TÜRKİYƏ PARLAMENTİ SƏDRİNİN ÖLKƏMİZƏ SƏFƏRİ BAŞA ÇATDI
Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Ömər İzgi və onu müşayiət edən şəxslər fevralın 10-da vətənə yola düşmüşlər.
Binə beynəlxalq hava limanında Türkiyə parlamentinin başçısını Milli Məclisin sədri Murtuz Ələsgərov, parlament sədrinin birinci müavini Arif Rəhimzadə, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz, Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev yola salmışlar.
Yola düşməzdən əvvəl Ömər İzgi jurnalistlərin suallarına cavab verərək, ermənilərin Avropa Şurası Parlament Assambleyasının sessiyasında soyqırımı məsəsini müzakirəyə çıxarmaq niyyəti ilə əlaqədar bildirmişdir ki, Türkiyə parlamenti müvafiq addımlar atacaqdır. Böyük Millət Məclisinin sədri ABŞ prezidentinin məlum bəyanatından sonra Türkiyə-İran sərhəddində yaranmış vəziyyətə də toxunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [16:43]
Belçikada işçilərin sayının azalacağı gözlənilir
- 04.11.2026 [15:26]
Almaniyada sığınacaq axtaran əcnəbilərin sayı kəskin azalıb
- 04.11.2026 [15:20]