Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mixail Zabelin: Heydər Əliyev ilə işləmək böyük məktəbdir VİDEO

Bakı, 27 oktyabr, AZƏRTAC

Heydər Əliyev həqiqətən dahi insan idi. Bu görkəmli siyasi və dövlət xadimi Azərbaycan KP MK-nın birinci katibi, daha sonra Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd olduğu dövrdə mənə onunla işləmək xoşbəxtliyi nəsib olub.

Milli Məclisin deputatı, Azərbaycanın Rus İcmasının sədri, ümummilli lider Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə onun referenti olmuş Mixail Zabelin bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.

Mixail Zabelin Azərbaycan xalqının ümummilli lideri ilə işlədiyi ilk illəri xatırlayaraq deyib: “O vaxt mən hələ cavan oğlan idim və belə miqyaslı şəxsiyyətlə ilk dəfə rastlaşırdım. Heydər Əliyev mənə çox güclü təsir bağışladı. Şübhəsiz, onun tələbkarlığı mənim işimə təsir göstərirdi. Heydər Əliyev ilə işləmək mənim üçün böyük məktəb idi. Ümumiyyətlə, onun iş rejimi heyranlıq doğururdu. O, səhər saat 10-un yarısında işə gəlir və axşamdan xeyli keçmiş işdən gedirdi. Səhər saat 10-da hökmən televiziya ilə səhər xəbərlərinə, axşam saat 22:00-da isə “Zaman” proqramına baxırdı. Yüksək dərəcəli rəhbər kimi o, vəziyyətdən xəbərdar olmaq üçün bu verilişlərə baxmalı idi. O gələnə qədər mən adətən mərkəzi və yerli mətbuatı - “Pravda”, “Selskaya jizn”, “Bakinski raboçi”, “Sovet kəndi” və başqa qəzetləri gözdən keçirirdim. Mərkəzi mətbuatda Azərbaycanla bağlı məqalələri və Azərbaycan qəzetlərindəki mühüm materialları qırmızı karandaşla qeyd edirdim. Heydər Əliyev Azərbaycanla, ölkədə baş verən mühüm hadisələrlə bağlı bütün materialları çox diqqətlə oxuyur, sonra MK katiblərinə, nazirlərə zəng vurur, həmin materiallarda ölkənin fəaliyyətinin bu və ya digər sahələrinə aid məqamları onlarla ətraflı təhlil edirdi.

Bəziləri deyirlər ki, Heydər Əliyev sərt adam idi, lakin onun sərtliyi həm özünə, həm də tabeliyində olanlara münasibətdə tələbkarlığında təzahür edirdi. Heydər Əliyev respublikanın rəhbəri vəzifəsinə seçiləndə Azərbaycan iqtisadi inkişafdan geri qalırdı, respublikada korrupsiya vardı. O, respublikanı dirçəltmək üçün bu vəzifəyə təyin edilmişdi. Azərbaycanın çox böyük imkanları, iqtisadi, insan və yaradıcı potensialı mövcud idi. Əlbəttə, çətinliklər çox idi, o cümlədən SSRİ rəhbərliyində də ona mane olmağa çalışan müxtəlif qruplar vardı. Lakin xalq ona çox böyük ümidlər bəsləyirdi. Heydər Əliyevin hakimiyyətə gəlməsini ümidlə qarşılayan, onun vəziyyəti düzəltməyə nail olacağına və respublikanın potensialını reallaşdıracağına inanan sakinlərdən çoxlu ərizələr daxil olurdu.

Heydər Əliyev respublikanın geridə qalmasında təqsirkar olanlara, nalayiq işlərlə özlərini ləkələyənlərə münasibətdə sərt və güzəştsiz idi. O, respublikaya rəhbərlik edənə qədər əvvəlcə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədrinin birinci müavini, daha sonra sədr vəzifəsində işləmişdi, buna görə də bəzi korrupsion sxemlərin fəaliyyəti barədə zəngin informasiyaya malik idi və bu insanlara qarşı sözün hərfi mənasında döyüşməli olurdu”.

M.Zabelin xatırlayır ki, o vaxt Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, yeni müəssisələr, zavodlar, fabriklərin tikintisi birinci dərəcəli məsələlər idi. O deyib: “İstehsal güclərinin artırılması və sənayenin inkişafı əsasən Bakı şəhərinin payına düşürdü, regionlarda isə kənd təsərrüfatının inkişafı üçün fəal iş aparılırdı. Rayonların çoxu faraş məhsulları əsasən Moskvaya və Sankt-Peterburqa göndərirdi. Heydər Əliyev, xüsusən yay fəslində, may ayından başlayaraq, hər gün faraş meyvə-tərəvəz məhsullarının tədarükü barədə rayonlardan daxil olan bütün məlumatları diqqətlə oxuyurdu. Bu prosesi diqqətlə izləyirdi, çünki ondan əvvəl bu istiqamətlərdə daim çatışmazlıqlar olur, tez-tez lazımi həcmdə məhsul tədarük edilmirdi. Moskva işə bu yeni münasibəti yüksək qiymətləndirirdi. Heydər Əliyev Azərbaycanı yüksəltdi və respublika axırdan ikinci mövqedən qabaqcıllar sırasına çıxdı. O vaxt Azərbaycan faktiki olaraq özünü təmin edirdi”.

Heydər Əliyevin keçmiş referenti ümummilli liderin işgüzar keyfiyyətləri barədə söhbət açaraq onun qeyri-adi yaddaşa malik olmasını qeyd edib: “O, qonaqları, xarici nümayəndə heyətlərini qəbul edərkən onların ölkələrinin həyatı ilə bağlı elə faktlar göstərirdi ki, onlar özləri bu barədə az məlumatlı idilər. O, çoxlu mütaliə edir, böyük miqdarda ədəbiyyatla işləyirdi. Əla yaddaşı vardı. Buna görə bütün faktları yaddaşında saxlayırdı.

Heydər Əliyevin yorulmaz işi sayəsində respublika çox qısa müddətdə postsovet məkanında iqtisadi baxımdan qabaqcıl mövqelərə çıxdı. O vaxt Heydər Əliyev Azərbaycana və təbii ki, bütün sovet dövlətinə lazım olan çoxsaylı müəssisələrin tikintisinə razılıq əldə edə bilmişdi. Həmin dövrdə Azərbaycanda Kondisionerlər Zavodu, elektronika üzrə müxtəlif müəssisələr yaradıldı. Respublika sürətlə inkişaf edirdi. Məhz bu səbəbdən Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçildi”.

Mixail Zabelin deyir ki, Heydər Əliyev incə qəlbli, lakin işdə çox tələbkar adam idi: “O, rəhbər işçilərdən kimisə vəzifədən azad etməyə məcbur olanda səmimi qəlbdən acıyırdı. Həmin adamı yanına çağırır, onunla uzun müddət söhbət edir, hər şeyi başa salırdı və həmin adam özü etiraf edirdi ki, ona həvalə olunmuş vəzifənin öhdəsindən gələ bilməyib. Bir nəfərin vəzifəyə təyin edilməsi üçün ona tövsiyələr veriləndə isə o, həmin təqdimatı uzun müddət özündə saxlayır, namizədin fəaliyyətini diqqətlə müşahidə edir və yalnız bundan sonra qərar qəbul edirdi”.

Heydər Əliyevin SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsinə təyinat alanda Moskvada işləməyə necə hazırlaşması barədə söhbət açan Mixail Zabelin deyib: “O vaxt mənə tapşırdı ki, onun kuratorluq etməli olduğu sahələr - maşınqayırma, yüngül sənaye, mədəniyyət və təhsil sahələri barədə kitablar seçim. O bir siyahı verdi, mən kitabxanada həmin kitabları axtarıb tapdım və üç böyük qutu kitabı onun kabinetinə apardılar. Heydər Əliyev daim mütaliə edirdi. Bu kitabları mənə qaytaranda gördüm ki, karandaşla çoxlu qeydlər edilib. Deməli, o həmin kitabları sadəcə vərəqləmir, diqqətlə oxuyurdu. SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsinə təyin ediləndən sonra işə başlamazdan əvvəl Heydər Əliyev bir çox alimlərlə, müvafiq sahələrin rəhbərləri ilə görüşlər keçirdi. O, öz erudisiyası, geniş dünyagörüşü, incə detalları bilməsi, vəziyyətə tam bələd olması ilə onlara çox güclü təsir bağışladı”.

Mixail Zabelin Heydər Əliyevin keçirdiyi və müəyyən aktual problemlərin həlli, layihələrin reallaşması ilə başa çatan çoxsaylı görüşlər və müşavirələr barədə danışarkən təəssüfləndiyini bildirdi ki, Heydər Əliyevin nəzərdə tutduğu proqramların biri reallaşdırılmayıb. M.Zabelin deyir: “Bu, Bakının inkişafı proqramıdır. 1980-ci illərin əvvəlində Bakıya müəyyən status verilməli idi və Sov.İKP MK Siyasi Bürosu bu şəhərin inkişafı - yeni sənaye obyektlərinin tikintisi, kanalizasiya sisteminin yenidən qurulması, digər mühüm obyektlərin yaradılması üçün böyük məbləğdə vəsait ayrılmalı idi. SSRİ rəhbərliyi dəyişdi, bu layihənin icrası süründürməçiliyə salındı, Qorbaçovun dövründə isə ona ümumiyyətlə fikir verilmədi. Əgər bu layihə qəbul edilsəydi, bu, Bakı şəhəri üçün çox böyük kömək olardı”.

Mixail Zabelin Yeni Azərbaycan Partiyasının və Azərbaycanın Rus İcmasının necə yaradılmasını xatırlayaraq dedi: “Tezliklə Yeni Azərbaycan Partiyasının 30 illiyini qeyd edəcəyik. O vaxt Heydər Əliyev Naxçıvanda işləyirdi. Biz onunla zəngləşir, partiyanın Nizamnaməsini hazırlayırdıq. Layihədə biz partiyanı “Tərəqqi partiyası” adlandırmışdıq. Bu layihəni Heydər Əliyevə göndərdik. O, həmin adın üstündən xətt çəkdi və əvəzinə “Yeni Azərbaycan Partiyası” yazdı, Nizamnamədə bəzi dəyişikliklər etdi. Həmin dövrdə bir növ gizli şəraitdə fəaliyyət göstərən partiya belə yaradıldı. Partiyanın birinci qurultayı keçiriləndə mən Naxçıvana gedə bilmədim, amma onun sıralarına daxil oldum. Sonradan Heydər Əliyev Bakıya qayıdanda mənə bu partiyanın yaradılmasının iştirakçılarından biri kimi 6 nömrəli partiya biletini təqdim etdi.

1992-ci ildə bir dəfə Heydər Əliyev mənə zəng vurdu və dedi: “Mixail, bu nədir, sən Azərbaycanda Rus İcması yaradırsan, məgər biz vahid Azərbaycan xalqı deyilik?!”. Biz icmanı heç cür qeydiyyata aldıra bilmirdik - Xalq Cəbhəsinin hakimiyyətdə olduğu vaxt idi, buna maneçilik törədilirdi. Biz Rus İcmasını yalnız 1993-cü ilin may ayında qeydiyyata aldırdıq. Mən ona dedim: “Heydər Əliyeviç, siz ki hakimiyyətdə kimlərin olduğunu bilirsiniz, rusların çoxu getmək istəyir, bundan sonra necə yaşayacaqlarını, onların uşaqlarının necə yaşayacaqlarını bilmirlər, rus dilinə və rus mədəniyyətinə münasibət dəyişir”. O dedi: “Yaxşı, səninlə razıyam”.

Azərbaycan xalqının israrlı tələbi ilə Heydər Əliyev ölkə rəhbərliyinə qayıdanda biz onunla görüşdük və o, Rus İcmasının ehtiyacları ilə maraqlandı. Mən dedim ki, bizə Rus Mədəniyyət Mərkəzi üçün bina lazımdır. O, müdafiə nazirinə tapşırıq verdi və bizə yer ayırdılar - Azadlıq prospektindəki keçmiş Hərbi Kitab Evini. Biz öz tədbirlərimizi, uşaqlar üçün Yeni il şənliklərini orada keçiririk. Bu, çox vacib idi.

Heydər Əliyev artıq Prezident seçiləndən sonra, 1994-cü ilin yanvarında mənə zəng vurub dedi: “Pravoslav Kilsəsi xətti ilə siz hər hansı tədbir keçirməyi nəzərdə tutursunuzmu?” Mən dedim: “Bəli, yanvarın 7-də Milad bayramı olacaq, yanvarın 10-da isə biz konsert təşkil etməyi planlaşdırırıq”. O, konsertə gələcəyini vəd etdi. Biz konsertin keçirilməsi üçün Kirxanın binasını icarəyə götürdük. Heydər Əliyev Şeyxin və o vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlunun müşayiəti ilə gəldi. Biz birinci sırada yanaşı oturmuşduq, o mənə suallar verir, mən cavab verirdim. Sonra o çıxış edərək dedi: “Ruslar, heç yerə getməyin, bura sizin eviniz, sizin Vətəninizdir. Mən isə Prezident kimi sizin hüquqların müdafiəsinin qarantıyam”.

Bilirsiniz, Heydər Əliyev sözünün üstündə dayandı. Ruslar qaldılar. Azərbaycandakı ruslar həqiqətən Azərbaycanı öz vətənləri hesab edirlər. Bu kursu Prezidentimiz İlham Əliyev də davam etdirir. Siz gördünüz ki, Prezidentin 2020-ci il 27 sentyabr tarixli çağırışına milliyyətindən və dini etiqadından asılı olmayaraq Azərbaycanın bütün sakinləri cavab verdilər. Çoxları könüllülər kimi ərazilərimizi erməni işğalçılarından azad etməyə getdilər. Bəziləri ölkənin Silahlı Qüvvələrinin tərkibində idi. Rus gənclərin çoxu ərazilərin azad edilməsi uğrunda döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə orden və medallar aldı, bəziləri həlak oldu. Torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçmiş bütün şəhidlərə Allah rəhmət eləsin. Biz bütün şəhidlərin xatirəsini hörmətlə yad edirik. Prezidentimizin nitqi həqiqətən bütün xalqı ruhlandırdı. Ona görə ki, biz işğal edilmiş əraziləri dinc yolla azad edə biləcəyimiz günü 30 il gözləmişdik. Lakin təəssüf ki, heç kəs bizim dediyimizə qulaq asmadı. Prezidentimizə Allah cansağlığı versin, o, qətiyyət göstərdi və Azərbaycan ərazisində vəhşiliklər törədən, dinc sakinləri, Azərbaycanın mədəniyyət və tarix abidələrini məhv edən murdarları öz “dəmir yumruğu” ilə sarsıtdı. Bütün bu illər ərzində işğal olunmuş Qarabağı azad etməyə hazırlaşan rəşadətli Ordumuza eşq olsun”.

Mixail Zabelin 1990-cı illərin əvvəlində ölkəmizin bütövlüyünün qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətlərini xüsusi qeyd edərək dedi: “Qarabağla yanaşı, ölkənin şimal və cənub hissələrində də hərcmərclik yaranmışdı. Faktiki olaraq, o vaxt Azərbaycanın güclü ordusu, güclü rəhbərliyi yox idi. Azərbaycanın düşmənləri bundan istifadə edirdilər. Lakin Heydər Əliyev hakimiyyətə gələndən sonra onun qətiyyəti və siyasi iradəsi bu qüvvələrin Azərbaycan ərazisinə qəsb etmələrinə imkan vermədi. O, Azərbaycanı xilas etdi!

Hər halda sovet dövrünün adamı olan Heydər Əliyev inanırdı ki, Rusiya rəhbərliyi həmin dövrdə Qarabağ münaqişəsi nəticəsində yaranmış problemlərə düzgün yanaşacaq və bizim tərəfimizdə olacaq, çünki biz haqlı idik. Lakin təəssüf ki, o vaxt nə Yeltsinin şəxsində Rusiya, nə Avropa İttifaqı, nə ABŞ, nə də Qarabağ barəsində dörd qətnamə qəbul etmiş BMT bu məsələni beynəlxalq hüquq əsasında həll etmək istəmədi (əksinə, Rusiya Ermənistanı pulsuz silahla təchiz edirdi). Lakin Allaha şükür olsun ki, bizim Prezident İlham Əliyev ölkəni iqtisadi cəhətdən inkişaf etdirərək, ordumuzu möhkəmləndirdi və işğal olunmuş torpaqların azad edilməsinə nail oldu. O, hər şeyi götür-qoy etmişdi və ərazilərimizi erməni işğalçılardan azad etməkdə heç kəs bizə mane ola bilmədi”.

Mixail Zabelin Heydər Əliyevin referenti vəzifəsində işləyərkən ümummilli liderin ailəsi ilə, xüsusən onun həyat yoldaşı Zərifə xanımla da ünsiyyətdə olub: “O da çox məşğul insan idi - həkim, alim, akademik idi. Tez-tez Kondisionerlər Zavoduna və başqa müəssisələrə gedirdi, görmə orqanının peşə xəstəliklərini tədqiq edir, orada işləyən insanları müayinə edir, onlara məsləhətlər verirdi. Bununla bərabər, o hər gün mənə zəng vurur və soruşurdu: “Mişa, Heydər Əliyeviç necədir? Sən ona filan dərmanı vermisənmi?”. Mən deyirdim: “Bəli Zərifə Əzizovna, vermişəm”. “Onda sürücünü göndərəcəm, Heydər Əliyeviç üçün hazırladığımı gətirəcək. Qoy o yeməkxanada yeməsin, mən onun üçün buxarda bişirilmiş kotlet hazırlamışam”. Zərifə xanım Heydər Əliyevə belə qayğı göstərirdi, onların arasında çox incə hisslər vardı. Artıq neçə illərdir ki, onlar aramızda yoxdur, lakin onların necə səmimi, dostcasına münasibətləri olduğunu, bir-birini necə sevdiklərini, onların necə ailə olduğunu bilirik...”.

Mixail Zabelin sonda deyib: “Bütün Azərbaycan xalqı kimi mən də Tanrıya minnətdaram ki, yeni Azərbaycan yaratmış Heydər Əliyev kimi insan Azərbaycan ərazisində doğulub”.

Mixail Zabelin: Heydər Əliyev ilə işləmək böyük məktəbdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə

Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm

Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır

AMEA-nın vitse-prezidenti: Reza Deqatinin fotoları illər keçsə də, öz əhəmiyyətini itirməyəcək

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri - ŞƏRH

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib

Heyvandarlıq sahəsində yeni şərtlər - fermerlər nə qədər subsidiya alacaqlar?

İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib

Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır

“Gülüstan” türbəsi– Azərbaycan daşişləmə sənətinin nadir incisi

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Baş nazir yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Universitetində qazaxıstanlı professor-müəllim heyəti üçün təkmilləşdirmə kursu təşkil olunub

Yağmur Soylu: X nəslinin bəyənməsi dəstək, Z nəslinin reaksiyası isə özünüifadə vasitəsidir – MÜSAHİBƏ

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub

® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

Ekspert: Qızılın ucuzlaşması Azərbaycanda zərgərlik məhsullarının qiymətinə təsir edə bilər

AFFA Məşqçilər Komitəsinin sədri: Bu mövsüm Premyer Liqada asan məğlub olmaq istəyən komanda yoxdur

Baş katib: “Bakı Prosesi” Şərqlə Qərb arasında birbaşa ünsiyyət üçün yol açıb

Belçikada işçilərin sayının azalacağı gözlənilir

MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi -  REPORTAJ  VİDEO

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi - REPORTAJ VİDEO

On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib

Müctəba Xamenei: ABŞ-də seçkilərin nəticələri Vaşinqtonun İran siyasətində dəyişikliyə səbəb olmayacaq

Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib

® “Carlsberg Azerbaijan” və Azərbaycan Texnologiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir

İctimai Şura sədri: Zəfərin təməlində “Dəmir yumruq” ətrafında birləşən xalqımızın həmrəyliyi dayanır

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

ABŞ-də aralıq seçkiləri: AI data mərkəzlərinə qarşı etirazlar Demokratların mənafeyinə xidmət edir

Mehman Nəcəfov: Milli ifaçılıq ənənələri gələcək nəsillərə düzgün çatdırılmalıdır

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

FIFA U-15 dünya çempionatında hakimliyin təşkilinə görə AFFA-ya təşəkkür edib

“Bir cənub şəhərində”

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovadan

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan

Tədqiqat: Dəniz səviyyəsinin qalxması ekosistem xidmətlərini ildə 164 milyard dollardan məhrum edə bilər

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdaridən

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Deputat: Heydər Əliyev azərbaycançılıq məfkurəsini dövlət siyasəti səviyyəsinə yüksəltdi

“Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb

Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dünyada əqli sağlamlıq səviyyəsi zəifləyir - 92 ölkədə aparılan sorğunun nəticəsi

Nazir: Dövlət büdcəsinin əsas hədəflərindən biri özəl investisiyaların artırılmasına dəstək verməkdir

K.S.İmanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Read Qasımov: Əhalinin gündəlik şəhər mərkəzi və geriyə hərəkəti nəqliyyat sisteminə əlavə yük yaradır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNİB VİDEO

Romanın qonaqları - Bir şəhər, min bir turist... FOTOREPORTAJ

Ramil İskəndərli: Azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayağıdır

İƏİT-in vergi cinayətləri ilə mübarizə sahəsində təşviq etdiyi vahid yanaşma səmərəli prinsiplərə əsaslanır

Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan dövlət maliyyəsi təsnifatını beynəlxalq GFSM standartına 95 faiz uyğunlaşdırmağı hədəfləyir

Ucarda fermerlərin toxum təminatına dəstək məqsədilə satış məntəqəsi fəaliyyətə başlayıb

Sahil Babayev: Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır

Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı 32 faizdir

Ankarada Azərbaycanın biznes və investisiya mühiti təşviq edilib

Almaniyada sığınacaq axtaran əcnəbilərin sayı kəskin azalıb

Mehdixan Vəkilov: 148 manatlıq kostyumu "Avara bağı"nda dilənçiyə verən Səməd

Özəl sektorda təqribən 50 minə yaxın əmək müqaviləsi artımı olub

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir VİDEO

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir VİDEO

Maliyyə naziri: ARDNF qızılın qiyməti 5000 dolları keçdikdən sonra satışa başlayıb

Avrozonada inflyasiyanın illik səviyyəsi 4 faizə çatıb

Nazir: Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub

Zəfərin ağxalatlı qəhrəmanları: məktəblilər onların fədakarlığını canlandırdılar VİDEO

Zəfərin ağxalatlı qəhrəmanları: məktəblilər onların fədakarlığını canlandırdılar VİDEO

Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

İdarə rəisi: Bakı 2040-cı ilədək müasir və dayanıqlı şəhər modelinə keçəcək

AQTA qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə işlərini davam etdirir

® Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib

“AIREX 2026” iştirakçısı: Bu sərgi xarici investorların regionun potensialını yaxından tanıması üçün əhəmiyyətli platformadır

Millinin sabiq baş məşqçisi: Yerli futzalçıların yeni sistemə uyğunlaşması üçün zamana ehtiyac var

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edib

Səfir: Səudiyyə Ərəbistanı Azərbaycanla həmrəyliyini qurban payı ilə nümayiş etdirir

AZƏRTAC “AIREX 2026” sərgisinin media tərəfdaşıdır VİDEO

AZƏRTAC “AIREX 2026” sərgisinin media tərəfdaşıdır VİDEO

“Qalatasaray” rusiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir

“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” - elmi seminar

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

Hesablama Palatasının sədri: Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122,1 milyon manat daxil olub

Vüqar Gülməmmədov: Gömrük rüsumları üzrə proqnozlaşdırılan məbləğin 30 milyon manatı yığımların payına düşür

Maka Boçorişvili: Dialoq olmadan Aİ Gürcüstandakı prosesləri obyektiv qiymətləndirə bilməyəcək

Büdcə prosesinin iştirakçıları ilə müzakirələr hər növbəti il büdcə sənədləşməsinin keyfiyyətinin artırılmasına səbəb olur

Azərbaycanlı voleybolçu: Bolqarıstan klubu ilə matçın həlledici məqamlarında təcrübəmiz öz sözünü dedi

Samuxda yeni yaşıllıqlar salınıb

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Çin ilə Avropa arasında nəqliyyat dəhlizlərinin inkişafı Qırğızıstan üçün prioritet məsələdir

Paşinyan: Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir

Dünyanın dörd texnologiya nəhəngi süni intellektə 740 milyard dollardan çox vəsait ayıracaq

“Ədəbi proses-2025”: müharibə mövzusu, gənc müəlliflər və detektiv ədəbiyyatın gələcəyi

Dövlət maliyyəsinin idarə edilməsi istiqamətində aparılan təkmilləşmələrin nəticəli olması üçün 35 tövsiyə verilib

Ekspert: Metro şəbəkəsinin genişləndirilməsi şəhərətrafı ərazilərdə sərnişin axınının bölüşdürülməsinə imkan verəcək