ELMİ ƏSƏRLƏRİN NÖVBƏTİ BURAXILIŞI ÇAPDAN ÇIXMIŞDIR
“Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Əsərləri”nin növbəti buraxılışı çapdan çıxmışdır. Nəşrin baş redaktorunun müavini, geologiya-mineralogiya elmləri doktoru Adil Əliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, “Əsərlər”in hazırkı buraxılışında Azərbaycan ərazisinin seysmikliyi, palçıq vulkanizminin zəlzələlərlə genetik əlaqəsi məsələləri araşdırılmışdır. Topluda Xəzər neftli-qazlı hövzəsində karbohidrogen törəmələri ocaqları, neft və qaz yataqlarının təsnifatı, filiz yataqlarının geokimyası barədə yeni məlumatlar, geofiziki regional paleontoloji və geodinamik tədqiqatların nəticələri verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [17:31]
Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm
- 04.11.2026 [16:59]
AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub
- 04.11.2026 [16:42]
MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər
- 04.11.2026 [15:49]
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
- 04.11.2026 [15:47]