Leysan yağışları Gürcüstanda ciddi problemlər yaradıb
Tbilisi, 10 avqust, AZƏRTAC
Gürcüstanda güclü leysan yağışları ölkənin qərb bölgəsində ciddi problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, ən böyük ziyan Xelvaçauri bələdiyyəsi ərazisində qeydə alınıb. Xelvaçauri şəhər meriyasının məlumatına görə, həm mərkəzi, həm də rayondaxili yolları su basıb, bir neçə yerdə sürüşmə əmələ gəlib.
Xelvaçauri bələdiyyə ərazisində yaşayış binalarının yaxınlığında baş verən sürüşmə ilə əlaqədar 15 ailə müvəqqəti olaraq təxliyə edilib. Ağır texnikadan istifadə etməklə yolun təmizlənməsi işləri fəal şəkildə aparılır.
Şəhər meriyasının xidmətləri və bütün aidiyyəti qurumlar təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunub.
Güclü yağışlar nəticəsində əsas tikililərdə yaranan problemlər səbəbindən Maxincauri və Şarabidze icmalarına daxil olan Axalsopeliyə içməli su verilmir.
Erge (Başko Ekalauri) kəndində abonentlərə elektrik enerjisi verilmir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [23:11]
Macarıstanda kommunist dövrünün məxfi xidmətlərinin arxivləri açılıb
- 04.11.2026 [21:58]
Pavel Herçinski: Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi dayanıb
- 04.11.2026 [21:00]
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
- 04.11.2026 [17:23]
Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır
- 04.11.2026 [16:43]
Belçikada işçilərin sayının azalacağı gözlənilir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Cəlilabadda ağacəkmə aksiyası
- [19:39]
“Bir cənub şəhərində”
- [16:01]