Azərbaycanın bitki örtüyü GIS və kosmik zondlama ilə təhlil edilib
Bakı, 4 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun alimlərinin həmmüəllifi olduqları “İqlim amillərinin təsiri altında Cyperaceae Juss. fəsiləsinin məkan üzrə yayılması və GIS, məsafədən zondlama texnologiyaları vasitəsilə ekocoğrafi təhlili” adlı məqalə beynəlxalq nüfuzlu jurnalda (“Biodiversity Data Journal”) dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqat işi Cyperaceae Juss. fəsiləsinin Azərbaycan ərazisində ekocoğrafi yayılması, landşaft müxtəlifliyi və iqlim amillərinin təsiri altında formalaşan bitki birliklərində baş verən dinamik dəyişikliklərin RS (Yerin Məsafədən Zondlaması) və SDA (Məkan Məlumatlarının Analizi) vasitəsilə öyrənilməsinə həsr edilib.
Qeyd edək ki, “Biodiversity Data Journal” resenziyalı, açıq girişli beynəlxalq elmi jurnaldır və “Scopus”, “Web of Science” daxil olmaqla beynəlxalq elmi məlumat bazalarında indekslənir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [16:42]
MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər
- 04.11.2026 [16:36]
Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi - REPORTAJ
- 04.11.2026 [15:49]
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
- 04.11.2026 [15:47]
Proqram sistemlərinin sintezi üçün intellektual metod və modellər işlənilib
- 04.11.2026 [15:10]