Naxçıvanda ixrac potensialı artıb
Naxçıvan, 14 noyabr, AZƏRTAC
Cari ilin yanvar–oktyabr aylarında ixrac imkanlarını genişləndirmək və yerli məhsulların tanıdılmasını təmin etmək məqsədilə Naxçıvan sahibkarları 7-si biznes-forum, 6-sı sərgi və 1-i konfrans olmaqla, ümumilikdə, 14 beynəlxalq tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirlərdə meyvə şirələri, peçenye, vafli, tütün məmulatları, panel radiator, mebel, sement, daş, əhəng, gips, elektrod, sintetik əsaslı boyalar və uşaq bezi kimi 35-dən çox yerli məhsul nümayiş olunub.
Bu ilin yanvar–sentyabr aylarında muxtar respublikadan ölkə xaricinə ixracın həcmi 10,3 milyon ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,8 faiz artım deməkdir. Cari ildə Naxçıvan məhsulları qonşu ölkələrlə yanaşı, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri və İraq bazarlarına çıxarılıb, həmçinin Tacikistan, Suriya və Fələstin kimi yeni ixrac istiqamətləri formalaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.11.2026 [20:34]
Göygöldə Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub
- 08.11.2026 [19:00]
Ağdam, Füzuli və Xocavənddə şəhid ailələrinin müraciətləri dinlənilib
- 08.11.2026 [17:52]
Gəncədə Zəfər Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib
- 08.11.2026 [17:38]
Zəfər Günü Xocavənd qəsəbəsində qeyd olunub
- 08.11.2026 [13:35]
“Həqiqətən də həsəd aparılası bir yerdir” - Türk jurnalistlər Şuşada FOTO
- 08.11.2026 [12:42]
Naxçıvanda Zəfər Abidəsi ziyarət edilib
- 08.11.2026 [11:58]
Lənkəranda Zəfər Günü qeyd olunub
- 08.11.2026 [11:46]