Şahdağda qar, Gədəbəydə dolu yağıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 23-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb, Şahdağda isə qar yağıb.
Düşən yağıntının miqdarı Şamaxıda 63 (aylıq normanın 83 faizi), Oğuzda 52 (aylıq normanın 51 faizi), Saatlıda 17 (aylıq normanın 42 faizi), Kişçayda (Şəki) 15, Sarıbaşda (Qax) 12, Zaqatala, Tərtərdə 11, Ordubad, Qubada 10, Şahdağda 9, Sabirabad, Ağsu, Qəbələ, İsmayıllı, Gədəbəy, Sədərək, Göygöl, Ağstafa, Şərur, Qusar, Şahbuz, Balakən, Qobustan, Qrız, Xaçmaz, Kürdəmir, Qazax, Şəmkir, Tovuz, Culfa, Xınalıq, Xızı, Bərdə, Neftçala, Biləsuvar, Yardımlı, Naxçıvan, Daşkəsən, Gəncə, Naftalan, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Hacıqabul, İmişli, Ağdam, Goranboyda 8, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək qeydə alınıb.
Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzuli rayonlarında isə qısamüddətli leysan xarakterli intensiv yağış yağıb.
Oktyabrın 22-də Gədəbəy rayonunun bəzi ərazilərinə xırda dənəli dolu düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [17:22]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 04.11.2026 [13:00]
Rayonlarda leysan olacaq - PROQNOZ
- 04.11.2026 [13:00]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək VİDEO
- 03.11.2026 [12:32]
Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqVİDEO
- 02.11.2026 [13:44]
Ötən ay ölkə ərazisində havanın temperaturu 25 gün normadan yuxarı olub
- 02.11.2026 [13:01]
Sabahın hava proqnozu açıqlanıb VİDEO
- 31.10.2026 [15:37]
Sabah rayonlarda hava əsasən yağmursuz olacaq
- 31.10.2026 [13:53]