İÇƏRIŞƏHƏR KOMPLEKSI YUNESKO-NUN BÜLLETENINDƏ
Bu günlərdə YUNESKO-nun çapdan buraxdığı xüsusi bülletendə bu nüfuzlu beynəlxalq təşkilat tərəfindən himayəyə alınaraq qoruq e`lan edilmiş tarixi abidələrin və mədəni irslərin siyahısı dərc olunmuşdur. Ölkəmizin müvafiq orqanlarının və YUNESKO-da daimi nümayəndəsi olan Azərbaycan Respublikasının Fransadakı səfirliyinin səyləri nəticəsində Odlar diyarının qədim tarixi abidələrindən biri İçərişəhər tarix-memarlıq kompleksi həmin siyahıya daxil edilmişdir.
Bülletendə bildirilir ki, zərdüştilük və sasanilər ərəb xilafəti, Şirvanşahlar, Rusiya imperiyası dövrlərinin izlərini özündə əks etdirən bu kompleksə daxil olan və tarixinin daha qədim olduğu ehtimal edilən Qız qalası XII əsrdə bərpa olunmuşdur. Azərbaycan memarlığının şah əsərlərindən olan Şirvanşahlar sarayı isə XV əsrdə inşa edilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [18:04]
Uşaqların Zəfər Gününə töhfəsi: “Mənim Zəfərim”
- 04.11.2026 [17:14]
“Gülüstan” türbəsi– Azərbaycan daşişləmə sənətinin nadir incisi
- 04.11.2026 [15:39]
Romanın qonaqları - Bir şəhər, min bir turist... FOTOREPORTAJ
- 04.11.2026 [13:53]
Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb
- 04.11.2026 [12:25]