illik yubileyi ilə əlaqədar təntənəli yığıncaqda nitq söyləyib.

15 oktyabr. Azərbaycan zəhmətkeşləri nümayəndələrinin yığıncağında çıxış edib.

5 noyabr. Azərbaycan SSR Dövlət mükafatlarının təqdimetmə mərasimində nitq söyləyib.

8 dekabr. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

30 dekabr. Xəzər ali hərbi-dəniz peşə məktəbinin 35 illiyi münasibətilə keçirilən təntənəli yığıncaqda iştirak edib.

X X X

Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişafında neft sənayesinə xüsusi önəm verir, neftçilərin əməyini yüksək qiymətləndirirdi. Neft Daşlarının 25 illik yubileyinin qeyd olunduğu günlərdə “Möcüzələr adası”na gedən Heydər Əliyev neftçilərlə görüşüb söhbət etdi, onların uğurları ilə tanış oldu, qayğı və problemləri ilə maraqlandı. Daha sonra yubiley tədbirində nitq söylədi, dəniz neftinin tarixindən, neftçilərin hünərindən danışdı. Qabaqcıl neftçilər orden və medallarla təltif olundu.

Yubiley tədbiri indiki Heydər Əliyev sarayında davam etdirildi. Dahi rəhbər buradakı çıxışında da dəniz neftçilərinin fədakar əməyinə yüksək qiymət verməklə yanaşı, bu sahənin inkişaf yollarından bəhs etdi, təkliflərini bildirdi, tapşırıqlar verdi.

Ötən əsrin 70-ci illərində Azərbaycan bütün sahələrdə inkişaf etməyə başladı. Əhalinin rifahı xeyli yaxşılaşdı, geniş quruculuq işləri aparıldı. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev rayonların inkişafını da diqqətdə saxlayırdı.

Moskvanı və Rusiyanın digər şəhərlərini bostan-tərəvəz məhsulları ilə təmin etdiyinə görə Lənkərana “ümumittifaq bostanı” adı verilmişdi. Heydər Əliyev oraya tez-tez gedir, əmək adamları və ziyalılarla görüşür, onların qayğıları ilə maraqlanır, problemlərinin həlli üçün göstərişlər verirdi. Onun hər gəlişindən sonra bu cənub şəhəri daha da abadlaşır, gözəlləşirdi.

Respublika rəhbəri 1974-cü il iyulun 5-də Şəkiyə səfər etdi, orada ümumrespublika müşavirəsi keçirdi. Həmin vaxtdan başlayaraq rayonda köklü dəyişikliklər həyata keçirildi. Şəkinin sel sularından mühafizəsi üçün bəndlərin, Kiş çayı üzərində nəhəng körpünün və Əyriçay su anbarının tikintisinə başlanıldı. Daşüz Atçılıq İdman Mərkəzi istifadəyə verildi, konserv zavodu tikildi.

Şamaxıya ümumilikdə 14 dəfə səfər edən dahi rəhbər bu rayona xüsusi diqqət və qayğı göstərirdi. Şəhərin, kənd və qəsəbələrin siması sürətlə dəyişirdi. Çox keçmədən Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrildi.

1974-1975-ci illərdə Azərbaycan kənd təsərrüfatı məhsulları istehsalının artım sürətinə görə SSRİ-də ön sıraya çıxdı, hər il yeni uğurlar əldə edilməsi ənənə halını aldı. İstehsalat qabaqcılları dövlətin diqqət və qayğısı ilə əhatə olundu. Heydər Əliyev kənd təsərrüfatının əsas inkişaf istiqamətlərini uzaqgörənliklə çox düzgün və dəqiq müəyyən edərdi ki, bu da bitkiçilik və heyvandarlıqda məhsuldarlığın artması ilə nəticələnirdi. Respublikamızda quşçuluq fabrikləri, heyvandarlıq kompleksləri, yem sexləri, müasir texnika ilə təchiz edilmiş bitkiçilik müəssisələri yaradıldı.

Ulu Öndərin respublikaya rəhbərliyinin birinci mərhələsində (1969-1982) xüsusən pambıqçılıq sürətlə inkişaf edirdi. Bu sahənin böyük sənaye potensialı yaradılır, torpaqlarda meliorativ tədbirlər görülür, irriqasiya sistemi qurulur və pambıqçılığın elmi əsaslarla inkişafı təmin olunurdu. Əgər 1969-cu ildə respublikada 300 min ton pambıq istehsal edilmişdisə, 1981-ci ildə bu göstərici 1 milyon tonu ötdü. Həmin illərdə respublika büdcəsinin 22-25 faizini pambıqçılıq təmin edirdi.

O vaxt bölgələrdə pambıqçılıq üzrə zona müşavirələrinin keçirilməsi ənənəyə çevrilmişdi. Həmin müşavirələrdə çıxış edən Heydər Əliyev öz dəyərli tövsiyələrini və müvafiq tapşırıqlarını verirdi. Respublika rəhbəri 1969-1982-ci illərdə pambıqçılığın mərkəzi sayılan Sabirabad rayonuna 14 dəfə səfər etmiş və orada 8 dəfə zona müşavirəsi keçirmişdi.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyətin inkişafına böyük qayğı göstərirdi. 1974-cü ilin aprelində Bakıda Ümumittifaq kinofestivalının keçirilməsi və Heydər Əliyevin festival iştirakçıları ilə görüşü bu sahənin inkişafına təkan verdi.

1974-cü ildə Azərbaycan teatrının 100 illiyinə həsr olunmuş tədbirdə çıxış edən Heydər Əliyev Azərbaycan teatr xadimləri qarşısında ciddi vəzifələr qoydu, gənc kadrların hazırlanması işinə xüsusi diqqət yetirməyi tövsiyə etdi.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə Naxçıvan Muxtar Respublikasının inkişafı ilə bağlı önəmli addımlar atıldı. Dahi şəxsiyyət muxtar respublikada aparılan quruculuq-abadlıq işlərinin vəziyyəti ilə tanış olmaq üçün 1970-1982-ci illərdə qədim diyara 4 dəfə səfər etmişdi. 1978-ci il oktyabrın 15-də, 1980-ci il mayın 24-də, 1982-ci il oktyabrın 2-də reallaşan səfərlərin hər birində Naxçıvanın gələcəyi üçün mühüm qərarlar qəbul edilmişdi.

Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. 1974-cü il noyabrın 5-də elm və texnika sahəsində, ədəbiyyat, incəsənət və arxitektura sahəsində Azərbaycan SSR Dövlət mükafatlarının təqdim olunması bu baxımdan səciyyəvidir.

XXX

Heydər Əliyevin Azərbaycan Dram Teatrının 100 illik yubiley mərasimində nitqindən:

• Azərbaycan Dram Teatrı böyük və şanlı yol keçib. O, Azərbaycanda mütərəqqi ictimai fikrin təşəkkül və inkişafında fəal iştirak edib, öz xalqının mənəvi xəzinəsini zənginləşdirib.

• Xalqın səadəti uğrunda güclü mübarizə vasitələrindən biri də teatr oldu, çünki teatr hamının üzünə açıq olan yüksək bir tribuna, incəsənətin ən demokratik forması idi.

• Azərbaycan teatrı lap əvvəldən realist teatr kimi təşəkkül tapıb, öz banilərinin arzuladıqları kimi, “həyat məktəbi”, “əxlaqı saflaşdırmaq vasitəsi” olmuşdu.

• Teatrlarımızda getdikcə püxtələşən istedadlı gənclər, Azərbaycan teatr sənətinin ən yaxşı realist ənənələrinin ləyaqətli varisləri və davamçıları böyük yaradıcılıq ilhamı ilə işləyirlər.

• Hər tamaşanın yaradılması bir çoxlarının - dramaturqun, rejissorun, aktyorların, dekoratorların, işıq ustalarının və başqalarının böyük və gərgin əməyidir.

• Teatr tamaşası həmişə bir bayramdır. Elə bir insan çətin tapılar ki, səhnə sənəti onun taleyində, dünyagörüşünün, estetik zövqünün formalaşmasında böyük rol oynamasın.

• Bizim bir çox yaxşı xatirələrimiz, təəssüratlarımız, ürək çırpıntılarımız ecazkar sənət ustalarının nəfəsini duymaqda, sevimli qəhrəmanların səsini eşitməkdə, bir növ onların sevinc və kədərinə şərik olmaqda bizə imkan verən teatrla, səhnə ilə bağlıdır.

Azərbaycan SSR Dövlət mükafatlarının təqdim edilməsi mərasimindəki nitqindən:

• Müvəffəqiyyətlərimiz böyük və şəksizdir. Lakin görülmüş işləri layiqincə qiymətləndirməklə, elm, texnika, ədəbiyyat və incəsənət xadimlərinin böyük, səmərəli əməyi üçün minnətdarlığımızı bildirməklə yanaşı, diqqəti yerinə yetirilməmiş vəzifələr üzərində cəmləşdirmək lazımdır. İqtisadiyyat və mədəniyyətin daha intensiv inkişafını təmin etmək bizim borcumuzdur və cəmiyyətimizin mühüm məhsuldar qüvvəsi olan elm, habelə ədəbiyyat və incəsənət bu işdə çox böyük rol oynamalıdır.

• İqtisadiyyatın inkişafındakı müvəffəqiyyətlərdən danışarkən biz yeni kəşflər və onların istehsalatda tətbiqi üçün alimlərimizin xidmətlərini layiqincə qiymətləndiririk. Biz özlərinin yaradıcılığı ilə xalqı yeni əmək qələbələrinə ruhlandıran mədəniyyət xadimlərimizin xidmətlərini layiqincə qiymətləndiririk. Bununla birlikdə biz gözləyirik ki, ziyalılarımız onlardan ötrü yaradılmış imkanlardan yaradıcılıq əməyi üçün və ən əvvəl məhsulun keyfiyyətini yüksəltmək uğrunda, ictimai istehsalın səmərəsini maksimum artırmaq, elmi-texniki tərəqqinin nailiyyətlərini hər vasitə ilə tətbiq etmək uğrunda mübarizədə daha geniş və səmərəli istifadə etsinlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Taleh Kazımov: Qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş inflyasiyanı artırıb

Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər

Elnarə Akimova: Ədəbiyyatda Qarabağ mövzusu müharibə təsvirindən yaddaş və qayıdışın bədii ifadəsinə doğru inkişaf edib

Zərdabda fermer və sahibkarlar aqrar sahədə dəstək mexanizmləri barədə məlumatlandırılıb

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub

Sosial Xidmətlər Agentliyi ötən dövrdə 953 uşağın ailələrinə qayıtmasını təmin edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNƏCƏK VİDEO

Sahil Babayev: Naxçıvan MR-in gəlir və xərcləri növbəti ildə 510 milyon manat qiymətləndirilir

“Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında tarixə düşüb

Nazir: Gələn ilin dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək

Britaniya kralının qardaşı məhkəmədə ifadə verəcək

Fransada milli dəmir yolu şirkəti ümummilli tətil ərəfəsində əməkdaşlarına 400 avro məbləğində mükafat təklif edib

Azərbaycanda yeni yataqların istismarı qızıl hasilatını artıra bilər – Ekspert rəyi

Çin Demokratların qələbəsindən sonra ABŞ ilə konstruktiv strateji münasibətlər qurmağa çağırıb

Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək

Maliyyə naziri: Gələn il Neft Fondunun gəlirləri 7,8 milyard dollar qiymətləndirilir

Sahil Babayev: Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olacaq

"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri artıb

Nazir: 2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır

“Qırmızı Ürəklər” təqaüd proqramına qəbul başladı – tələbələrə aylıq 200 manat veriləcək

Adıgeydə dron hücumuna məruz qalan “Ozon” mərkəzində yanğın baş verib

Azərbaycan qlobal əhəmiyyətli müzakirələrə ev sahibliyi edən ölkə kimi tanınır - RƏY

Qazaxıstan parlamenti Asiya İnkişaf Bankı ilə 15 illik kredit müqaviləsini təsdiqləyib

Bu saata olan əsas xəbərlər

Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum REPORTAJ

Vətən müharibəsinin xronikası: 4 noyabr

“Ədəbi proses – 2025”: Zəfər diskursundan Böyük Qayıdış ideyasına

Azərbaycanın ÜDM-i 2027-ci ildə 141 milyard manat səviyyəsində proqnozlaşdırılır

BDU-da “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində görüş təşkil edilib

Komitə sədri: Gələn ilin büdcə gəlirləri 39,2 milyard manat proqnozlaşdırılır

Əmlakın könüllü verilməsi hansı hallarda dələduzluq hesab olunur? – Ali Məhkəmədən izah

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ayısəsi məbədi

FHN: Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın söndürülüb

SMIIC-in Baş Assambleyasının iclasında halal standartlaşdırma məsələləri nəzərdən keçirilib

2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri və prinsipləri açıqlanıb

Anar Bayramov: Azərbaycanın tibbi turizm indeksi üzrə reytinq cədvəlinə daxil olması əsas hədəflərdəndir

General-mayor Gündüz Əbdülov: Müdafiə və təhlükəsizlikdə qurumlararası əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir

“Qarabağ” Futbol Akademiyasının direktoru: “Dinamo” ilə ilk oyun bizə ümid verdi

“Saudi Aramco” Şərq-Qərb neft kəmərinin genişləndirilməsinə başlayıb

Fiziki sərhədlərdən mənəvi bütövlüyə: ideoloji risklər niyə təhlükəlidir? - ŞƏRH

Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur

“Turan”ın voleybolçusu: Əldə etdiyimiz uğur komandanın əzmkarlığının nəticəsidir

İran 4 ölkənin gəmilərinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ mediası: Miçiqan ştatından Konqresə ilk müsəlman senator seçilib

Qızılın qiyməti psixoloji hədd hesab olunan 4000 dollardan yuxarıdır

Parlamentdə 2027-ci ilin dövlət büdcəsi müzakirə edilir

Demokratların qələbəsi fonunda dollar və Asiya fond bazarlarında geriləmə müşahidə olunur

Alimlər yadplanetli həyatın axtarışında virtual Yer modeli yaradıblar

Avropanı qışda çətin günlər gözləyir

Elmi yanaşmalar və təcrübələrin mübadiləsi: coğrafiyaçılar Bakıda bir araya gəlib

UEFA Avropa Liqasında IV tura Fransada start verilir

Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq

® “Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da

Ədliyyə Nazirliyi bələdiyyələrə xəbərdarlıq: Qanunsuz ödəniş tələblərinə inanmayın

İran parlamentinin spikeri: ABŞ-də seçicilər müharibəni rədd ediblər və Tehran bu mesajı dəstəkləyir

Elgün Cavadov: Sağlamlıq turizminin inkişafı üzrə müvafiq konsepsiya hazırlanacaq

İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır

Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

“Sabah” və “Qarabağ” bu gün UEFA Gənclər Liqasında meydana çıxacaq

Azərbaycançılıq – xalqımızı birləşdirən siyasi və mənəvi gücdür – MƏQALƏ

Demokratlar Partiyası ABŞ Nümayəndələr Palatasında da qalib gəlib

Keyfiyyət informasiya sisteminin metrologiya modulu BMT-nin beynəlxalq referans nümunəsi seçilib

Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub

30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim VİDEO

30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim VİDEO

Beynəlxalq Telekommunikasiya İttifaqı: Dünya əhalisinin 76 faizi internetdən istifadə edir

Dövlət Turizm Agentliyinin sədri: Bu konfrans ölkəmizin tibbi turizm potensialının tanıdılmasında mühüm addımdır

Buzovna dairəsinin altındakı yol qovşağında nəqliyyatın hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılacaq

Fuad Nağıyev: Sağlamlıq turizmi yeni Dövlət Proqramında prioritet istiqamətlərdən biridir

İkinci Tyanşan Forumunda Azərbaycanın Mərkəzi Asiya regionu ilə əməkdaşlıq prioritetləri diqqətə çatdırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi oktyabr ayının statistikasını açıqlayıb

Beynəlxalq Əmək Təşkilatı: Qadınların rəhbərlik etdikləri biznes qurumları daha yaxşı nəticələr əldə edir

Energetika naziri Oğuzda vətəndaşların müraciətlərini dinləyəcək

Bakıda 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransı işə başlayıb

® “AccessBank” qadın sahibkarların inkişafına “Access2Success” ilə yenidən dəstək verir

“Sabah” UEFA Çempionlar Liqasında Norveç təmsilçisi ilə üz-üzə gələcək

Əlilliyi olan şəxslərin hüquqlarının qorunması: yeni monitorinqlər və onlayn sorğular

Azərbaycan-Çexiya oyununa hakim təyinatları açıqlanıb

Xətai və Suraxanı rayonlarının bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq

Ağdaş və Göyçayın bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Çempionlar Liqası: “Fənərbağça” “Liverpul”u qəbul edəcək

Qızıl və gümüş bahalaşır VİDEO

Qızıl və gümüş bahalaşır VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Neft sahəsində çalışan müharibə veteranları tarixi Qələbənin ildönümünü qeyd edirlər

İsmayıllıda avtomobilin vurduğu piyada ölüb

Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak sərgisi – AIREX 2026 işə başlayıb

İkitəkərli nəqliyyat vasitələrinin sürücülərinə piyada keçidləri ilə bağlı xəbərdarlıq VİDEO

İkitəkərli nəqliyyat vasitələrinin sürücülərinə piyada keçidləri ilə bağlı xəbərdarlıq VİDEO

Vətən müharibəsi şəhidi Babək Həsənovun anım günüdür

BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib

Azərbaycan nefti 113 dollara satılır VİDEO

Azərbaycan nefti 113 dollara satılır VİDEO

Şimali Koreya Yapon dənizinə doğru bir neçə raket atıb

ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Hörmüz boğazı yaxınlığında dəniz minalarına düşən dörd tanker zədələnib

Şimali Koreya ABŞ-nin hazırkı siyasəti fonunda Vaşinqtonla dialoqda maraqlı deyil

Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Böyük Britaniya qida keyfiyyəti standartlarını Aİ ilə uyğunlaşdıracaq

Fransa daxili işlər naziri iğtişaşları hökumətin uğursuzluğu adlandırıb

CNN: Tramp ABŞ-də aralıq seçkilərin nəticələrini Ağ Evdən izləyəcək