Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan vokal sənətinin gənc səsi - Aqşin Xudaverdiyev

Azərbaycan vokal sənətinin gənc səsi - Aqşin Xudaverdiyev

Əsas hədəfim Azərbaycan bəstəkarlarının əsərlərini xaricdə ifa etməkdir

Bakı, 1 dekabr, Gülay Nəzərova, AZƏRTAC

Azərbaycan musiqi səhnəsi son illərdə gənc istedadların yüksəlişi ilə diqqət çəkir. Vokal sənəti yalnız texniki bacarıq və səs gücündən ibarət deyil, o, həm də dinləyici ilə duyğu və hiss paylaşma sənətidir. Bu yolda uğur qazanmaq isə yalnız şəxsi zəhmət və istedadla mümkün deyil, həm də ailə dəstəyi, ustad dərsləri, səhnə təcrübəsi və davamlı məşqlərlə mümkündür. Bütün bunlar gənc ifaçının inkişafında mühüm rol oynayır. Bu istedadlı gənclərdən biri də opera ifaçısı Aqşin Xudaverdiyevdir.

AZƏRTAC-ın müxbiri ilə söhbətində gənc ifaçı vokal sənətinə olan baxışını belə ifadə edib: “Musiqi mənim üçün sadəcə sənət deyil, həyatın özü, duyğuların ifadə vasitəsidir. Hər notda bir hekayə, hər ritmdə bir hiss gizlənir. Vokal mənim üçün həm özümü ifadə etməyin, həm də dinləyici ilə ünsiyyət qurmağın yoludur”.

O bildirib ki, ailənin dəstəyi bu yolda onun üçün böyük əhəmiyyət kəsb edib: “Atam həmişə yanımda olub, amma anamın incəsənətə olan həvəsi və onu mənə aşılama tərzi mənim üçün dönüş nöqtəsi oldu. Bu dəstək olmasaydı, bəlkə də musiqiyə bu qədər bağlı olmazdım”, – deyə o vurğulayıb.

Musiqi ilə ilk tanışlığım uşaqlıq illərimdən başladı

Əslən Kəlbəcərli olan Aqşinin 23 yaşı var. Musiqiyə marağı uşaq yaşlarında formalaşıb. Kiçik yaşlarından teatr tamaşalarını və opera əsərlərini izləmək onun üçün həm də ilham mənbəyi olub. Məktəb illərində müxtəlif musiqi layihələrində və tədbirlərdə iştirak etməsi isə səsinin və vokal bacarıqlarının inkişafına zəmin yaradıb.

“Hər yeni layihə və səhnə çıxışı mənə özümü daha yaxşı ifadə etməyi öyrədirdi. Bu yol məni həm musiqi məktəblərinə, həm də prestijli vokal proqramlarına yaxınlaşdırdı”, – deyə vokal ifaçısı deyib.

Ustadlarım mənə səsimi kəşf etməyi öyrətdi

İlk musiqi təhsilini Bakı Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində alan Aqşin, daha sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib. Ali təhsilini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında davam etdirib.

Akademiyada onu formalaşdıran ustadlar arasında Xalq artistləri Gülnaz İsmayılova, Fidan və Xuraman Qasımova, müəllimlər Rəna Ağayeva, Sevda Məmmədova və səhnə dərslərini aldığı Xalq artisti Şəfiqə Axundova yer alıb. Opera studiyasında isə Xalq artisti Fərhad Bədəlbəylinin dinləyişi, Cavanşir Cəfərovun müşayiəti və tenor Adil Axundovla birlikdə G. Verdinin “Don Carlo” operasından Rodrigo rolunu səhnədə ifa edib. Ustadlar onun səsini yüksək qiymətləndiriblər.

“Ustadlar mənə yalnız texniki bacarıqları öyrətmədi, həm də səsimlə hissləri ifadə etməyin incəliklərini göstərdilər. Bu, mənim vokal yolumda ən qiymətli dərslərdən biri oldu”, – deyə Aqşin qeyd edib.

Azərbaycan Dövlət Opera və Balet Teatrında böyük təcrübə qazanmışam

Aqşin Xudaverdiyev oxuduğu illərdə bir sıra prestijli müsabiqələrdə və layihələrdə uğur qazanıb. 2020-ci ildə Gürcüstan və Türkiyə tərəfindən təşkil olunan Beynəlxalq Harmoniya Festivalında 1-ci yerə layiq görülüb. O, həmçinin Heydər Əliyev adına Azərbaycan 4-cü Respublika Müsabiqəsinin laureatı olub. Bundan əlavə, “Ghost Spring” – 17-ci Milli Müsabiqədə də 1-ci yerə sahib olaraq səsini yüksək səviyyədə təsdiqləyib.

O, həmçinin Azərbaycanda tam miqyaslı opera tamaşalarında solo çıxışlar edib. Azərbaycan Dövlət Opera və Balet Teatrına daxil olanda rejissor Hafiz Quliyev, dirijor Əyyub Quliyev və opera ifaçıları Azər Rzazadə və Məhərrəm Hüseynovdan güclü dəstək görüb. Bundan əlavə, teatrın dəvəti ilə İtaliyadan gələn Federico Longhi-dən ustad dərsləri alıb. Həmin çıxışları teatrın direktoru Yusif Eyvazov da izləyərək Aqşinə öz təbriklərini çatdırıb.

2023-cü martın 11-də Aqşin Xudaverdiyev Azərbaycan Dövlət Opera və Balet Teatrında G. Puccini “Tosca” operasında Sciarrone rolunda debüt edib. Daha sonra 2023-cü il aprelin 8-də eyni teatrda G. Puccini “La Bohème” operasında Alcindor rolunu canlandıraraq səhnə təcrübəsini davam etdirib.

Bu çıxışlar onun üçün Azərbaycan Dövlət Opera və Balet Teatrında böyük səhnəyə ilk addım olub və gənc ifaçıya həm milli, həm də beynəlxalq səhnələrdə uğur qazanmaq üçün əvəzsiz təcrübə verib.

Beynəlxalq səhnələrdə çıxış etmək mənim üçün dəyərli oldu

2024-cü ildə Aqşin Xudaverdiyev Rossini Opera Festivalında “Il viaggio a Reims” operasında Lord Sidney rolunda debüt çıxışını edib. Daha sonra İrlandiyada keçirilən “Wexford Opera” Festivalında eyni rolu 6 səhnədə ifa edərək beynəlxalq səhnədə dəyərli təcrübə qazanıb.

Bu il İtaliyadakı təhsilini başa vurduqdan sonra Aqşin hazırda İspaniyanın Palau de les Arts Akademiyasının Gənclər Proqramında Maria Bayonın sinfində təhsilini davam etdirir. Həmçinin avqustun 23-də Belcanto Musiqi Festivalı, Montalcinoda G. Rossiniyə həsr olunmuş “Petite Messe Solennelle” konsertində çıxış edib.

“Beynəlxalq səhnələrdə təcrübə qazanmaq mənim üçün həm bacarıqlarımı inkişaf etdirmək, həm də Azərbaycan musiqisini dünyaya tanıtmaq imkanıdır”, – deyə opera ifaçısı diqqətə çatdırıb.

2023-cü ildə Bakı Musiqi Akademiyasında təhsilimi başa vurduqdan sonra elə həmin il İtaliyanın Osimo Akademiyasına qəbul oldum. Burada Ernesto Palacio, Raina Kabaivanska, William Matteuzzi, Alla Simoni və Vincenzo De Vivo kimi tanınmış sənətçilərin ustad dərslərində iştirak etdim. Rossini Festivalında olarkən məşhur ifaçılar Ernesto Palacio və Diego Flores ilə də tanış oldum. Onların sənət yolumda xüsusi ilham mənbəyi olduqlarını deyə bilərəm.

 

Hər çıxışım ölkəmi təmsil etmək üçün bir fürsətdir

Gələcək planları barədə danışarkən Aqşin vurğulayıb ki, Avropa repertuarını daha da genişləndirmək, yeni teatr səhnələrində və konsertlərdə çıxış etmək, həmçinin Azərbaycan bəstəkarlarının əsərlərini xaricdə ifa etmək onun üçün əsas hədəflərdir.

“Mən daim öz üzərimdə işləmək və yeni uğurlara nail olmaq istəyirəm. Hər səhnə, hər konsert mənim üçün həm təcrübə, həm də Azərbaycan musiqisini dünyaya tanıtmaq imkanıdır”, – deyə gənc vokalçı sözlərinə əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siyasi şərhçi: Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir

Bəstəkar: Azərbaycan musiqi əsərlərinin Almaniyada tədris proqramına salınması başlıca hədəfimizdir

® “Azercell“ “30 il səninlə” lotereyası çərçivəsində ilk qaliblərinə 2 “Toyota Corolla Cross” və 14 “iPhone 17 Pro” smartfonu hədiyyə etdi

® “Ziraat Bank Azərbaycan” Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib

Azərbaycan və Estoniya rəqəmsal inkişaf və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirir

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Üzümçü” ailə kəndli təsərrüfatına dəstək göstərilib

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm

Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır

AMEA-nın vitse-prezidenti: Reza Deqatinin fotoları illər keçsə də öz əhəmiyyətini itirməyəcək

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri - ŞƏRH

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib

Heyvandarlıq sahəsində yeni şərtlər - fermerlər nə qədər subsidiya alacaqlar?

İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib

Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır

“Gülüstan” türbəsi– Azərbaycan daşişləmə sənətinin nadir incisi

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Baş nazir yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Universitetində qazaxıstanlı professor-müəllim heyəti üçün təkmilləşdirmə kursu təşkil olunub

Yağmur Soylu: X nəslinin bəyənməsi dəstək, Z nəslinin reaksiyası isə özünüifadə vasitəsidir – MÜSAHİBƏ

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub

® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

Ekspert: Qızılın ucuzlaşması Azərbaycanda zərgərlik məhsullarının qiymətinə təsir edə bilər

AFFA Məşqçilər Komitəsinin sədri: Bu mövsüm Premyer Liqada asan məğlub olmaq istəyən komanda yoxdur

Baş katib: “Bakı Prosesi” Şərqlə Qərb arasında birbaşa ünsiyyət üçün yol açıb

Belçikada işçilərin sayının azalacağı gözlənilir

MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi -  REPORTAJ  VİDEO

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi - REPORTAJ VİDEO

On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib

Müctəba Xamenei: ABŞ-də seçkilərin nəticələri Vaşinqtonun İran siyasətində dəyişikliyə səbəb olmayacaq

Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib

® “Carlsberg Azerbaijan” və Azərbaycan Texnologiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir

İctimai Şura sədri: Zəfərin təməlində “Dəmir yumruq” ətrafında birləşən xalqımızın həmrəyliyi dayanır

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

ABŞ-də aralıq seçkiləri: AI data mərkəzlərinə qarşı etirazlar Demokratların mənafeyinə xidmət edir

Mehman Nəcəfov: Milli ifaçılıq ənənələri gələcək nəsillərə düzgün çatdırılmalıdır

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

FIFA U-15 dünya çempionatında hakimliyin təşkilinə görə AFFA-ya təşəkkür edib

“Bir cənub şəhərində”

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovadan

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan

Tədqiqat: Dəniz səviyyəsinin qalxması ekosistem xidmətlərini ildə 164 milyard dollardan məhrum edə bilər

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdaridən

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Deputat: Heydər Əliyev azərbaycançılıq məfkurəsini dövlət siyasəti səviyyəsinə yüksəltdi

“Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb

Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dünyada əqli sağlamlıq səviyyəsi zəifləyir - 92 ölkədə aparılan sorğunun nəticəsi

Nazir: Dövlət büdcəsinin əsas hədəflərindən biri özəl investisiyaların artırılmasına dəstək verməkdir

K.S.İmanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Read Qasımov: Əhalinin gündəlik şəhər mərkəzi və geriyə hərəkəti nəqliyyat sisteminə əlavə yük yaradır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNİB VİDEO

Romanın qonaqları - Bir şəhər, min bir turist... FOTOREPORTAJ

Ramil İskəndərli: Azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayağıdır

İƏİT-in vergi cinayətləri ilə mübarizə sahəsində təşviq etdiyi vahid yanaşma səmərəli prinsiplərə əsaslanır

Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan dövlət maliyyəsi təsnifatını beynəlxalq GFSM standartına 95 faiz uyğunlaşdırmağı hədəfləyir

Ucarda fermerlərin toxum təminatına dəstək məqsədilə satış məntəqəsi fəaliyyətə başlayıb

Sahil Babayev: Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır

Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı 32 faizdir

Ankarada Azərbaycanın biznes və investisiya mühiti təşviq edilib

Almaniyada sığınacaq axtaran əcnəbilərin sayı kəskin azalıb

Mehdixan Vəkilov: 148 manatlıq kostyumu "Avara bağı"nda dilənçiyə verən Səməd

Özəl sektorda təqribən 50 minə yaxın əmək müqaviləsi artımı olub

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir VİDEO

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir VİDEO

Maliyyə naziri: ARDNF qızılın qiyməti 5000 dolları keçdikdən sonra satışa başlayıb

Avrozonada inflyasiyanın illik səviyyəsi 4 faizə çatıb

Nazir: Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub

Zəfərin ağxalatlı qəhrəmanları: məktəblilər onların fədakarlığını canlandırdılar VİDEO

Zəfərin ağxalatlı qəhrəmanları: məktəblilər onların fədakarlığını canlandırdılar VİDEO

Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

İdarə rəisi: Bakı 2040-cı ilədək müasir və dayanıqlı şəhər modelinə keçəcək

AQTA qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə işlərini davam etdirir

® Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib

“AIREX 2026” iştirakçısı: Bu sərgi xarici investorların regionun potensialını yaxından tanıması üçün əhəmiyyətli platformadır VİDEO

“AIREX 2026” iştirakçısı: Bu sərgi xarici investorların regionun potensialını yaxından tanıması üçün əhəmiyyətli platformadır VİDEO

Millinin sabiq baş məşqçisi: Yerli futzalçıların yeni sistemə uyğunlaşması üçün zamana ehtiyac var

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edib

Səfir: Səudiyyə Ərəbistanı Azərbaycanla həmrəyliyini qurban payı ilə nümayiş etdirir

AZƏRTAC “AIREX 2026” sərgisinin media tərəfdaşıdır VİDEO

AZƏRTAC “AIREX 2026” sərgisinin media tərəfdaşıdır VİDEO

“Qalatasaray” rusiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir

“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” - elmi seminar

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

Hesablama Palatasının sədri: Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122,1 milyon manat daxil olub

Vüqar Gülməmmədov: Gömrük rüsumları üzrə proqnozlaşdırılan məbləğin 30 milyon manatı yığımların payına düşür VİDEO

Vüqar Gülməmmədov: Gömrük rüsumları üzrə proqnozlaşdırılan məbləğin 30 milyon manatı yığımların payına düşür VİDEO

Maka Boçorişvili: Dialoq olmadan Aİ Gürcüstandakı prosesləri obyektiv qiymətləndirə bilməyəcək

Büdcə prosesinin iştirakçıları ilə müzakirələr hər növbəti il büdcə sənədləşməsinin keyfiyyətinin artırılmasına səbəb olur

Azərbaycanlı voleybolçu: Bolqarıstan klubu ilə matçın həlledici məqamlarında təcrübəmiz öz sözünü dedi

Samuxda yeni yaşıllıqlar salınıb