Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Əziz qonaqlar!

Əziz dostlar!

Sizi Azərbaycanda səmimi qəlbdən salamlamaq, sizə “Xoş gəlmisiniz!” demək istəyirəm.

Rusiyanın belə mötəbər nümayəndə heyətinin ölkəmizə səfəri böyük hadisədir. Düşünürəm ki, bu səfər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə və genişlənməsinə xidmət edəcəkdir. Mənə olduqca xoşdur ki, öz sahəsində dünyada aparıcı sayılan, gözəl ənənələri, çox böyük nailiyyətləri olan təşkilatın - İTAR-TASS-ın Azərbaycanda günləri keçirilir. Ən başlıcası odur ki, ictimai-siyasi formasiya dəyişdikdən sonra İTAR-TASS dünyada öz mövqelərini və təsirini nəinki itirmədi, əksinə, daha da möhkəmləndirdi. Dediyim kimi, artıq indi İTAR-TASS xaricdə geniş şaxəli şəbəkəyə malik olan, informasiyalarına bütün dünyada etimadla yanaşılan çox nüfuzlu təşkilatdır. Bizim aramızda ənənəvi olaraq sıx münasibətlər, dostluq münasibətləri, şəxsi ünsiyyətlər və çox yaxşı qarşılıqlı əlaqələr təşəkkül tapmışdır.

Mən Moskvaya hər dəfə səfər etdikdə və orada olduqda mütləq İTAR-TASS-ın ofisinə gedirəm və biz həmişə çox səmərəli və mehriban görüşlər keçiririk. Düşünürəm ki, sizin nümayəndə heyətinin ölkəmizə səfəri bugünkü Azərbaycanın həyatının vəziyyətinin daha yaxşı başa düşülməsi baxımından da əhəmiyyətlidir. Azərbaycan və Rusiya sakinləri informasiyadan istifadə nöqteyi-nəzərindən heç də bərabər şəraitdə deyillər. Biz Rusiyanın televiziya kanallarını sərbəst qəbul edir, Rusiyada həyatın gedişini izləyir və orada baş verən bütün hadisələrdən xəbərdarıq. Rusiyada isə obyektiv səbəblər üzündən keçmiş Sovet İttifaqı respublikalarının həyatı barədə informasiya, əlbəttə ki, dolğun deyildir. Bununla əlaqədar biz real vəziyyətin tamamilə başa düşülməsi üçün Rusiya jurnalistlərinin, ictimai xadimlərinin ölkəmizə belə səfərlərindən, ölkəmizdə olmalarından çox şadıq.

Müstəqillik illərində Azərbaycan öz iqtisadi potensialını xeyli möhkəmlətmişdir, ölkə dinamik inkişaf edir. Hərçənd, Sovet İttifaqının süqutundan sonra ilk illərdə ölkəmiz keçmiş müttəfiq respublikalarla müqayisədə ən ağır vəziyyətdə idi. Ölkədə tam böhran, iqtisadi tənəzzül hökm sürürdü, vətəndaş müharibəsi təhlükəsi vardı, bundan əlavə, Ermənistan ərazilərimizin bir hissəsini işğal etmişdi. Bütün bunlar çox ağır nəticələrə gətirib çıxarmışdı. Ölkəmizin gələcəyi, Azərbaycanın özünün varlığı sual altında idi. Yalnız Azərbaycan xalqının iradəsi və müdrikliyi - müasir tarixin ən ağır çağında, 1993-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevə müraciət edərək, onu respublikaya başçılıq etməyə çağırması sayəsində ölkə çox ağır nəticələrdən xilas oldu. 1993-cü ildən başlayaraq ölkədə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması, Azərbaycanın dünya proseslərinə inteqrasiyası sahəsində planlı surətdə iş aparılmışdır və indi də aparılır. Bu gün Azərbaycan regionun ən dinamik inkişaf edən ölkələrindən biridir, Azərbaycan Avropa inteqrasiyası proseslərində yaxından iştirak edir, öz qonşuları ilə regional miqyasda fəal əməkdaşlıq edir.

Ölkəmizin öz qonşuları ilə, xüsusən Rusiya ilə çox müsbət münasibətləri var. Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər nəinki ikitərəfli planda önəmlidir, həm də bu münasibətlər regional əməkdaşlıq çərçivəsində, hətta daha geniş səpkidə gedən proseslər çərçivəsində böyük rol oynayır və oynayacaqdır. Çox xoşdur ki, indi bu münasibətlər strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. Biz buna böyük diqqətlə yanaşırıq və bütün istiqamətlərdə qarşılıqlı surətdə faydalı tərəfdaşlığın genişlənməsi üçün səylərimizi əsirgəməməyə çalışırıq. Bu gün Rusiya ilə Azərbaycan arasında təcili həllini gözləyən heç bir problem yoxdur. 1990-cı illərdə obyektiv və subyektiv səbəblər üzündən meydana gəlmiş problemlər həll edilmişdir. Əlbəttə ki, Azərbaycan Prezidenti Heydər Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı şəxsi dostluq ikitərəfli əlaqələrin möhkəmlənməsində çox böyük rol oynamışdır. Rusiyanın tarixində ilk dəfə olaraq Prezident Putinin Azərbaycana səfəri, əldə olunmuş razılaşmalar ikitərəfli əlaqələrin inkişafında yeni mərhələ açmışdır. Əmtəə dövriyyəsinin həcmi ildən-ilə artır, biz onu iki dəfə çoxaltmaq niyyətindəyik. Hesab edirik ki, bu, tamamilə real perspektivlərdir. Daim və çox fəal siyasi dialoq aparılır. Rusiyadan Bakıya və buradan Rusiyaya çoxlu nümayəndə heyəti gəlib-gedir. Əlbəttə ki, ənənəvi mədəni əlaqələrin inkişafında böyük potensial var. Azərbaycanda Rusiyanın bəzi vilayətlərinin mədəniyyət günləri keçirilmişdir.

Bildiyiniz kimi, bu il Rusiyada bütünlüklə Azərbaycan ilidir, 2006-cı il isə Azərbaycanda Rusiya ili olacaqdır. Bütün bunlar ölkələrimiz arasında münasibətlərin inkişafına kömək edir.

Buna dair çoxlu misal var. Mən onları çox sadalaya bilərəm, ancaq vaxtınızı almaq istəmirəm. Lakin, qlobal baxımdan, bəlkə, çox mühüm olmasa da, hər halda, nümunəvi olan bir misal çəkəcəyəm. Bunu Bakıdan Moskvaya və geriyə tez-tez təyyarə ilə uçanlar yaxşı bilirlər. Bir neçə il əvvəl bizim Moskvaya gündə cəmi bir aviareysimiz vardı. O da ki hər gün müntəzəm olaraq yerinə yetirilmirdi. İndi ölkələrimiz arasında hər gün 10-dək aviareys var. Həmin göstərici qarşılıqlı münasibətlərin səviyyəsindən daha yaxşı xəbər verir. İnsanlar arxayınca bir-birinə qonaq gedib-gəlir, işləyir, ünsiyyət saxlayır və eyni zamanda, özlərini rahat hiss edirlər.

Bildiyiniz kimi, Azərbaycanda ənənəvi olaraq, tarixən milli və dini dözümlülük həmişə mövcud olmuşdur. Bu, ölkəmizin başlıca, ən mühüm nailiyyətlərindən biridir. Ölkəmizin müstəqil dövlət kimi təşəkkül tapdığı dövrdə keçmişin bu ənənələri qorunub saxlanmış və artırılmışdır və bu, böyük uğurdur. Milli və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda hər bir adam öz ölkəsinin tamdəyərli və tamhüquqlu vətəndaşıdır. Ümumi evimizin daxilində belə bir əmin-amanlığın olması müvəffəqiyyətimizin rəhnidir. Bəzi başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda müstəqillik illərində heç bir rus məktəbi bağlanmadı. Ölkəmizdə Slavyan Universiteti fəaliyyət göstərir. O, rus dili və digər slavyan xalqlarının dilləri üzrə müəllimlər hazırlayır.

O ki qaldı mətbuata, - mən bu barədə 2003-cü ildə Azərbaycanda rus mətbuatı günləri zamanı danışmışdım, - müstəqillik illərində rus dilində qəzetlərin sayı sovet dövründəkinə nisbətən iki-üç dəfə artmışdır. Mən bunu heç də vəziyyəti əlvan boyalarla göstərmək üçün demirəm. Əlbəttə, problemlər də var. Sadəcə olaraq bu, hökumətin və rəhbərliyin müəyyən etdiyi meyilləri, siyasəti göstərir. Biz həmin məsələdə bu siyasəti çox ardıcıl surətdə aparırıq. Ən başlıcası odur ki, buna cəmiyyət də çox həssasdır. Düşünürəm ki, əlaqələr, səfərlər, ünsiyyətlər nə qədər çox olsa, bundan hamı qazanar.

Sənaye potensialının, iqtisadi potensialın artırılması, ölkəmizdə həyata keçirilən çox iri enerji layihələri, - yeri gəlmişkən, Azərbaycanda bu gün dünyada ən böyük enerji layihəsi gerçəkləşdirilir, - bizə iqtisadiyyatı çox dinamik və hərtərəfli inkişaf etdirməyə imkan verir. İqtisadiyyatın təkcə neft amilindən asılı olmaması üçün bu gün biz regional proqramları fəal inkişaf etdiririk. 2004-cü ildə ölkədə 120 mindən artıq iş yeri yaradılmışdır. Yeri gəlmişkən, seçkiqabağı vədlərimdən biri ondan ibarət idi ki, 5 ildə Azərbaycanda 600 min iş yeri yaradılacaqdır. Əlbəttə ki, əhalimizin 8 milyon nəfər olduğunu nəzərə alsaq, bu, çox böyük rəqəmdir. Ona görə də bəziləri bunu inamsızlıqla, şəkk-şübhə ilə qarşıladılar. Amma 2004-cü il göstərdi ki, bütün bunlar hesablamaların nəticələridir və bu rəqəm göydən götürülməyibdir. Özü də, bu qədər böyük sayda iş yerləri, əsasən, paytaxtda deyil, bölgələrdə yaradılmışdır. Çünki, gördüyünüz kimi, Bakı çox inkişaf etmiş şəhərdir. Biz isə paytaxtla əyalət arasında fərqi bərabərləşdirməyə çalışmalıyıq. Biz buna bölgələrin səviyyəsini qaldırmaq hesabına nail olmaq istəyirik. Ona görə də bu gün beşilliyimizin regional vektoru öncül istiqamətlərdən biridir. Ölkədə sahibkarlıq inkişaf edir. Ümumi daxili məhsulun təxminən 75 faizi özəl sektorda istehsal olunur. Özü də, iqtisadiyyatın əsas sahəsi sayılan neftin dövlət inhisarında olduğu şəraitdə.

Biz əhalinin həyat səviyyəsini yüksəltməyə çalışırıq. 2004-cü ildə minimum əmək haqqı iki dəfə qaldırılmışdır və Azərbaycan vətəndaşları, - biz bunu bəyan etmişik, - ildən-ilə daha yaxşı yaşamalıdırlar. Biz buna nail olacağıq.

Ölkəmizin əsas problemlərindən biri Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsidir. Artıq 10 ildən çoxdur ki, Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Bu, Dağlıq Qarabağ, habelə Azərbaycanın keçmiş Dağlıq Qarabağ vilayətinin inzibati sərhədindən kənarda yerləşən 7 rayondur. Bu işğal, habelə etnik təmizləmələr aparılması nəticəsində bir milyondan çox adam qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Onların 250 min nəfəri Ermənistanda yaşamış azərbaycanlılardır, 700 mini isə erməni işğalçı qoşunlarının Azərbaycanın öz ərazisindən qovduqları daxili köçkün şəxslərdir. Bizdə digər ölkələrdən, münaqişə rayonlarından olan qaçqınlar da var, onlar ölkəmizdə sığınacaq tapmışlar. Əhalinin sayına nisbətdə götürdükdə, bunun kifayət qədər yüksək rəqəm olduğunu desəm, yəqin, səhv etmərəm: 8 milyon əhalidən 1 milyonu qaçqın-köçkündür.

Bu, olduqca iqtisadi, maliyyə, mənəvi və siyasi baxımdan böyük yükdür və təəssüf ki, o, indiyədək qalır. Məsələ öz həllini hələ də tapmayıbdır. Biz bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşırıq və əlbəttə ki, özümüzə də belə münasibət göstərilməsini istəyirik. Ümidvarıq ki, haqq-ədalət və beynəlxalq hüquq normaları zəfər çalacaqdır. Təcavüzə son qoyulacaq, işğalçı qoşunlar zəbt edilmiş ərazilərimizdən çıxarılacaq, nəhayət, sülh bərqərar olacaqdır. Biz bunu sülh yolu ilə həll etmək istəyirik. Danışıqların onillik tarixi, bu, heç bir nəticə verməyib, - bunu sülh yolu ilə həll etməyə çalışdığımıza sübutdur. Amma, təəssüf ki, bunu etmək mümkün olmur, ona görə də, təbii olaraq, biz hər hansı bir digər variantı istisna etmirik. Azərbaycan öz ərazilərinin itirilməsi ilə heç zaman razılaşmayacaq, biz onları nəyin bahasına olursa-olsun, geri qaytaracağıq. Sülh yolu ilə, yaxud qeyri-sülh yolu ilə - bu məsələ danışıqların gedişindən, habelə digər amillərdən asılı olacaqdır.

İndi dünya birliyi, nəhayət, etiraf edir ki, ərazilərin işğalı baş vermişdir. İndi işğal faktı tanınmışdır, BMT, eləcə də dünyanın, əslində, bütün dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanımışlar. Hesab edirik ki, bu məsələ kimlərinsə fantaziyaları, arzuları və ya ehtimalları əsasında deyil, məhz beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır. Bu məsələ, ümumən, regionda sülhün bərqərar olması üçün vacibdir, çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi hərbi əməliyyatlara yenidən başlanması üçün daimi təhlükədir, bu əməliyyatlar isə çox ciddi nətəcələrə gətirib çıxaracaqdır.

Ümumən, demək istəyirəm ki, bu məsələnin həll edilməmiş qalmasına baxmayaraq, çox böyük sayda qaçqınlar olmasına baxmayaraq, son vaxtlar Azərbaycan iqtisadi cəhətdən də, siyasi cəhətdən də daha güclü olmuşdur. Bu müddət ərzində ölkəmiz adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə regionda öncül mövqedədir. Əgər sərmayəçilərdə onların sərmayələrinin qorunacağına, ölkənin ardıcıl inkişafının davam etdiriləcəyinə, sabitliyin, ictimai asayişin qorunub saxlanılacağına, Azərbaycanın apardığı siyasətin istiqamətinin bundan sonra da dəyişməyəcəyinə inam olmasaydı, Azərbaycanda çox böyük enerji layihələrini həyata keçirmək mümkün olmazdı. Bizdə bütün bu amillər var. Ölkədə ictimai-siyasi vəziyyət çox əlverişlidir, iqtidarla əhali arasında tam qarşılılqı anlaşma mövcuddur. Əlbəttə ki, belə olmasaydı, islahatları aparmaq çox çətin olardı. Biz dəstək hiss edirik, xalqın bu dəstəyinə arxalanırıq, ölkəmizdə həyatın daha yaxşı olması üçün Azərbaycan xalqına bacardığımız qədər xidmət edirik.

Vaxtınızı çox almaq istəmirəm, Azərbaycan haqqında çox danışa bilərəm. Əlbəttə, bir görüş çərçivəsində hər şeyi əhatə etmək mümkün deyildir. Düşünürəm ki, ölkəmizdə olmağınız - bugünkü və sabahkı gün, habelə sizin öz şəxsi təəssüratınız çox mühüm rol oynayacaqdır. Ümidvaram ki, səfər yaddaqalan olacaq, siz evə yaxşı təəssüratla qayıdacaqsınız. Azərbaycan Rusiyaya dost ölkədir. Biz qonaq qəbul etməyə həmişə şadıq, həmişə ünsiyyət olmasına çalışırıq. Bu imkandan bir daha istifadə edərək, Azərbaycanda İTAR-TASS günləri keçirildiyinə görə, habelə İTAR-TASS və agentliyin rəhbəri, hörmətli Vitali Nikitiç İqnatenkonun ölkəmizə belə mötəbər nümayəndə heyəti gətirdiyinə görə İTAR-TASS-ın rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Düşünürəm ki, yaranacaq xoş ünsiyyətlər və artıq mövcud olan ünsiyyətlər, ümumən, ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə, xalqlarımız arasında etimadın yüksəlməsinə kömək edəcəkdir. Arzu edirəm ki, şəhərimizin həyatı ilə tanışlığa, görməli yerlərə baxmağa imkanınız olsun, bu səfər yadınızda qalsın.

Sizi bir daha salamlamaq və demək istəyirəm ki, sizi görməyimizə çox şadıq və ümidvarıq ki, görüşlərimiz gələcəkdə də davam edəcəkdir.

Sonra Rusiya nümayəndə heyətinin rəhbəri, İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko çıxış etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfər Günü Tallində qeyd olunub

Fransada siyasi qüvvələr arasında gərginlik - Emmanuel Makronun təşəbbüsü etirazla qarşılanıb

Gənclər Kitabxanasında Dövlət Bayrağı Gününə həsr olunmuş süni intellekt əsaslı təqdimat hazırlanıb

Dövlət Bayrağımız Azərbaycanın milli qürurunun və müstəqillik iradəsinin rəmzidir - ŞƏRH

Azərbaycançılıq məfkurəsi və gələcəyə baxış - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir

Naxçıvanda zəncirvari qəza olub, 1 nəfər xəsarət alıb

Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Politoloq: İndi bayrağımıza fəxrlə baxa bilirik

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

Brüsseldə Zəfərdən danışılıb

Alişer Salomov: Ekologiya sərhəd tanımır, dövlətlərin birgə addımlarına ehtiyac var

Əməkdar artist: Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyidir

Dakar-2026: Azərbaycan çimərlik güləşi üzrə komanda hesabında birinci olub

Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb

Moldovada Zəfər və Dövlət Bayrağı günləri silsilə tədbirlərlə qeyd olunub

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir – ŞƏRH

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bugünü VİDEO

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bugünü VİDEO

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur VİDEO

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur VİDEO

Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

İmişlidə yol qəzası olub, ölənlər var

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımaların həcmini artırır

Şuşa ağ örpəyə bürünüb – FOTOLAR

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb –  FOTOLAR  VİDEO

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – FOTOLAR VİDEO

Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

Bu gün Türkiyədə COP31 başlayıb

Ötən gecə Rusiya tərəfindən 430 PUA vurulub

Gəncədə tarixi Zəfərin 6-cı ildönümü silsilə tədbirlərlə qeyd edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

Dünya birjalarında qızıl və gümüş bahlaşıb

Birjalarda neft bahalaşıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib

Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz

Tramp İranla müharibəni dayandırmaq üçün Si Çinpin və Putinlə danışacaq

Üçrəngli bayrağımız milli qürurumuz, tarixi Zəfərimizin və qalib Azərbaycanın dünyaya bəyanıdır - ŞƏRH

Zəfər Günü münasibətilə Qəbələdə silsilə tədbirlər təşkil olunub

Aksiyalar Fransada siyasi kursun və dövlət quruluşunun transformasiyası məsələsini ortaya qoyub

Zəfər Günü münasibətilə vətəndaşlara növbəti “Açıq qapı” günü təşkil edilib

AKTİ tərəfindən Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Səfər Qarakoyunlu: Qarabağ Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir

AMEA-nın kollektivi Zəfər abidəsini ziyarət edib

TRT-nin "Azərbaycan rüzgarı" proqramı Qarabağ Zəfərinin ildönümünə həsr olunub

Qarabağın azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqının birliyinin tarixi təzahürü oldu – ŞƏRH

BDU-nun kollektivi Zəfər parkını ziyarət edib

Almaniyanın Ştutqart şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir

Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

Zaqatalada Zəfər Günündə ağacəkmə aksiyası, güləş turniri, konsert proqramı təşkil olunub

Nyu-Yorkda Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Pedaqoji Universitet kollektivi Zəfər parkını ziyarət edib

Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb

ABŞ-nin Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib

Prezidentin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb VİDEO

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb VİDEO

8 Noyabr münasibətilə Zəfər parkı ziyarət edilib

Höteburqda Zəfər bayramı qeyd olunub

Ər-Riyadda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb

ASAP xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Bursanın məşhur Saat Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Strasburqda Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

İpoteka və Kredit Zəmanət Fondunun kollektivi Zəfər abidəsini ziyarət edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Zəfər Günü Ağdam, Füzuli və Xocavənddə silsilə tədbirlərlə qeyd edilib

Şanlı Zəfərimizin əsas memarı Prezident İlham Əliyevdir - ŞƏRH

Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Mərakeş qəzetində Azərbaycanın Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş məqalə dərc edilib

Manisada Zəfər Günü ilə əlaqədar təbrik mesajları yayımlanıb

Zəfər Günü Azərbaycanın xaricdəki nümayəndəliklərində qeyd edilib

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Zəfər Gününə həsr olunmuş şahmat turniri təşkil edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb VİDEO

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

Göygöldə Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib VİDEO

Azərbaycanlı həkimlər Zəfər Günü münasibətilə Berlində yürüş keçiriblər