Nazirlik: Otman Bozdağ palçıq vulkanı ərazisində geoloji dəyişikliklərlə bağlı qiymətləndirmə aparılır
Bakı, 26 sentyabr, AZƏRTAC
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman Bozdağ palçıq vulkanında sentyabrın 26-da saat 07:32 radələrində püskürmə hadisəsi qeydə alınıb. Püskürmə güclü alovlanma ilə müşayiət olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bunu Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev deyib.
Onun sözlərinə görə, hazırda ərazidə vulkanın aktivliyi və püskürmə nəticəsində yaranmış geoloji dəyişikliklərlə bağlı ilkin müşahidə və qiymətləndirmə işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [13:00]
Rayonlarda leysan olacaq - PROQNOZ
- 04.11.2026 [13:00]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək
- 03.11.2026 [12:32]
Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqVİDEO
- 02.11.2026 [13:44]
Ötən ay ölkə ərazisində havanın temperaturu 25 gün normadan yuxarı olub
- 02.11.2026 [13:01]
Sabahın hava proqnozu açıqlanıb VİDEO
- 31.10.2026 [15:37]
Sabah rayonlarda hava əsasən yağmursuz olacaq
- 31.10.2026 [13:53]
Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO
- 30.10.2026 [15:04]