AZƏRBAYCAN DİLİNƏ HƏSR OLUNMUŞDUR
Avqustun 3-də TRT İstanbul radiosunun “Gündəm” səhər proqramında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə əlaqədar canlı yayımla ətraflı söhbət getmişdir. Ölkəmizin İstanbuldakı baş konsulu Xeyrəddin Qoca, Dünya azərbaycanlılarının həmrəylik və kültür dərnəyinin rəhbəri professor Tofiq İsmayılov, Tür dünyası araşdırmalar vəqfinin sədri professor Turan Yazqan proqramın aparacısının suallarına əhatəli cavab vermiş, dilimizin tarixindən, zaman-zaman ona vurulan zərbələrdən, Azərbaycan Prezidentinin Fərmanından irəli gələn vəzifələrdən danışmışlar.
Proqramın aparıcısının vurğuladığı kimi, Azərbaycan Prezidentinin həmin Fərmanı Türkiyədə də böyük rəğbətlə qarşılanmışdır. Türklər bu Fərmanın iki qardaş xalqın daha da yaxınlaşmasında böyük rol oynayacağını söyləyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [13:53]
Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb
- 04.11.2026 [12:25]
Zəfər tariximiz – qürur salnaməmiz
- 03.11.2026 [19:48]
Aktyor İsrael Demidov: BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır
- 03.11.2026 [18:15]