XALQ YAZIÇISI ANARA MÜKAFAT
Xəbər verdiyimiz kimi, 2000-ci ildə Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) Türk dünyasına xidmət mükafatını alanlar arasında Azərbaycan Yazıçılar Birıiyinin sədri, Milli Məclisin deputatı, xalq yazıçısı Anar da var idi. Bu günlərdə isə qardaş Türkiyədən daha bir xoş xəbər alınmışdır. Türkiyə Respublikası Mədəniyyət Nazirliyinin nəzdində olan başqa bir qurum - Türk Mədəniyyətinə Xidmət Vəqfi Azərbaycanin xalq yazıçısı Anara Türk dünyasının Türk dili şərəf mükafatının verilməsi haqqında qərar qəbul etmişdir. Vəqfin idarə heyətinin sədri Mətin Eriş yazıçıya göndərdiyi məktubdunda bu barədə xəbər vermişdir. Mükafatın təqdimat mərasimi bu ilin mart-aprel aylarında Ankarada olcaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [18:51]
“Yaşa, Xəzər!” sərgisində konseptual incəsənət nümunəsi: “Qara kürü” əsəri
- 04.11.2026 [18:48]
Şair Sahib Məmmədov: Poetik görüşlər insanlar arasında mənəvi bağ yaradır
- 04.11.2026 [18:04]
Uşaqların Zəfər Gününə töhfəsi: “Mənim Zəfərim”
- 04.11.2026 [17:14]