Qubada 3 nəfəri it dişləyib VİDEO
Quba, 24 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 24-də Quba rayonu ərazisində it dişləməsi nəticəsində xəsarət alan 3 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2018-ci il təvəllüdlü şəxsə (kişi cinsli) üzün və kəllənin çoxsaylı dişlənmiş, cırılmış yaraları, 1970-ci il təvəllüdlü şəxsə (qadın cinsli) qarının, sol budun ön səthinin dişlənmiş, sıyrılmış yaraları, 1967-ci il təvəllüdlü şəxsə (qadın cinsli) isə sol saidin arxa səthinin sıyrılmış, dişlənmiş yarası diaqnozu təyin edilib.
Yaralılara ilkin zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.
Yaralılardan birinin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. İki nəfər isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [19:39]
Zəfər Günü münasibətilə Cəlilabadda ağaclar əkilib
- 04.11.2026 [18:55]
Şəmkirdə “Zəfər marafonu” keçirilib - qaliblər mükafatlandırılıb
- 04.11.2026 [17:10]
Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır
- 04.11.2026 [16:44]
Xaçmazda ekoloji aksiya: 500-ə yaxın qoz və zeytun tingi əkilib
- 04.11.2026 [16:01]