“Neftçi” XXI əsrdə qol rekordunu yeniləyib
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının lideri “Neftçi” keçirdiyi 10 qarşılaşmada 25 qol vurub.
Peşəkar Futbol Liqasından (PFL) AZƏRTAC-a bildirilib ki, bu məhsuldarlıq “ağ-qaralar” üçün XXI əsrin rekordudur. Bakı klubunun mövsümün ilk 10 çempionat matçında ən azı 25 qol vurması sonuncu dəfə 2000-ci ildə qeydə alınıb. Paytaxt təmsilçisi 2000-2001 mövsümünün müvafiq dövründə 28 qol vurub. Son 25 mövsümün ən yaxşı göstəricisinə imza atan “Neftçi” bundan əvvəlki 24 turnirin ilk 10 matçında da orta məhsuldarlıqda 2,50-yə çata bilməyib.
Qeyd edək ki, 1992-ci ildən keçirilən çempionatın tarixində ən yaxşı nəticə də “Neftçi”yə məxsusdur. Bakı təmsilçisi 1996-1997 mövsümünün startında 10 oyunda 42 qola sevinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [18:34]
Höteborqda Zəfər Günününə həsr olunmuş şahmat turniri olub
- 04.11.2026 [18:13]
Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib
- 04.11.2026 [17:20]
İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib
- 04.11.2026 [15:35]
Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb
- 04.11.2026 [14:31]