Azərbaycan Dövlət İnformasiya Agentliyi

BQXK Ermənistanı beynəlxalq məhkəmələrdəki məsuliyyətdən xilas etməyə çalışır – ŞƏRH

BQXK Ermənistanı beynəlxalq məhkəmələrdəki məsuliyyətdən xilas etməyə çalışır –  ŞƏRH

Bakı, 2 sentyabr, AZƏRTAC

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) keçmiş Qarabağ münaqişəsi ilə əlaqədar olaraq 1992-ci ildən regionda fəaliyyət göstərir.

Təşkilatın daxili nizamnaməsinə və rəsmi təlimatına görə, BQXK Bakıda və İrəvanda nümayəndəlikləri vasitəsilə Azərbaycanın və Ermənistanın beynəlxalq hüquqla tanınmış sərhəd boyu yaşayan icmalarına dəstək göstərməli idi. Komitə, həmçinin hər iki dövlət üçün itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi üçün fəaliyyət həyata keçirməli, ailələrin məhbusları ziyarət etməsinə kömək göstərməli və azad edilmiş şəxslərin köçürülməsini və qaytarılmasını asanlaşdırmaq üçün neytral vasitəçi kimi çıxış etməli idi. Lakin son 30 ildə onların fəaliyyətinə nəzər saldıqda missiyalarını tam və ədalətli şəkildə həyata keçirmədiyi aydın olur. BQXK-nın Azərbaycan ərazisində heç də hər zaman humanitar missiya ilə məşğul olmadığını təsdiqləyən çoxlu sayda dəlillər aşkara çıxır. Məsələn, Komitə bu günə qədər qanunsuz olaraq Xankəndidə də fəaliyyət göstərir və oradakı ofisi isə Bakıya deyil, qurumun İrəvan nümayəndəliyinə tabedir. Halbuki BQXK-nın Ukraynanın Donetsk və Luqansk vilayətlərindəki ofisləri Qırmızı Xaçın Kiyev nümayəndəliyinə tabedir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri politoloq Yeganə Hacıyeva söyləyib.

Politoloqun sözlərinə görə, BQXK-nın hərbi əsirlərlə bağlı fəaliyyəti də təktərəfli qaydada Ermənistanın xeyrinə, bu ölkənin əsirləri və girovları edam etməsinə görə, onun məsuliyyətdən yaxa qutarmasına xidmət edir. Belə ki, 1990-cı illərdə Ermənistanda BQXK-nın nəzarətində olan azərbaycanlı hərbi əsirlərin edam edilməsi faktları mövcuddur. Məsələnin dəhşətli tərəfi isə budur ki, Komitə nəzarətində olan əsirləri müdafiə etmək bir yana, onların edam edilməsini belə lazımi qaydada rəsmiləşdirmədi.

Yeganə Hacıyeva xatırladıb ki, 1994-cü ildə “Reuters” azərbaycanlı əsirlərin Ermənistan tərəfindən edam edilməsi barədə yazı paylaşmışdı. Yazı İrəvanda saxlanılan 23 azərbaycanlı əsirin faciəvi aqibəti haqqında idi. Azərbaycanlı əsirlərin böyük əksəriyyəti Ermənistan tərəfindən edam edilmişdi. Yerli hakimiyyət nümayəndələri isə bəyan etmişdi ki, onlardan 8-i “həbsxanadan qaçmaq istəyərkən” öldürülüb. Halbuki bu, ağ yalan idi. Bunun yalan olması haqqında britaniyalı ekspert, professor Derrik Pounderin jurnalistlərə verdiyi açıqlamaya görə, öldürülənlərin cəsədlərindəki yaralar əsla “qaçmaq cəhdi” ilə bağlı olmayıb. Yaralar onların edam olunduğunu açıq şəkildə sübut edir. Belə ki, əsirlərin altısı başından güllələnib, üstəlik, onlardan üçündə silahın lüləsi atəş zamanı dəri ilə təmasda olub. Söhbət artıq BQXK-nın nəzarətə götürdüyü hərbi əsirlərdən gedirdi. Beynəlxalq Qırmızı Xaç Komitəsi isə nəzarətində olan əsirlərin aqibəti ilə bağlı məsuliyyətdən yayınmaqla bu hadisəni şərh etməkdən imtina etmişdi.

Ən əsası isə BQXK Ermənistanın müharibə cinayətinə görə beynəlxalq təhqiqatın aparılmasının qarşısını almaq, bu ölkəni məsuliyyətdən qurtarmaq üçün azərbaycanlı məhbusların ölüm şəraitini sənədləşdirməyib və edam faktını aydınlaşdırmaqdan imtina edib. Komitə həm Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazidə, həm də Birinci Qarabağ müharibəsi zamanı öldürülən və artıq Azərbaycanın öz suverenliyini bərpa elədiyi ərazilərdə soydaşlarımızın kütləvi məzarlıqlarının dəqiq koordinatlarına malikdir. Amma bu məlumatı Azərbaycanın hakimiyyət orqanlarına çatdırmağa tələsmir, keçmiş əsirlərin verdiyi koordinatlardakı yerlərdə isə ekspertiza keçirməkdən imtina edir. Bununla BQXK həm də itkin düşmüş 4 min nəfər azərbaycanlıdan bəzilərinin taleyinin aydınlaşdırılmasına mane olur. Əsas hədəfləri isə Ermənistanı mülki insanlara qarşı müharibə cinayətləri törətməyə görə beynəlxalq məhkəmələrdə məsuliyyətdən xilas etməyə çalışmaqdır. BQXK bununla da azərbaycanlıların qatillərini himayə edir.

Politoloq qeyd edib ki, məhz bu səbəb üzündən Azərbaycan qərargahı Haaqada yerləşən digər beynəlxalq humanitar təşkilata - İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyaya (ICMP) müraciət etmək məcburiyyətində qaldı. Lakin BQXK bu komissiya ilə də məlumat paylaşmaqdan, əməkdaşlıqdan imtina edərək, beynəlxalq donorlarda onların maliyyə kanallarını bağlamağa və ICMP əməkdaşlarının Qarabağa gəlməsinin qarşısını almağa çalışdı.

BQXK-nın istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibələri zamanı Ermənistana kəşfiyyat məlumatları ötürməsi ilə bağlı faktların mövcud olduğunu bildirən Yeganə Hacıyeva deyib: “Komitənin bəzi əməkdaşları Azərbaycan Ordusunun dislokasiya yerləri barədə məlumat toplayaraq, bu informasiyaları özlərinin Fransa nümayəndəliyinə ötürüb, onların isə bunu Ermənistan tərəfinə göndərməsi faktları da mövcuddur. Qısamüddətli humanitar atəşkəs zamanı BQXK Ermənistanın “böyük bacısı” Fransanın sifarişi ilə Azərbaycan Ordusu haqqında fəal şəkildə kəşfiyyat məlumatları toplayıb onlara ötürüb. Bundan əlavə, 44 günlük Vətən müharibəsi zamanı BQXK guya humanitar səbəblərlə Laçın dəhlizi zonasında hərbi əməliyyatların dayandırılmasını tələb edirdi. Komitə iddia edirdi ki, bu tələb ancaq humanitar xarakterlidir. Əslində isə Qırmızı Xaç Şuşa şəhərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsinə mane olmağa çalışırdı. Sadalanan faktlar içərisində Füzuli rayonunun azad edilməsi uğrunda gedən döyüşlər zamanı BQXK rəsmiləri yenidən guya humanitar məqsəd üçün döyüşlərin dayandırılmasına çalışması da var. Onlar bu xahişi onunla izah edirdi ki, cəbhənin bu hissəsində 200 erməni silahlı “könüllüsü” ağır yaralanıb və təxliyə edilməlidir. Bakıda məlumat yenidən yoxlanıldı, peyk görüntüləri və səsli ötürmələrin təhlili əsasında məlum oldu ki, “könüllülər” sağ-salamatdır. Lakin onlar mühasirəyə alınıb, erməni komandanlığı da onları, sadəcə, mühasirədən çıxarıb, BQXK himayəsi altında Xocavəndə Azərbaycan Ordusunun döyüş həmlələrini sındırmaq üçün oraya köçürmək istəyir”.

Politoloq əlavə edib ki, azərbaycanlı ekoloji fəalların Laçın yolunda təşkil etdikləri etirazlar zamanı BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni Komitənin köməyi ilə 4 əcnəbinin Xankəndidən çıxarıldığını bəyan edib. Halbuki qurum Azərbaycanla əməkdaşlıqda heç bir əcnəbi ilə bağlı danışıq aparmamışdı. Onlar Azərbaycan ərazisindən çıxarılan qatı müharibə cinayətləri törətmiş muzdlular idilər.

Azərbaycan humanitar yüklərin Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi məsuliyyət zonasına çatdırılması təklifinə BQXK erməni lobbisi ilə birlikdə bu gün də davam edən “Xankəndi blokadası” realiti-şousuna start verib. Beynəlxalq Qırmızı Xaç Komitəsi bu gün də hər şeyin sırf Ermənistan ərazisindən gəlməli olduğu məsələsində təkid edir. Son zamanlar qlobal səviyyədə humanitar təşkilatların siyasi proseslərdə alət olması tendensiyasını müşahidə edirik. BQXK-nın bu utancverici və qeyri-humanitar çərçivəyə sığmayan fəaliyyəti buna nümunədir.

Ancaq Cənubi Qafqaz BQKX-nın bu tendensiyanı həyata keçirdiyi tək region deyil, qurum Afrikada da, Yaxın Şərqdə də, Mərkəzi Asiyanın qaynar ocaqlarında da eyni mövqe sərgiləyir. İstər Birinci Qarabağ müharibəsi zamanı və bu müharibənin nəticələrinə münasibətdə, eləcə də 44 günlük Vətən müharibəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistanın müharibə cinayətlərinə susqun münasibət sərgiləməsi, kəşfiyyat xidməti göstərməsi və sair buna sübutdur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMEA-nın vitse-prezidenti: Reza Deqatinin fotoları illər keçsə də, öz əhəmiyyətini itirməyəcək

Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri - ŞƏRH

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib

Heyvandarlıq sahəsində yeni şərtlər - fermerlər nə qədər subsidiya alacaqlar?

İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib

Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır

“Gülüstan” türbəsi– Azərbaycan daşişləmə sənətinin nadir incisi

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Baş nazir yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Universitetində qazaxıstanlı professor-müəllim heyəti üçün təkmilləşdirmə kursu təşkil olunub

Yağmur Soylu: X nəslinin bəyənməsi dəstək, Z nəslinin reaksiyası isə özünüifadə vasitəsidir – MÜSAHİBƏ

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub

® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir

Ekspert: Qızılın ucuzlaşması Azərbaycanda zərgərlik məhsullarının qiymətinə təsir edə bilər

AFFA Məşqçilər Komitəsinin sədri: Bu mövsüm Premyer Liqada asan məğlub olmaq istəyən komanda yoxdur

Baş katib: “Bakı Prosesi” Şərqlə Qərb arasında birbaşa ünsiyyət üçün yol açıb

Belçikada işçilərin sayının azalacağı gözlənilir

MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi - REPORTAJ

On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib

Müctəba Xamenei: ABŞ-də seçkilərin nəticələri Vaşinqtonun İran siyasətində dəyişikliyə səbəb olmayacaq

Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib

® “Carlsberg Azerbaijan” və Azərbaycan Texnologiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir

İctimai Şura sədri: Zəfərin təməlində “Dəmir yumruq” ətrafında birləşən xalqımızın həmrəyliyi dayanır

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir

ABŞ-də aralıq seçkiləri: AI data mərkəzlərinə qarşı etirazlar Demokratların mənafeyinə xidmət edir

Mehman Nəcəfov: Milli ifaçılıq ənənələri gələcək nəsillərə düzgün çatdırılmalıdır

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

FIFA U-15 dünya çempionatında hakimliyin təşkilinə görə AFFA-ya təşəkkür edib

“Bir cənub şəhərində”

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovadan

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan

Tədqiqat: Dəniz səviyyəsinin qalxması ekosistem xidmətlərini ildə 164 milyard dollardan məhrum edə bilər

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdaridən

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Deputat: Heydər Əliyev azərbaycançılıq məfkurəsini dövlət siyasəti səviyyəsinə yüksəltdi

“Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb

Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dünyada əqli sağlamlıq səviyyəsi zəifləyir - 92 ölkədə aparılan sorğunun nəticəsi

Nazir: Dövlət büdcəsinin əsas hədəflərindən biri özəl investisiyaların artırılmasına dəstək verməkdir

K.S.İmanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Read Qasımov: Əhalinin gündəlik şəhər mərkəzi və geriyə hərəkəti nəqliyyat sisteminə əlavə yük yaradır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNİB VİDEO

Romanın qonaqları - Bir şəhər, min bir turist... FOTOREPORTAJ

Ramil İskəndərli: Azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayağıdır

İƏİT-in vergi cinayətləri ilə mübarizə sahəsində təşviq etdiyi vahid yanaşma səmərəli prinsiplərə əsaslanır

Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan dövlət maliyyəsi təsnifatını beynəlxalq GFSM standartına 95 faiz uyğunlaşdırmağı hədəfləyir

Ucarda fermerlərin toxum təminatına dəstək məqsədilə satış məntəqəsi fəaliyyətə başlayıb

Sahil Babayev: Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır

Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı 32 faizdir

Ankarada Azərbaycanın biznes və investisiya mühiti təşviq edilib

Almaniyada sığınacaq axtaran əcnəbilərin sayı kəskin azalıb

Mehdixan Vəkilov: 148 manatlıq kostyumu "Avara bağı"nda dilənçiyə verən Səməd

Özəl sektorda təqribən 50 minə yaxın əmək müqaviləsi artımı olub

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir VİDEO

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir VİDEO

Maliyyə naziri: ARDNF qızılın qiyməti 5000 dolları keçdikdən sonra satışa başlayıb

Avrozonada inflyasiyanın illik səviyyəsi 4 faizə çatıb

Nazir: Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub

Zəfərin ağxalatlı qəhrəmanları: məktəblilər onların fədakarlığını canlandırdılar VİDEO

Zəfərin ağxalatlı qəhrəmanları: məktəblilər onların fədakarlığını canlandırdılar VİDEO

Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

İdarə rəisi: Bakı 2040-cı ilədək müasir və dayanıqlı şəhər modelinə keçəcək

AQTA qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə işlərini davam etdirir

® Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib

“AIREX 2026” iştirakçısı: Bu sərgi xarici investorların regionun potensialını yaxından tanıması üçün əhəmiyyətli platformadır

Millinin sabiq baş məşqçisi: Yerli futzalçıların yeni sistemə uyğunlaşması üçün zamana ehtiyac var

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edib

Səfir: Səudiyyə Ərəbistanı Azərbaycanla həmrəyliyini qurban payı ilə nümayiş etdirir

AZƏRTAC “AIREX 2026” sərgisinin media tərəfdaşıdır VİDEO

AZƏRTAC “AIREX 2026” sərgisinin media tərəfdaşıdır VİDEO

“Qalatasaray” rusiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir

“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” - elmi seminar

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

Hesablama Palatasının sədri: Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122,1 milyon manat daxil olub

Vüqar Gülməmmədov: Gömrük rüsumları üzrə proqnozlaşdırılan məbləğin 30 milyon manatı yığımların payına düşür

Maka Boçorişvili: Dialoq olmadan Aİ Gürcüstandakı prosesləri obyektiv qiymətləndirə bilməyəcək

Büdcə prosesinin iştirakçıları ilə müzakirələr hər növbəti il büdcə sənədləşməsinin keyfiyyətinin artırılmasına səbəb olur

Azərbaycanlı voleybolçu: Bolqarıstan klubu ilə matçın həlledici məqamlarında təcrübəmiz öz sözünü dedi

Samuxda yeni yaşıllıqlar salınıb

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Çin ilə Avropa arasında nəqliyyat dəhlizlərinin inkişafı Qırğızıstan üçün prioritet məsələdir

Paşinyan: Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir

Dünyanın dörd texnologiya nəhəngi süni intellektə 740 milyard dollardan çox vəsait ayıracaq

“Ədəbi proses-2025”: müharibə mövzusu, gənc müəlliflər və detektiv ədəbiyyatın gələcəyi

Dövlət maliyyəsinin idarə edilməsi istiqamətində aparılan təkmilləşmələrin nəticəli olması üçün 35 tövsiyə verilib

Ekspert: Metro şəbəkəsinin genişləndirilməsi şəhərətrafı ərazilərdə sərnişin axınının bölüşdürülməsinə imkan verəcək

Vüqar Gülməmmədov: Qeyri-resurs gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmasının zəruri olduğu qənaətindəyik

Azərbaycanla Qırğızıstan fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlığı genişləndirir

Avropa Komissiyası Gürcüstanla bağlı illik hesabatını təqdim edib

Bakıda qəza - avtomobil klinikaya çırpıldı FOTOLAR VİDEO

Bakıda qəza - avtomobil klinikaya çırpıldı FOTOLAR VİDEO

Gəncədə “Gələcəyin karyerası” regional tədbiri: ekspertlər tələbələrə tövsiyələr veriblər

Tural Rzayev: Xankəndi istiqamətində hər addımımız Vətən sevgisindən güc alırdı