Döyüş sursatı yüklənən düşmənin hərbi yük maşınları partladılıb VİDEO
Bakı, 1 noyabr, AZƏRTAC
İşğal olunmuş ərazimizdə yerləşən Ermənistan silahlı qüvvələrinin raket-artilleriya silahları anbarı bir neçə gün əvvəl tərəfimizdən məhv edildikdən sonra düşmən bölmələrində ciddi sursat qıtlığı yaranıb. Buna görə də düşmən sərəncamında olan bütün sursatları döyüşlərin ən qaynar getdiyi istiqamətdə istifadə etməyə çalışır.
Müdafiə Nazirliyinin Mətbuat xidmətidən AZƏRTAC-a bildirilib ki, oktyabrın 31-də axşam saatlarında ərazinin havadan müşahidəsi zamanı sursatla dolu iki yük maşının daldalandığı yer müəyyən edilib. İstiqamətlənmiş dəqiq atəş zərbəsi ilə hərbi nəqliyyat vasitələri dərhal məhv edilib.
Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 4 noyabr
- 03.11.2026 [15:43]
Azərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır VİDEO
- 03.11.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 3 noyabr
- 03.11.2026 [11:54]
Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir
- 02.11.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 2 noyabr
- 01.11.2026 [16:11]