Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xorvatiya: şimaldan cənuba səyahət

Bakı, 12 oktyabr, Emil Eyyubov, AZƏRTAC

Yuqoslaviyanın keçmiş müttəfiq respublikası, hazırda isə müstəqil dövlət olan Xorvatiya indiki görkəmində izlər buraxan uzun tarixi yol qət edib. Bu ölkə müxtəlif dövrlərdə Roma, Osmanlı və Avstriya-Macarıstan imperiyalarının tərkibində olub. Sivilizasiyaların bu unikal vəhdəti müasir Xorvatiyanı bütün dünyadan gələn turistlər üçün cəlbedici məkana çevirib. Buraya antik dövrün əla qorunub saxlanmış abidələrini görmək, ecazkar təbiət və dənizdən zövq almaq, milli mətbəxin orijinal nümunələrini dadmaq üçün gəlirlər. Xorvatiya kiçik ölkədir. Burada olduğumuz bir həftə ərzində biz şimaldan cənub sahillərinə hərəkət etməklə bir neçə şəhərə - Zaqreb, Zadar, Şibenik, Split və Dubrovnikə baş çəkdik.

İlk dayanacağımız isə bir çox heyrətamiz yerlər görəcəyimiz paytaxt Zaqreb oldu.

Tramvaylar, atlı Elaçiç və göydələnlər

Xorvatiya qalstukun və Dalmatiya itləri cinsinin vətənidir. Bəşəriyyətə ixtiraçı Nikola Teslanı, daktiloskopiyanın banilərindən biri İvan Vuçetiçi bəxş edən bu ölkə Mərkəzi Avropanın cənubunda, Balkan yarımadasında yerləşir. Səkkiz yüz mindən çox sakini olan Zaqreb (ölkə əhalisinin 18,5 faizi) təkcə paytaxt deyil, həm də Xorvatiyanın ən iri şəhəridir.

Azərbaycanla Xorvatiya arasında birbaşa aviareys yoxdur, ən sərfəli variant isə “Türk Hava Yolları” şirkəti ilə İstanbuldan tranzitlə uçmaqdır. Bakı-İstanbul-Zaqreb marşrutu ilə uçuşun müddəti 5 saata yaxındır. Azərbaycanlılar Xorvatiyaya getmək üçün viza almalıdır. Xorvatiya Avropa İttifaqının üzvü olsa da, bu ölkə hələ Şengen vizası zonasına daxil deyil. Ona görə də Bakıdakı Xorvatiya viza mərkəzində sizə yalnız bu ölkənin vizası təqdim ediləcək. Eyni zamanda, Şengen vizasına malik olanlar asanlıqla Xorvatiyaya gedə bilər.

Şəhərin mərkəzində yerləşən “Le Premier” otelində yerləşdikdən sonra paytaxtın görməli məkanları ilə tanış olmağa yollanırıq. Zaqrebin şəhər landşaftı müxtəlif üslubların və epoxaların vəhdətindən ibarətdir. Burada orta əsrlər memarlıq nümunələri ilə ahəngli şəkildə Avstriya-Macarıstan və Yuqoslaviya dövrlərinin tikililəri üstünlük təşkil edir. Hələlik biz şəhərin əsas meydanına yollanırıq və yollarda paytaxtın başlıca nəqliyyat növü olan tramvayların çoxluğunu görürük. Müasir, sürətli və rahat tramvaylar şəhərin bütün hissələrində vətəndaşlara və qonaqlara dəqiq xidmət göstərir: hər dayanacaqda olan elektron lövhələr onların hərəkət vaxtını göstərir.

Zaqrebin əsas meydanı Xorvatiyanın milli qəhrəmanı Yosip Yelaçiçin adını daşıyır. O, 1848-1859-cu illərdə ölkənin hökmdarı olub və Macarıstanın əsarətinə qarşı mübarizə aparıb. 1866-cı ildə meydanda Yelaçiçin atlı və əlindəki qılıncı Macarıstana doğrultmuş heykəli ucaldılıb. İkinci Dünya müharibəsindən sonra abidə meydandan götürülüb, 1991-ci ildə isə əvvəlki yerində, amma cənuba - şəhərin genişləndiyi istiqamətə doğru yenidən ucaldılıb.

Meydanın arxitektura üslubu rəngarəngdir: buradakı binalar əsasən XIX əsrə aiddir və klassik, barokko və modern üslubların vəhdətini təşkil edir. Yaxınlıqda biznes-mərkəzinin yerləşdiyi göydələn də var. 1959-cu ildə tikilən bu bina Avropanın bu hissəsində ilk şüşə fasadlı tikili idi. Meydanda mütəmadi olaraq ticarət yarmarkaları keçirilir, meydan saatı isə populyar görüş yeridir. Zaqreblilər görüş təyin edəndə, “saatın yanında görüşək” deyirlər.

Şəhər şərti olaraq iki hissəyə bölünür- yuxarı Qradets və aşağı Kaptol. İlk olaraq biz yuxarı hissəyə yollanırıq. Məhz burada Zaqrebin ən yüksək tikilisi - iki şpilinin hündürlüyü 105 metrə çatan Kafedral kilsə yerləşir. Zaqrebdə bir neçə göydələn olsa da, onların heç biri yeni qotik üslubda tikilən bu kilsədən hündür deyil. Kilsənin yaxınlığında şəhərin ən böyük Dolats ərzaq bazarı yerləşir.

Yeri gəlmişkən, Xorvatiya hələ avro pul vahidinə keçməyib və “kuna” adlanan öz valyutasından istifadə edir. Bu ad qədim vaxtlarda slavyanların dərisini pul əvəzinə istifadə etdikləri “kunitsa” sözündən gəlir.

Top yaylımı, damda mozaika və boşanmalar muzeyi

1890-cı ildən Zaqrebin aşağı və yuxarı hissələrini dünyanın ən qısa funikulyoru birləşdirir. O, cəmi 66 metr məsafə qət edir və indiyədək sərnişinləri Zaqrebin gözəl mənzərəsinin açıldığı şəhərin yuxarı hissəsinə çatdırır. Burada şəhərin qonaqlarının yanında şəkil çəkdirməyi xoşladığı skamyada oturan kişi heykəli qoyulub. Heykəl 1972-ci ildə hazırlanıb və görkəmli xorvat yazıçısı Antun Qustav Matoşa həsr olunub.

Çoxsaylı turistlər buraya təkcə şəhər mənzərəsini seyr etməyə gəlmir. Onları ən çox cəlb edən XII əsrdə Qradeçin cənub darvazalarını müdafiə etmək üçün tikilmiş Lotrşak qala qülləsidir. Bu qüllə XIX əsrdən bərpa olunub, onun yuxarı mərtəbəsində isə top qoyulub. İndi də, düz günorta vaxtı, bu topdan yaylım atəşi açılır. Bu mərasimin şahidi olmaq üçün qüllənin pəncərələri altında çoxlu həvəskar toplanır, hərçənd atəşin səsi o qədər yüksəkdir ki, (130 detsibel) onun sədaları bir neçə kilometrdən də eşidilir.

Bu, müasir Zaqrebdə qalan yeganə tarixi ənənə deyil. Şəhərin bir neçə yerində indiyədək küçələri işıqlandırmaq üçün qaz fənərindən istifadə olunur. Bu cür ilk fənər Zaqrebdə 1863-cü ildə yandırılıb. Hazırda şəhərdə 214 qaz fənəri var və paytaxt xidmətinin xüsusi əməkdaşı tərəfindən günəşin qürubu vaxtı yandırılır və dan yeri söküləndə söndürülür. Zaqreb Avropada bu ənənəni yaşadan üç şəhərdən biridir.

Şəhərin yuxarı hissəsində olan digər görməli məkanlardan biri 1242-ci ildə tikilmiş Müqəddəs Mark kilsəsidir. XIX əsrdə tikilinin damı kirəmitdən olan rəngarəng və parlaq mozaika ilə bəzədilib. Günümüzdə bu mozaika Zaqrebin mənzərələri olan açıqca və suvenirlərin bəzəyidir.

Xorvatiya paytaxtının tarixi ilə daha ətraflı tanış olmaq üçün Yuxarı şəhərdə keçmiş monastır binasında yerləşən Zaqrebin Şəhər Muzeyinə baş çəkmək lazımdır. Muzeyin ekspozisiyası Roma imperiyası dövründən günümüzədək olan tarixi əks etdirən 75 min eksponatdan ibarətdir. 1991-1995-ci illərdə Xorvatiyada gedən müharibəyə xüsusi zal ayrılıb və burada həmin vaxt muzey binasına da qəlpələrin düşdüyü göstərilir. Muzeydə daşlarla və toz-torpaqla örtülmüş bəzi eksponatlar gələcək nəsillərə çatdırılmaq üçün nümayiş olunur.

Klassik muzeylərlə yanaşı, Zaqrebdə bir neçə orijinal məkanlar - Göbələk Muzeyi, 80-ci illər Muzeyi, İllüziyalar Muzeyi, Pozulmuş Münasibətlər Muzeyi və s. fəaliyyət göstərir. Sonuncunun diplomatiya ilə heç bir əlaqəsi yoxdur. Onu Boşanmalar Muzeyi də adlandırırlar, çünki burada şəxsi münasibətləri və ayrılıqların çətinliyi ilə bağlı eksponatlar var. Dünyanın müxtəlif yerlərindən toplanmış bu eksponatlar bu və ya digər cütlüyün gerçək həyat tarixi ilə bağlıdır.

İllüziyalar Muzeyində isə fizika qanunları və bizim dünyanı dərk etməyimizlə bağlı eksponatlar sərgilənir. Əslində, bunlar işığın spektrləri, qravitasiya, holoqramlar, tapmacalar, məşhur fokusların sirləri və bir çox digər müxtəlif hoqqalardan ibarətdir.

İlk axşamı Köhnə şəhərin restoranlarının birində şam yeməyi ilə başa vururuq. Doğrusu, “Agava” restoranında sifariş etdiyimiz fransız soğan supu, dəniz məhsulları ilə spagetti və qızardılmış qızılbalıq filesinin bu qədər ləzzətli olacağını güman etmirdik. Lakin restoranın çıxışındakı “Michelin” tövsiyə edir” lövhəsini gördükdə, hər şey aydın oldu. Bu iaşə müəssisəsi dünyanın ən mötəbər restoran bələdçisinin tövsiyəsinə layiq görülüb. Həm də restorandakı qiymətlər Zaqrebdə yerləşən 4,5 min iaşə müəssisəsindən fərqlənmir.

Meteoroloji dirək, “yaşıl nallar” və Şərq ekspresi

Ertəsi gün biz Zaqrebin Sava çayının sahili boyu uzanan və Köhnə şəhərdən əhəmiyyəti dərəcədə fərqlənən aşağı hissəsinə yollandıq. Burada geniş prospektlər, Avstriya-Macarıstan dövrünə aid əzəmətli binalar və böyük parklar var. Maraqlıdır ki, yuxarıdan baxıldığı zaman Zaqrebdəki parkların əksəriyyəti nal formasında görünür və bu səbəbdən parkların olduğu zona “yaşıl nallar” adlanır. Gəldiyimiz ilk park - Zrinyevats adlı köhnə bağda qədim çinarların olduğu yaraşıqlı xiyabanlar var. 1884-cü ildə parkda quraşdırılmış və indi də fəaliyyət göstərən meteoroloji dirək havadakı rütubət, təzyiq və temperaturu göstərir. Burada 1891-ci ildə tikilmiş musiqi pavilyonu da var. Park elmlər və incəsənət akademiyaları, Ali Məhkəmə, Arxeologiya Muzeyi və Xarici İşlər Nazirliyinin memarlıq üslubunda tikilmiş binaları ilə əhatə olunub.

Sonra yolumuzu ən böyük meydan - Tomislav Meydanına salırıq. Bu məkan Xorvatiyanın ilk kralının şərəfinə adlandırılıb. 1947-ci ildə burada məşhur hökmdarın at üstündə heykəli də ucaldılıb. Abidənin düz qarşısında Zaqrebin 1892-ci ildə açılmış əsas vağzalı yerləşir. Yaxınlıqda “Esplanade Zagreb” dəbdəbəli otelinin 1925-ci ildə tikilmiş binası var. Bu otel Zaqrebdə dayanmaqla İstanbuldan Parisə gedən məşhur “Şərq ekspresi”nin sərnişinləri üçündür.

Zaqrebin “yaşıl nallar”da yerləşən və iş saatı olan yeganə parkı olan Botanika bağı bir qayda olaraq səhər saat 9-dan axşam 7-dək açıqdır. 1891-ci ildən fəaliyyət göstərən bu parka giriş sərbəstdir. Burada dünyanın müxtəlif yerlərindən gətirilmiş 10 min bitki növü, o cümlədən 1800 ekzotik bitki var. Su bitkiləri üçün nəzərdə tutulan böyük göllərdə isə ən böyük bitki - Ginnesin rekordlar kitabına düşmüş nəhəng küpəciklər çiçək açıb. Ağacdan hazırlanan ən gözəl bina da diqqəti cəlb edir. 1890-cı ildə Avstriya-Macarıstan pavilyonu kimi tikilən bu bina sonradan Botanika bağına hədiyyə edilib.

Zaqrebdə gəzinti zamanı 1895-ci ildə yeni barokko üslubunda tikilmiş Xorvatiya Milli Teatrının binası da diqqəti cəlb edir. Burada bir zamanlar Ferents List, Sara Bernar, Rixard Ştraus və başqa görkəmli incəsənət xadimləri çıxış ediblər.

Musiqi Akademiyasının müasir üslubda və damı xüsusi materialdan tikilmiş binasının qarşısında isə kamerton və dirijor çubuğunu xatırladan 29 metrlik heykəl ucaldılıb.

Nəhayət, daha bir görməli məkanı - Miroqoy şəhər qəbiristanlığı ilə tanış oluruq. XIX əsrdə əsası qoyulmuş bu məkanda bir çox görkəmli şəxsiyyətlər dəfn edilib.

Sözardı

Əlbəttə, bütün bunlar Zaqrebin görməli məkanlarının tam siyahısı deyil. Xorvatiya paytaxtında bizim diqqətimizdən kənarda qalan bir çox maraqlı yerlər var. Lakin biz cənuba- Adriatik dənizinin sahilində yerləşən Zadar şəhərinə getməliyik. Oradakı təəssüratlarımız növbəti reportajda təqdim olunacaq.

Fotoşəkillər Vitali Nəzərəliyevindir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Türk Dünyası Animasiya Gününün keçirilməsi təklif olunub

Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir

“Arşın mal alan” komediyası Moskvada nümayiş etdiriləcək

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb YENİLƏNİB

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub

Bu saata olan əsas xəbərlər

Maliyyə Nazirliyi yanında İctimai şura Milli Məclisdə büdcə müzakirələrində iştirak edir

Nazir: Azərbaycan dünyada güclü idman mərkəzi kimi tanınır

Zəfər Günü münasibətilə Cəlilabadda ağaclar əkilib

Dadaş Məmmədov: “Dirçəliş” layihəsi Qələbəni Qarabağdakı quruculuq və dirçəliş vasitəsilə təqdim edir

Emma Edhem: Azərbaycan regionun ən mühüm ölkələrindən birinə çevrilib

Baş məşqçi: Dünya çempionatında əvvəlki nəticəmizdən daha yaxşısına ümid edirik

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Türkiyə 2040-cı ildə enerjisinin 70 faizini bərpaolunan mənbələrdən əldə edəcək

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub

“Yaşa, Xəzər!” sərgisində konseptual incəsənət nümunəsi: “Qara kürü” əsəri

Şair Sahib Məmmədov: Poetik görüşlər insanlar arasında mənəvi bağ yaradır

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

® “Bank of Baku” ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak edib

Höteborqda Zəfər Günününə həsr olunmuş şahmat turniri olub

Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

Siyasi şərhçi: Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir

Bəstəkar: Azərbaycan musiqi əsərlərinin Almaniyada tədris proqramına salınması başlıca hədəfimizdir

® “Azercell“ “30 il səninlə” lotereyası çərçivəsində ilk qaliblərinə 2 “Toyota Corolla Cross” və 14 “iPhone 17 Pro” smartfonu hədiyyə etdi

® “Ziraat Bank Azərbaycan” Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib

Azərbaycan və Estoniya rəqəmsal inkişaf və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirir

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Üzümçü” ailə kəndli təsərrüfatına dəstək göstərilib

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm

Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır

AMEA-nın vitse-prezidenti: Reza Deqatinin fotoları illər keçsə də öz əhəmiyyətini itirməyəcək

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri - ŞƏRH

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib

Heyvandarlıq sahəsində yeni şərtlər - fermerlər nə qədər subsidiya alacaqlar?

İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib

Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

“Gülüstan” türbəsi– Azərbaycan daşişləmə sənətinin nadir incisi

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Baş nazir yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Universitetində qazaxıstanlı professor-müəllim heyəti üçün təkmilləşdirmə kursu təşkil olunub

Yağmur Soylu: X nəslinin bəyənməsi dəstək, Z nəslinin reaksiyası isə özünüifadə vasitəsidir – MÜSAHİBƏ

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

Ekspert: Qızılın ucuzlaşması Azərbaycanda zərgərlik məhsullarının qiymətinə təsir edə bilər

AFFA Məşqçilər Komitəsinin sədri: Bu mövsüm Premyer Liqada asan məğlub olmaq istəyən komanda yoxdur

Baş katib: “Bakı Prosesi” Şərqlə Qərb arasında birbaşa ünsiyyət üçün yol açıb

Belçikada işçilərin sayının azalacağı gözlənilir

MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi -  REPORTAJ  VİDEO

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi - REPORTAJ VİDEO

On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib

Müctəba Xamenei: ABŞ-də seçkilərin nəticələri Vaşinqtonun İran siyasətində dəyişikliyə səbəb olmayacaq

Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib

® “Carlsberg Azerbaijan” və Azərbaycan Texnologiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO

İctimai Şura sədri: Zəfərin təməlində “Dəmir yumruq” ətrafında birləşən xalqımızın həmrəyliyi dayanır

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

ABŞ-də aralıq seçkiləri: AI data mərkəzlərinə qarşı etirazlar Demokratların mənafeyinə xidmət edir

Mehman Nəcəfov: Milli ifaçılıq ənənələri gələcək nəsillərə düzgün çatdırılmalıdır

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

FIFA U-15 dünya çempionatında hakimliyin təşkilinə görə AFFA-ya təşəkkür edib

“Bir cənub şəhərində”

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovadan

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan

Tədqiqat: Dəniz səviyyəsinin qalxması ekosistem xidmətlərini ildə 164 milyard dollardan məhrum edə bilər

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdaridən

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Deputat: Heydər Əliyev azərbaycançılıq məfkurəsini dövlət siyasəti səviyyəsinə yüksəltdi VİDEO

Deputat: Heydər Əliyev azərbaycançılıq məfkurəsini dövlət siyasəti səviyyəsinə yüksəltdi VİDEO

“Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb

Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dünyada əqli sağlamlıq səviyyəsi zəifləyir - 92 ölkədə aparılan sorğunun nəticəsi

Nazir: Dövlət büdcəsinin əsas hədəflərindən biri özəl investisiyaların artırılmasına dəstək verməkdir

K.S.İmanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Riad Qasımov: Əhalinin gündəlik şəhər mərkəzi və geriyə hərəkəti nəqliyyat sisteminə əlavə yük yaradır VİDEO

Riad Qasımov: Əhalinin gündəlik şəhər mərkəzi və geriyə hərəkəti nəqliyyat sisteminə əlavə yük yaradır VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNİB VİDEO

Romanın qonaqları - Bir şəhər, min bir turist... FOTOREPORTAJ

Ramil İskəndərli: Azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayağıdır

İƏİT-in vergi cinayətləri ilə mübarizə sahəsində təşviq etdiyi vahid yanaşma səmərəli prinsiplərə əsaslanır

Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan dövlət maliyyəsi təsnifatını beynəlxalq GFSM standartına 95 faiz uyğunlaşdırmağı hədəfləyir

Ucarda fermerlərin toxum təminatına dəstək məqsədilə satış məntəqəsi fəaliyyətə başlayıb

Sahil Babayev: Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır

Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı 32 faizdir

Ankarada Azərbaycanın biznes və investisiya mühiti təşviq edilib

Almaniyada sığınacaq axtaran əcnəbilərin sayı kəskin azalıb

Mehdixan Vəkilov: 148 manatlıq kostyumu "Avara bağı"nda dilənçiyə verən Səməd

Özəl sektorda təqribən 50 minə yaxın əmək müqaviləsi artımı olub

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir VİDEO

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir VİDEO