Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunun kanal yaxınlığında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, məhdudiyyətlə əlaqədar 210, 215 və 218 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.
Dəyişikliyə əsasən, 210 nömrəli marşrut Hövsan qəsəbəsi–Hövsan bağları, 218 nömrəli marşrut metronun “Əhmədli” stansiyası-Hövsan bağları, 215 nömrəli marşrut isə Türkan qəsəbəsi–Türkan bağları–Hövsan bağları istiqamətində fəaliyyət göstərəcək.
Qeyd edək ki, marşrutların hərəkət sxemlərindəki dəyişiklik təmir işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyət müddətində qüvvədə olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [13:40]
Nazirlik: 2022-2026-cı illərdə ÜDM ildə 2,7 faiz artacaq
- 04.11.2026 [13:35]
bp: “Şəfəq” layihəsi üzrə tikinti işlərinə 444 yerli işçi cəlb olunub
- 04.11.2026 [13:22]
Elvin Camalov: Doqquz ayda qeyri-neft-qaz ixracı 20,5 faiz artıb
- 04.11.2026 [13:21]
Aparat rəhbəri: Bu günədək 633 investisiya təşviqi sənədi verilib
- 04.11.2026 [13:17]