Sinifdə məlumatın dəyərləndirilməsini təşviq edən yeni vəsait nəşr olunub
Bakı, 3 noyabr, AZƏRTAC
“Sinifdə məlumatın dəyərləndirilməsini təşviq edən strategiyalar” adlı metodik vəsait müəllimlərin istifadəsinə verilib.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, vəsaitdə IEA-nın Kompüter və İnformasiya Savadlılığı üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqatının (ICILS) 2023-cü il üzrə nəticələri təqdim olunur.
Metodik vəsaitdə şagirdlərin təhsil və rəqəmsal mühitdə səmərəli fəaliyyət göstərmələri üçün zəruri olan məlumatları dəyərləndirmək bacarıqlarının inkişafını dəstəkləyən nümunələr yer alıb.
Vəsait müəllimlərə dərs prosesində şagirdlərin məlumatı təhlil etmək, qiymətləndirmək və ondan səmərəli istifadə etmək bacarıqlarının formalaşdırılmasına kömək məqsədi daşıyır.
Metodik vəsaitlə buradan tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [16:42]
MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər
- 04.11.2026 [16:36]
Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi - REPORTAJ
- 04.11.2026 [15:49]
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
- 04.11.2026 [15:47]
Proqram sistemlərinin sintezi üçün intellektual metod və modellər işlənilib
- 04.11.2026 [15:10]
BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi açılıb
- 04.11.2026 [14:04]