Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ

London, 24 sentyabr, AZƏRTAC

Böyük Britaniyada çalışan gənc azərbaycanlı həkim Heydər Məmmədli hazırda Nottinqam şəhərindəki “Queen’s Medical Centre” xəstəxanasında rezident-həkim kimi fəaliyyət göstərir. Ankara Universitetinin Tibb fakültəsində təhsil aldıqdan sonra ixtisaslaşmaq və fərqli səhiyyə sistemində təcrübə qazanmaq məqsədilə Böyük Britaniyaya üz tutan Heydər Məmmədli gələcəkdə klinik fəaliyyətini elmi-tədqiqat və tədrislə birləşdirməyi, qazandığı bilik və təcrübəni Azərbaycanda tətbiq etməyi planlaşdırır.

AZƏRTAC-a müsahibəsində Heydər Məmmədli Böyük Britaniyada həkim kimi fəaliyyətə başlamaq üçün keçdiyi mərhələlərdən, NHS sisteminə uyğunlaşma prosesindən, rezident-həkimlərin iş şəraitindən, eləcə də bu yolu seçmək istəyən azərbaycanlı gənclərə tövsiyələrindən danışıb.

- Tibb təhsili almağa nə zaman qərar verdiniz və bu seçimə sizi nə motivasiya etdi?

- Tibbə marağım uşaqlıqdan yaranıb. Ailəmizdə həkimlik ənənəsi var və hər iki babam həkim olub. Babalarımdan biri – Xanoğlan Kazımov pediatr olub və uzun illər Masallı rayonunda uşaq xəstəxanasına rəhbərlik edib. Digər babam Nadir Məmmədov isə dəri-zöhrəvi xəstəlikləri üzrə fəaliyyət göstərib.

Uşaqlıqdan tibbi söhbətlərin və həkimlik mühitinin içində böyüməyim bu sahəyə marağımın erkən yaşlarda formalaşmasına səbəb olub. Zaman keçdikcə həkim olmaq istəyim mənim üçün daha da dəqiqləşdi.

- Universitet təhsilinizi harada almısınız? Böyük Britaniyada həkim kimi işləmək qərarına necə gəldiniz?

- Tibb təhsilimi Türkiyənin paytaxtı Ankara şəhərində, Ankara Universitetinin Tibb fakültəsində almışam. 2016-cı ildə universitetə daxil olmuşam, 2022-ci ildə isə məzun olmuşam.

Böyük Britaniyanı seçməyimin tək bir səbəbi olmayıb. Mühitimi dəyişmək, özümü fərqli səhiyyə sistemində sınamaq və peşəkar olaraq bir addım da irəli getmək istəyirdim. İxtisaslaşmaq üçün azərbaycanlı və türkiyəli gənc həkimlərin daha çox üz tutduğu ölkələr arasında Almaniya, Böyük Britaniya və ABŞ var. Mən ingilis dilini məktəb illərindən bilirdim. Eyni zamanda, Böyük Britaniyanın Azərbaycana ABŞ ilə müqayisədə daha yaxın olması, ailəmlə və ölkəmlə əlaqəni daha rahat saxlamaq imkanının olması da seçimimdə rol oynadı.

- Türkiyə diplomu ilə Böyük Britaniyada həkim kimi fəaliyyət göstərmək üçün hansı mərhələlərdən keçmək lazımdır? Sizin üçün bu proses nə qədər vaxt apardı?

- Bu proses yalnız Türkiyə diplomuna aid deyil. Xaricdə tibb təhsili almış həkimlər üçün ilk mərhələlərdən biri ingilis dili biliyini təsdiqləməkdir. Bunun üçün IELTS və ya OET – Occupational English Test imtahanlarından biri verilir. Daha sonra PLAB 1 və PLAB 2 imtahanlarını uğurla keçmək tələb olunur.

Bu mərhələlərdən sonra Böyük Britaniyada həkim kimi fəaliyyət göstərmək üçün “General Medical Council”a (GMC) müraciət edilir. Müvafiq tələblər yerinə yetirildikdən sonra həkimlik qeydiyyatı əldə olunur.

Mənim üçün bu proses təxminən bir il çəkdi. Dil imtahanına daha çevik şəkildə müraciət etmək mümkündür, lakin xüsusilə PLAB imtahanlarında yer tapmaq bəzən vaxt apara bilir. Buna görə bütün prosesi başa çatdırmaq üçün təxminən bir il və ya daha artıq müddəti nəzərə almaq daha realdır.

- İlk dəfə Böyük Britaniyada xəstəxanada işə başlayanda sizin üçün ən böyük fərq nə oldu?

- Mənim üçün ən böyük fərqlərdən biri həkimin rolunun yalnız gündəlik klinik işlərlə məhdudlaşmaması idi. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətində (NHS) xəstələrin müayinə və müalicəsi ilə yanaşı, auditlərdə, keyfiyyətin yaxşılaşdırılması layihələrində, akademik fəaliyyətlərdə və klinik idarəetmədə iştirak da həkimin işinin bir hissəsi hesab olunur. Bu sistem mənim üçün yeni idi. Çox çətin olduğunu deməzdim, amma fərqli iş prinsiplərinə tam uyğunlaşmağım bir neçə ay vaxt aldı.

- Hazırda Nottinqamda rezident-həkim kimi fəaliyyətiniz necə qurulub?

- Bizim xəstəxanada rezident-həkimlərin fəaliyyəti əsasən dördaylıq rotasiyalar şəklində təşkil olunur və iş proqramımız əvvəlcədən planlaşdırılır. Bəzi günlər şöbədə çalışır, xəstələri konsultant və daha təcrübəli həkimlərlə birlikdə qiymətləndirir, lazım olan müayinə və müalicələrin həyata keçirilməsini təmin edirik.

Əməliyyatxana günlərində konsultantlarla birlikdə əməliyyatlarda iştirak edir, həm kömək edir, həm də praktiki təcrübə qazanırıq. Klinika günlərində isə ambulator xəstələri qiymətləndiririk. Bununla yanaşı, mütəmadi tədris günlərimiz də olur və həmin günlər bilik və praktiki bacarıqlarımızın inkişafına ayrılır.

- Xarici həkim kimi NHS sisteminə uyğunlaşmaq çətin oldumu?

- Çox çətin olduğunu deməzdim, amma sistem fərqli olduğuna görə uyğunlaşmaq müəyyən vaxt tələb etdi. Mən Türkiyədə rezident kimi çalışmamışam, lakin tibb təhsilimin son ilində intern həkim olmuşam. Oradakı təcrübəmlə müqayisədə NHS-də klinik fəaliyyətlə yanaşı, akademik işlərə, auditlərə, keyfiyyətin yaxşılaşdırılmasına və ümumilikdə klinik idarəetməyə daha çox önəm verildiyini gördüm.

Sistemin iş prinsiplərini və həkimdən gözləntiləri tam anlamağım bir neçə ay çəkdi.

- Böyük Britaniyada həkimlərin iş yükü və növbə sistemi necədir?

- Böyük Britaniyada həkimlərin əsas iş həftəsi təxminən 40 saatdır. Rezident-həkimlərin iş yükü isə növbələr də nəzərə alındıqda orta hesabla təxminən 50 saata çata bilir. Növbələrin sayı və müddəti ixtisasdan asılı olaraq dəyişir.

Gecə növbələri adətən uzun olur və bəzi ixtisaslarda gecə işi daha çoxdur. Məsələn, təcili yardım və cərrahi sahələrdə gecə növbələri daha sıx ola bilər. Rotasiyadan asılı olaraq bir ay ərzində təxminən 4, bəzən isə 7-8 gecə növbəsi ola bilər.

- Böyük Britaniyada həkim olmaq istəyən azərbaycanlı gənclərə ilk olaraq nədən başlamağı tövsiyə edərdiniz?

- Ən vacib tövsiyəm odur ki, hələ Tibb fakültəsində oxuyarkən yalnız imtahanlara deyil, portfoliolarının formalaşdırılmasına da diqqət etsinlər. Çünki Böyük Britaniyada ixtisaslaşma prosesində yalnız imtahan nəticələri kifayət etmir. Rezidenturaya seçim zamanı audit və keyfiyyətin yaxşılaşdırılması layihələrində iştirak, liderlik və idarəetmə təcrübəsi, elmi araşdırmalar, nəşrlər və elmi təqdimatlar kimi fəaliyyətlərə də diqqət yetirilir. Ona görə gənclərə tövsiyəm budur ki, tələbəlik illərindən akademik və elmi fəaliyyətə qoşulsunlar, liderlik bacarıqlarını inkişaf etdirsinlər və ingilis dilini yüksək səviyyədə öyrənsinlər. Belə olduqda məzuniyyətdən sonrakı mərhələlərə daha hazırlıqlı başlamaq mümkündür.

- Gələcəkdə karyeranızı hansı istiqamətdə davam etdirməyi planlaşdırırsınız?

- Əsas hədəfim gələcəkdə konsultant həkim olmaqdır. Amma karyeramı yalnız klinik fəaliyyətlə məhdudlaşdırmaq istəmirəm. Ən böyük arzularımdan biri universitetdə tədrislə məşğul olmaq və tibb tələbələrinə dərs verməkdir. Bununla yanaşı, elmi araşdırmalarımı da davam etdirmək istəyirəm.

Gələcəkdə klinik fəaliyyəti, tədrisi və elmi tədqiqatı bir arada aparmaq istəyirəm. Özümü həm həkim, həm müəllim, həm də tədqiqatçı kimi görürəm.

- Uzunmüddətli perspektivdə Böyük Britaniyada qalmaq, yoxsa əldə etdiyiniz təcrübəni gələcəkdə Azərbaycanda tətbiq etmək kimi planınız varmı?

- Əslində, məncə, bu müsahibənin ən gözəl sualı elə sonuncu sualdır. Mənim ən böyük arzularımdan biri rezidentura təhsilimi uğurla başa vurduqdan sonra vətənə qayıtmaqdır.

Daha konkret desəm, gələcəkdə Xankəndidə Qarabağ Universitetinin Klinikasında çalışmaq istərdim. Orada həm həkim kimi fəaliyyət göstərmək, həm də Qarabağ Universitetinin Tibb fakültəsində təhsil alan gənc azərbaycanlı həkimlərin hazırlanmasına və tədrisinə töhfə vermək mənim üçün çox dəyərli olardı.

Məqsədim Böyük Britaniyada qazandığım bilik və təcrübəni Azərbaycana gətirmək, ölkəmizin səhiyyəsinə və tibbi təhsilinə fayda verməkdir. Bunu məhz Xankəndidə həyata keçirmək isə mənim üçün xüsusi məna daşıyır.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Avropa Liqasında IV tura Fransada start verilir

Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq

® “Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da

Ədliyyə Nazirliyi bələdiyyələrə xəbərdarlıq: Qanunsuz ödəniş tələblərinə inanmayın

İran parlamentinin spikeri: ABŞ-də seçicilər müharibəni rədd ediblər və Tehran bu mesajı dəstəkləyir

Elgün Cavadov: Sağlamlıq turizminin inkişafı üzrə müvafiq konsepsiya hazırlanacaq

İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır

Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

“Sabah” və “Qarabağ” bu gün UEFA Gənclər Liqasında meydana çıxacaq

Azərbaycançılıq – xalqımızı birləşdirən siyasi və mənəvi gücdür – MƏQALƏ

Demokratlar Partiyası ABŞ Nümayəndələr Palatasında da qalib gəlib

Keyfiyyət informasiya sisteminin metrologiya modulu BMT-nin beynəlxalq referans nümunəsi seçilib

Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub

30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim

Beynəlxalq Telekommunikasiya İttifaqı: Dünya əhalisinin 76 faizi internetdən istifadə edir

Dövlət Turizm Agentliyinin sədri: Bu konfrans ölkəmizin tibbi turizm potensialının tanıdılmasında mühüm addımdır

Buzovna dairəsinin altındakı yol qovşağında nəqliyyatın hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılacaq

Fuad Nağıyev: Sağlamlıq turizmi yeni Dövlət Proqramında prioritet istiqamətlərdən biridir

İkinci Tyanşan Forumunda Azərbaycanın Mərkəzi Asiya regionu ilə əməkdaşlıq prioritetləri diqqətə çatdırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi oktyabr ayının statistikasını açıqlayıb

Beynəlxalq Əmək Təşkilatı: Qadınların rəhbərlik etdikləri biznes qurumları daha yaxşı nəticələr əldə edir

Energetika naziri Oğuzda vətəndaşların müraciətlərini dinləyəcək

Bakıda 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransı işə başlayıb

® “AccessBank” qadın sahibkarların inkişafına “Access2Success” ilə yenidən dəstək verir

“Sabah” UEFA Çempionlar Liqasında Norveç təmsilçisi ilə üz-üzə gələcək

Əlilliyi olan şəxslərin hüquqlarının qorunması: yeni monitorinqlər və onlayn sorğular

Azərbaycan-Çexiya oyununa hakim təyinatları açıqlanıb

Xətai və Suraxanı rayonlarının bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq

Ağdaş və Göyçayın bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Çempionlar Liqası: “Fənərbağça” “Liverpul”u qəbul edəcək

Qızıl və gümüş bahalaşır VİDEO

Qızıl və gümüş bahalaşır VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Neft sahəsində çalışan müharibə veteranları tarixi Qələbənin ildönümünü qeyd edirlər

İsmayıllıda avtomobilin vurduğu piyada ölüb

Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi – AIREX 2026 işə başlayıb

İkitəkərli nəqliyyat vasitələrinin sürücülərinə piyada keçidləri ilə bağlı xəbərdarlıq VİDEO

İkitəkərli nəqliyyat vasitələrinin sürücülərinə piyada keçidləri ilə bağlı xəbərdarlıq VİDEO

Vətən müharibəsi şəhidi Babək Həsənovun anım günüdür

BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib

Azərbaycan nefti 113 dollara satılır VİDEO

Azərbaycan nefti 113 dollara satılır VİDEO

Şimali Koreya Yapon dənizinə doğru bir neçə raket atıb

ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Hörmüz boğazı yaxınlığında dəniz minalarına düşən dörd tanker zədələnib

Şimali Koreya ABŞ-nin hazırkı siyasəti fonunda Vaşinqtonla dialoqda maraqlı deyil

Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Böyük Britaniya qida keyfiyyəti standartlarını Aİ ilə uyğunlaşdıracaq

Fransa daxili işlər naziri iğtişaşları hökumətin uğursuzluğu adlandırıb

CNN: Tramp ABŞ-də aralıq seçkilərin nəticələrini Ağ Evdən izləyəcək

Çempionlar Liqasının IV turunun ilk günündə 9 qarşılaşma olub

“Bavariya” Çempionlar Liqasında “Atletiko Madrid”ə qalib gəlib

İspaniyanın nəqliyyat naziri qatar qəzasından sonra istefa verdiyini açıqlayıb

PSJ Çempionlar Liqasında 17 dəqiqəyə dörd qol vuraraq rekord müəyyənləşdirib

NYT: ABŞ və Venesuela hərbi razılaşma üzrə danışıqlar aparır

Oman sahillərində tankerə hücum edilib

Baş məşqçi: “Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm

Media: İsrail Trampın 4 milyard dollarlıq maliyyə yardımının dayandırılması ilə bağlı açıqlamasına təəccüblənib

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

Fransada zərgərlik fabrikindən 50 kiloqramadək qızıl oğurlanıb

Yəmən hökuməti SEPAH-ı husilərə hərbi dəstəyi artırmaqda ittiham edib

Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar

“Turan” klubu CEV Çempionlar Liqasında qələbə qazanıb

Ankarada Azərbaycanın Zəfər Günü qeyd olunub

Ayxan Mehdizadə: XIX əsrdə Bakı, Gəncə, Şuşa və Dərbənd silah istehsalının mühüm mərkəzləri olub

Leo Qabriadze: Teatrımızın tamaşasını Azərbaycan auditoriyasına təqdim etməkdən məmnunuq

Samuxda yeniyetmə və gənclər şanlı Zəfər dastanını qəhrəmanların dilindən dinləyiblər

“Xilasedici” komandası CEV Çempionlar Liqasında ilk oyununa çıxıb

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH  VİDEO

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH VİDEO

Şərur rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Avropada bomba hədələri ilə əlaqədar yeddi təyyarədə axtarış aparılıb

Qazaxda Vətən müharibəsi iştirakçıları gənclərlə görüşüblər

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub

Bu saata olan əsas xəbərlər

Aktyor İsrael Demidov: BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır

Suha Çubukçuoğlu: Avropanın rəqabət qabiliyyətliliyi müdafiə potensialı kimi ictimai dəstəyin qorunub saxlanılmasından asılıdır - ŞƏRH

Günay Əfəndiyeva: Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın əmanəti kimi qoruyub saxlamalıyıq

Süni intellekt jurnalistin faktları yoxlamaq və redaksiya məsuliyyətini daşımaq funksiyasını əvəz etməməlidir – RƏY

Kansler: Ukraynadakı müharibənin nəticəsi uzun illər Avropanın təhlükəsizlik mühitini müəyyən edəcək

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Avropada siyasi elitalara inamın azalması Avropa İttifaqının birliyini təhdid edir - ŞƏRH

Professor: Fransa ilə Almaniyada etirazlar sosial-iqtisadi çağırışların və ictimai etimad məsələlərinin aktuallığını göstərir

Folklor İnstitutu Zəfər Gününü qəhrəmanlar və qazilərlə birlikdə qeyd edib

Futzal liqalarında transfer pəncərələrinin tarixləri müəyyənləşib

Turizm eksperti: Qış turizminin inkişafında davamlılıq əsas istiqamətlərdən biri olmalıdır

Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib

Aktrisa Yevgeniya Dodina: BIAF-da çox şən ab-hava hökm sürür

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub

Rusiya-Çin-ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?

SEPAH ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

® Kino biletləri də “ABB mobile” tətbiqində

Siyasi şərhçi: Avropada artan sosial narazılıq hökumətlərin böhranı idarə etmək qabiliyyətini sınağa çəkir

ADA Universitetinin nümayəndə heyəti İtaliyanın aparıcı ali təhsil müəssisələrində olub

Direktor: Xətai Tibb Mərkəzinə gündə 380-400 nəfər müraciət edir

Rza Əliyev: Azərbaycanın təşəbbüsləri mədəni yaxınlığı konkret əməkdaşlığa çevirir

Mərkəzi Bankın nümayəndələri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyiblər

Fransanın 2027-ci il büdcəsi ilə bağlı suallar yaranıb