VOLEYBOL FEDERASİYASININ TƏŞƏBBÜSÜ
Voleybol Federasiyası Avropanın voleybol üzrə “Top-komanda” kuboku uğrunda qrup oyunlarının Bakıda keçirilməsi təşəbbüsü irəli sürmüşdür. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Milli Olimpiya Komitəsinin və nazirliyin rəhbərliyi bu təşəbbüsü dəstəkləmişdir. Ölkəmizdə voleybolun inkişafına və idmançılarımızın uğurlarına Avropada maraqla yanaşırlar. Qrup oyunları 8 komanda - Azərbaycan, Avstriya, Belçika, Polşa, Portuqaliya və Ukrayna komandaları arasında keçiriləcəkdir. Qrupun qalan iki iştirakçısı növbəti oyunların nəticələrinə əsasən müəyyən ediləcəkdir.
Bu kubok uğrunda yarışlarda müvəffəqiyyətlə çıxış edən qadınlardan ibarət “Azərreyl” komandamız yanvarın 16-da İsveçrədə yerli “Zeyler” klubuna 2:3 hesabı ilə uduzmuşdur. Bundan asılı olmayaraq, voleybolçularımız növbəti mərhələdə mübarizə aparmaq hüququ qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [14:31]
“Qalatasaray” rusiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir
- 04.11.2026 [13:22]
Azərbaycan Premyer Liqasının XXI turu “Zəfər turu” elan edilib
- 04.11.2026 [12:25]
“Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında tarixə düşüb
- 04.11.2026 [11:05]