TANINMIŞ PEDAQOQUN XATİRƏSİ
Bakı Dövlət Universitetində respublikamızın əməkdar müəllimi Əşrəf Bayramovun anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley yığıncağı keçirilmişdir.
BDU-nun və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkil etdikləri yığıncağı universitetin rektoru AMEA-nın müxbir üzvü Abel Məhərrəmov açaraq, Əşrəf Bayramovun həyat və fəaliyyətinin əsas məqamlarından danışdı. O vurğuladı ki, mərhum Əşrəf müəllim coğrafiyanın tədrisində elmin son nailiyyətlərindən istifadə edərək, bu fənni şagird və tələbələrinə ürəkdən sevdirə bilmişdi. Ona görə də respublikamızın məşhur coğrafiyaşünasları arasında Əşrəf müəllimin yetirmələri də az deyildir.
AMEA-nın Coğrafiya İnstitutunun direktoru akademik Budaq Budaqov müəlliminin pedaqoji xidmətlərindən, ziyalı kimi keyfiyyətlərindən, şagird və tələbələrinə qarşı səmimi, mehriban münasibətindən söhbət açdı.
Bakıdakı 209 nömrəli məktəbin direktoru Həsən Qulamov, BDU-nun coğrafiya fakultəsinin dekanı Müseyib Müseyibov, kafedra müdiri Həbibə Soltanova, Milli Məclisin deputatı Əsmətxanım Məmmədova və başqaları tanınmış pedaqoq haqqında xatirələrini söylədilər.
Axırda Əli Bayramov atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [18:42]
BDU-da “Zəfər sədaları” adlı konsert proqramı təqdim edilib
- 04.11.2026 [17:31]
Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm
- 04.11.2026 [16:59]
AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO
- 04.11.2026 [16:42]
MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər
- 04.11.2026 [15:49]