Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev və Azərbaycanda turizm

Heydər Əliyev və Azərbaycanda turizm

Bakı, 29 oktyabr, AZƏRTAC

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə turizmin inkişafına təkan verən qərar və dövlət proqramları qəbul olunub, müvafiq fərman və sərəncamlar imzalanıb. Azərbaycanın otuz ildən çox bir dövrünü əhatə edən tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bir qərinəni arxada qoyan illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının inkişafı öz başlanğıcını dahi rəhbərin uzaqgörənliklə müəyyənləşdirdiyi strategiyadan və həyata keçirmiş olduğu tədbirlərdən götürür.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı dosent Bahadur Bilalovun “Heydər Əliyev və Azərbaycanda turizm” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ilin iyulunda respublikanın rəhbəri - Azərbaycan Kommunist Partiyası (KP) Mərkəzi Komitəsinin (MK) birinci katibi seçilməsindən sonra ölkə həyatının digər sahələrində olduğu kimi, turizm sahəsində də inkişaf mərhələsi başlandı. Heydər Əliyevin təşəbbüsü ilə avqustun 12-də Azərbaycan KP MK, Nazirlər Soveti və Azərbaycan Həmkarlar İttifaqları Şurası (AHİŞ) birgə “Respublikada turizm və ekskursiyanın daha da inkişaf etdirilməsi tədbirləri haqqında” qərar qəbul etdi. Bu qərara uyğun olaraq 1969-cu ildə Mingəçevirdə 250 nəfərlik mehmanxana tikintisinə başlanıldı. 1970-ci ildə Zaqatala və Şuşada hər biri 100 yerlik turbazalar tikildi. 1975-ci ildə Qəbələdə 342 yerlik “Qafqaz” turizm bazası, Nabranda 400 yerlik “Dostluq” turbazası və Bakı şəhərində 342 yerlik “Turist” mehmanxanası istifadəyə verildi. Respublikaya xarici turistlərin axını nəzərə alınmaqla və xarici turizmin maddi-texniki bazasını genişləndirmək məqsədilə 1973-cü ildə Bakıda ən böyük mehmanxana kompleksi olan (1042 yataq yerli) “Azərbaycan” mehmanxanası istifadəyə verildi. Dahi rəhbər Heydər Əliyevin tapşırığı ilə “Respublikada xarici turizmin gələcək inkişafına dair tədbirlər haqqında” və “Xarici turizm idarəsinin işində ciddi çatışmazlıqlar haqqında” məsələlər müzakirəyə çıxarıldı, qəbul edilən qərarlar respublikada xarici turizm sahəsində problemlərin aradan qaldırılmasına yardım etdi.

1978-ci ildə “İnturist”in şəbəkəsinə 200 yerlik “Moskva” mehmanxanası əlavə edildi. Şəkidəki XVII əsrə aid olan karvansarada bərpa işləri aparılaraq o dövrün standartlarına cavab verən mehmanxanaya çevrildi və 1980-ci ildən etibarən Bakı-Şəki-Telavi-Tbilisi avtobus marşrutu (və əks istiqamətdə) ilə respublikaya gəlib-gedən xarici turistlər həmin mehmanxananın xidmətlərindən istifadə etməyə başladılar. Beləliklə də “İnturist”in Bakı bölməsinin tabeliyində yerlərin ümumi sayı 1500 olan 4 obyekti “Azərbaycan”, “Moskva”, “İnturist” mehmanxanaları və Şəkidəki “Karvansara” turist kompleksi mövcud idi.

Heydər Əliyevin gənclərlə bağlı siyasətinə uyğun olaraq Bakının Zuğulba qəsəbəsində “Sputnik” gənclər düşərgəsi yaradıldı və sonradan modernləşdirilərək Beynəlxalq Gənclər Turizm Mərkəzinə çevrildi.

Respublikamızda turizmin normativ-hüquqi bazası ötən əsrin 70-ci illərinin ikinci yarısından formalaşmağa başladı. Qanunvericilikdə çoxlu sayda norma və normativ aktlar (xüsusən müəssisə səviyyəsində) mövcud idi. 1980-ci il dekabrın 27-də Azərbaycan KP MK, Nazirlər Soveti və AHİŞ “Respublikada turizm-ekskursiya işinin təkmilləşdirilməsi və inkişafı haqqında” birgə qərar qəbul etdi. Bu qərara uyğun olaraq 1982-ci ildə Əli-Bayramlı (indiki Şirvan), Qazax və Şamaxıda səyahət və ekskursiya büroları açıldı.

Həmin dövrdə Heydər Əliyev Azərbaycanı ümumittifaq əhəmiyyətli rekreasiya-turizm mərkəzinə çevirmək istəyirdi. Onun təşəbbüsü ilə 1983-cü il aprelin 28-də SSRİ Nazirlər Soveti “Azərbaycan SSR Xəzər dənizi sahillərində ümumittifaq əhəmiyyətli kurort zonası yaradılması tədbirləri haqqında” qərar qəbul etdi. Bu qərar Azərbaycanın yeni sağlamlıq məkanına çevrilməsini nəzərdə tuturdu. 1984-cü il oktyabrın 2-də bu sənəd əsasında Azərbaycan SSR Nazirlər Soveti “1985-1990-cı illər və 2000-ci illərə kimi Azərbaycanda turizmin inkişafı sxemi”ni təsdiq etdi. Bu proqrama əsasən 2000-ci ilə qədər Azərbaycanda 21300 yerlik müxtəlif turizm obyektləri inşa edilməli idi. Təbii ki, görülən işlər həm daxili, həm də xarici turizmin inkişafına təkan verirdi.

1971-ci il dekabrın 2-dən 13-dək Parisdə “Azərbaycan turizm həftəsi” keçirildi, sərgi nümayiş etdirildi və turizm firmaları ilə görüşlər təşkil edildi.

1971-1972-ci illərdə Azərbaycana gəlmiş xarici turistlərin sayı 13533 nəfər olmuşdu. 1973-cü ildə respublikaya 10114, 1974-cü ildə isə respublikaya 18605 turist gəlmişdi. Ölkəyə 1975-ci ildə gələn turistlərin sayı daha da artaraq 27500 nəfərə çatdı.

1979-cu ilin sentyabrında Bakıda “Rumıniya-turizm ölkəsi, dostlar ölkəsidir” sərgisi keçirildi. Həmin ilin dekabrında isə Bakıda Macarıstan, Bolqarıstan, Çexoslovakiya, Polşa və digər ölkələrin turizm nazirliklərinin iştirak etdiyi sərgi keçirildi.

Ötən əsrin 80-ci illərində ölkəyə gələn turistlərin sayı artmağa başladı. 1980-ci ildə ölkəyə gələn turistlərin sayı 17994, 1981-ci ildə 28680, 1982-ci ildə 31698, 1983-cü ildə 43177, 1984-cü ildə 41979 nəfər, 1985-ci ildə 47898 nəfər təşkil edib. Respublikamızda turizmin coğrafiyası sosialist ölkələri ilə yanaşı, Yeni Zelandiya, Braziliya və Lüksemburqdan gələnlərin hesabına genişlənir. 1983-cü ildə Küveyt, Pakistan, İsrail və Suriyadan turistlər gəlməyə başlayır. Asiya, Afrika, Latın Amerikası ölkələrindən, həmçinin Türkiyə, Kanada, ABŞ və digər ölkələrdən olan turoperatorların Azərbaycana səfəri respublikaya artan maraqdan irəli gəlirdi. Eyni zamanda, “İnturist”in Bakı bölməsi 1980-ci ilin martından başlayaraq SSRİ-nin müxtəlif turizm mərkəzlərində “İnturist” sisteminin yüksək səviyyəli mehmanxanalarında yerləşdirmək şərti ilə respublika vətəndaşları üçün maraqlı səyahətlər təşkil etməyə başladı.

1986-cı ilin fevralında Parisdə II Beynəlxalq turizm və səyahətlər salonu keçirildi. Bu tədbirdə dünyanın 100-dən çox ölkəsindən 710 turizm, nəqliyyat və reklam şirkəti iştirak etmişdi. Fransa cəmiyyətində Azərbaycanın ekspozisiyası böyük marağa səbəb oldu. Azərbaycan ekspozisiyası respublikamızda beynəlxalq turizm sahəsində əldə edilən nailiyyətlərdən bəhs edirdi. 1986-cı ilin aprelində “Bolqarıstan - turizm və dostluq ölkəsi” ekspozisiyası bakılıların marağına səbəb oldu. Ekspozisiya Bolqarıstanın turizm və istirahət assosiasiyası və respublikamızın Xarici Turizm İdarəsi tərəfindən təşkil olunmuşdu.

Turizm sektoru inkişaf edən ölkələrin təcrübəsi göstərir ki, bu sahənin sürətli inkişafı üçün mütləq siyasi sabitlik lazımdır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aparılan irimiqyaslı islahatlar nəticəsində Azərbaycanda siyasi və iqtisadi stabillik təmin edildi, ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəldi, iqtisadiyyatın dinamik inkişafının bünövrəsi qoyuldu. İqtisadi sahədə görülən tədbirlər bazar iqtisadiyyatına əsaslanan sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yerli və xarici investisiyaların cəlb edilməsinə, müasir texnologiyaların və qabaqcıl idarəetmə təcrübəsinin tətbiqinə gətirib çıxardı. Bunların nəticəsində isə yeni iş yerlərinin yaradılması, rəqabətədavamlı məhsul istehsalı, son nəticədə isə ölkənin iqtisadi gücünün artırılması mümkün oldu.

1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycanın tarixində yeni bir mərhələ başlandı. Heydər Əliyev dühası uğurlu neft strategiyasının həyata keçirilməsi, bu sahədən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafı üçün istifadəsinə imkan yaratdı.

Ölkədə turizmin dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirildi. Ulu öndər Heydər Əliyevin tapşırığı ilə “Turizm haqqında” Azərbaycan Respublikası Qanunu hazırlandı və 1999-cı ildə Milli Məclis tərəfindən qəbul edildi. Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradılandan sonra geniş işlər görülməyə başlandı. Koreya Respublikasının paytaxtı Seulda keçirilən Dünya Turizm Təşkilatının XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu təşkilata üzv oldu. Bu, respublikamıza turizm fəaliyyəti üzrə tövsiyələr və praktiki kömək edilməsinə imkan yaratdı.

2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən “Welcome to Azerbaijan” adlı xüsusi kompakt disk hazırlandı və Ümumdünya Turizm Təşkilatının Koreya və Yaponiyada keçirilmiş Baş Assambleyasında təqdim olundu. 2001-ci ildə müstəqil respublikamızda ilk dəfə olaraq 27 sentyabr - Dünya Turizm Günü qeyd olundu. Dekabrın 22-də Bakıda “Azərbaycan turizminin aktual problemləri” mövzusunda I Ümumrespublika turizm konfransı keçirildi.

Ölkədə turizmin sürətli inkişafını təmin etmək məqsədilə Ulu Öndərin 2002-ci ilin avqustunda imzaladığı Sərəncamla “2002-2005-ci illər üçün turizmin inkişafının Dövlət Proqramı” təsdiq edildi, turizmin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, bu sahədə sahibkarlığın, ilk növbədə, kiçik və orta sahibkarlığın inkişafı, mövcud turizm obyektlərinin yenidən qurulması ilə yanaşı, yenilərinin yaradılması, turizmin maddi-texniki bazasının möhkəmləndirilməsi və digər tədbirlər müəyyənləşdirildi. Respublikamızda turizmin inkişafına dövlət tərəfindən qayğının artması nəticəsində bu sahədə aparılan islahatlar öz bəhrəsini verməkdə idi. Bakıda hər il beynəlxalq turizm sərgilərinin təşkili ənənəyə çevrildi. 2002-ci ilin mayında ölkəmizin turizm tarixində ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Turizm Sərgisi (AITF) Ümumdünya Turizm Təşkilatının dəstəyini qazanmaqla bərabər, həm də bu təşkilatın ümumi kataloquna daxil edildi. Sonrakı illərdə keçirilən sərgilər daha çox ölkə və şirkətlərin təmsil olunması ilə fərqləndi. Ulu Öndərin tapşırıqlarına əsasən Azərbaycanda dünya standartlarına uyğun yerləşmə müəssisələrinin inşasına başlanıldı. Beləliklə, tam məsuliyyətlə demək olar ki, Azərbaycan turizmi bu gün əldə etdiyi nailiyyətlərə görə ə görkəmli dövlət xadimi Heydər Əliyevə borcludur. Azərbaycan turizmi Ulu Öndərin uzaqgörənliklə müəyyən etdiyi yolla inkişaf zirvəsinə doğru inamlı addımlarla irəliləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər

Elnarə Akimova: Ədəbiyyatda Qarabağ mövzusu müharibə təsvirindən yaddaş və qayıdışın bədii ifadəsinə doğru inkişaf edib

Zərdabda fermer və sahibkarlar aqrar sahədə dəstək mexanizmləri barədə məlumatlandırılıb

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub

Sosial Xidmətlər Agentliyi ötən dövrdə 953 uşağın ailələrinə qayıtmasını təmin edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNƏCƏK VİDEO

Sahil Babayev: Naxçıvan MR-in gəlir və xərcləri növbəti ildə 510 milyon manat qiymətləndirilir

“Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında tarixə düşüb

Nazir: Gələn ilin dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək

Britaniya kralının qardaşı məhkəmədə ifadə verəcək

Fransada milli dəmir yolu şirkəti ümummilli tətil ərəfəsində əməkdaşlarına 400 avro məbləğində mükafat təklif edib

Azərbaycanda yeni yataqların istismarı qızıl hasilatını artıra bilər – Ekspert rəyi

Çin Demokratların qələbəsindən sonra ABŞ ilə konstruktiv strateji münasibətlər qurmağa çağırıb

Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək

Maliyyə naziri: Gələn il Neft Fondunun gəlirləri 7,8 milyard dollar qiymətləndirilir

Sahil Babayev: Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olacaq

"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri artıb

Nazir: 2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır

“Qırmızı Ürəklər” təqaüd proqramına qəbul başladı – tələbələrə aylıq 200 manat veriləcək

Adıgeydə dron hücumuna məruz qalan “Ozon” mərkəzində yanğın baş verib

Azərbaycan qlobal əhəmiyyətli müzakirələrə ev sahibliyi edən ölkə kimi tanınır - RƏY

Qazaxıstan parlamenti Asiya İnkişaf Bankı ilə 15 illik kredit müqaviləsini təsdiqləyib

Bu saata olan əsas xəbərlər

Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum REPORTAJ

Vətən müharibəsinin xronikası: 4 noyabr

“Ədəbi proses – 2025”: Zəfər diskursundan Böyük Qayıdış ideyasına

Azərbaycanın ÜDM-i 2027-ci ildə 141 milyard manat səviyyəsində proqnozlaşdırılır

BDU-da “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində görüş təşkil edilib

Komitə sədri: Gələn ilin büdcə gəlirləri 39,2 milyard manat proqnozlaşdırılır

Əmlakın könüllü verilməsi hansı hallarda dələduzluq hesab olunur? – Ali Məhkəmədən izah

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ayısəsi məbədi

FHN: Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın söndürülüb

SMIIC-in Baş Assambleyasının iclasında halal standartlaşdırma məsələləri nəzərdən keçirilib

2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri və prinsipləri açıqlanıb

Anar Bayramov: Azərbaycanın tibbi turizm indeksi üzrə reytinq cədvəlinə daxil olması əsas hədəflərdəndir

General-mayor Gündüz Əbdülov: Müdafiə və təhlükəsizlikdə qurumlararası əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir

“Qarabağ” Futbol Akademiyasının direktoru: “Dinamo” ilə ilk oyun bizə ümid verdi

“Saudi Aramco” Şərq-Qərb neft kəmərinin genişləndirilməsinə başlayıb

Fiziki sərhədlərdən mənəvi bütövlüyə: ideoloji risklər niyə təhlükəlidir? - ŞƏRH

Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur

“Turan”ın voleybolçusu: Əldə etdiyimiz uğur komandanın əzmkarlığının nəticəsidir

İran 4 ölkənin gəmilərinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ mediası: Miçiqan ştatından Konqresə ilk müsəlman senator seçilib

Qızılın qiyməti psixoloji hədd hesab olunan 4000 dollardan yuxarıdır

Parlamentdə 2027-ci ilin dövlət büdcəsi müzakirə edilir

Demokratların qələbəsi fonunda dollar və Asiya fond bazarlarında geriləmə müşahidə olunur

Alimlər yadplanetli həyatın axtarışında virtual Yer modeli yaradıblar

Avropanı qışda çətin günlər gözləyir

Elmi yanaşmalar və təcrübələrin mübadiləsi: coğrafiyaçılar Bakıda bir araya gəlib

UEFA Avropa Liqasında IV tura Fransada start verilir

Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq

® “Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da

Ədliyyə Nazirliyi bələdiyyələrə xəbərdarlıq: Qanunsuz ödəniş tələblərinə inanmayın

İran parlamentinin spikeri: ABŞ-də seçicilər müharibəni rədd ediblər və Tehran bu mesajı dəstəkləyir

Elgün Cavadov: Sağlamlıq turizminin inkişafı üzrə müvafiq konsepsiya hazırlanacaq

İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır

Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

“Sabah” və “Qarabağ” bu gün UEFA Gənclər Liqasında meydana çıxacaq

Azərbaycançılıq – xalqımızı birləşdirən siyasi və mənəvi gücdür – MƏQALƏ

Demokratlar Partiyası ABŞ Nümayəndələr Palatasında da qalib gəlib

Keyfiyyət informasiya sisteminin metrologiya modulu BMT-nin beynəlxalq referans nümunəsi seçilib

Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub

30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim VİDEO

30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim VİDEO

Beynəlxalq Telekommunikasiya İttifaqı: Dünya əhalisinin 76 faizi internetdən istifadə edir

Dövlət Turizm Agentliyinin sədri: Bu konfrans ölkəmizin tibbi turizm potensialının tanıdılmasında mühüm addımdır

Buzovna dairəsinin altındakı yol qovşağında nəqliyyatın hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılacaq

Fuad Nağıyev: Sağlamlıq turizmi yeni Dövlət Proqramında prioritet istiqamətlərdən biridir

İkinci Tyanşan Forumunda Azərbaycanın Mərkəzi Asiya regionu ilə əməkdaşlıq prioritetləri diqqətə çatdırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi oktyabr ayının statistikasını açıqlayıb

Beynəlxalq Əmək Təşkilatı: Qadınların rəhbərlik etdikləri biznes qurumları daha yaxşı nəticələr əldə edir

Energetika naziri Oğuzda vətəndaşların müraciətlərini dinləyəcək

Bakıda 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransı işə başlayıb

® “AccessBank” qadın sahibkarların inkişafına “Access2Success” ilə yenidən dəstək verir

“Sabah” UEFA Çempionlar Liqasında Norveç təmsilçisi ilə üz-üzə gələcək

Əlilliyi olan şəxslərin hüquqlarının qorunması: yeni monitorinqlər və onlayn sorğular

Azərbaycan-Çexiya oyununa hakim təyinatları açıqlanıb

Xətai və Suraxanı rayonlarının bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq

Ağdaş və Göyçayın bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Çempionlar Liqası: “Fənərbağça” “Liverpul”u qəbul edəcək

Qızıl və gümüş bahalaşır VİDEO

Qızıl və gümüş bahalaşır VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Neft sahəsində çalışan müharibə veteranları tarixi Qələbənin ildönümünü qeyd edirlər

İsmayıllıda avtomobilin vurduğu piyada ölüb

Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak sərgisi – AIREX 2026 işə başlayıb

İkitəkərli nəqliyyat vasitələrinin sürücülərinə piyada keçidləri ilə bağlı xəbərdarlıq VİDEO

İkitəkərli nəqliyyat vasitələrinin sürücülərinə piyada keçidləri ilə bağlı xəbərdarlıq VİDEO

Vətən müharibəsi şəhidi Babək Həsənovun anım günüdür

BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib

Azərbaycan nefti 113 dollara satılır VİDEO

Azərbaycan nefti 113 dollara satılır VİDEO

Şimali Koreya Yapon dənizinə doğru bir neçə raket atıb

ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Hörmüz boğazı yaxınlığında dəniz minalarına düşən dörd tanker zədələnib

Şimali Koreya ABŞ-nin hazırkı siyasəti fonunda Vaşinqtonla dialoqda maraqlı deyil

Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Böyük Britaniya qida keyfiyyəti standartlarını Aİ ilə uyğunlaşdıracaq

Fransa daxili işlər naziri iğtişaşları hökumətin uğursuzluğu adlandırıb

CNN: Tramp ABŞ-də aralıq seçkilərin nəticələrini Ağ Evdən izləyəcək

Çempionlar Liqasının IV turunun ilk günündə 9 qarşılaşma olub