ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş mərd mübarizlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə Astara rayon hərbi komissarlığının binası qarşısında bulaq kompleksi yaradılmışdır. Ordu sıralarına çağrılan gənclər indən sonra buradan hərbi xidmətə yola salınacaqlar.
Rayonda bütün şəhid məzarları, onların xatirəsinə ucaldılmış abidələr abadlaşdırılır, səliqə-səhman yaradılır.
X X X
Cəlilabadın Ocaqlı kəndindəki 2 nömrəli orta məktəb Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş Cəmaləddin Əliyevin adını daşıyır. Yanvarın 16-da həmin məktəbdə igid döyüşçünün xatirə löhfəsinin açılışı olmuşdur. Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər gəncləri vətənə sədaqətli olmağa çağırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [18:38]
“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi”
- 04.11.2026 [16:34]
On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
- 04.11.2026 [16:28]