GÜRCÜSTANDA ZƏLZƏLƏ
Tbilisi seysmoloji xidmət mərkəzinin məlumatına görə aprelin 25-də yerli vaxtla saat 22.41 dəqiqədə 12 ballıq cədvəl üzrə 5,5-6 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələnin mərkəzi Tbilisi şəhərindəki gölün ətrafında olubdur.
Mütəxəssislərin verdiyi ilkin məlumata görə, qısamüddətli vertikal xətli təkanlar adətən böyük dağıntıya və çoxsaylı insan tələfatına səbəb olmur. Paytaxtın bəzi məhəllələrində köhnə tikililər dağılıb, bəzi binalarda çatlar əmələ gəlib və nəticədə 4 nəfər həlak olubdur. İlk təkanları hiss edən kimi bayıra qaçan sakinlərdən bir çoxu zədələnibdir.
Aprelin 26-da saat 09.30-da və 15.00-da bir neçə yeraltı xırda təkanlar qeydə alınıbdır. Hazırda şəhərdə sakitlikdir, əlaqədar xidmət idarələri zəlzələnin nəticələrinin aradan qaldırılması üçün lazımi tədbirlər görürlər.
Soydaşlarımızın yığcam yaşadıqları Borçalı bölgəsində yeraltı təkanlar qeydə alınsa da, heç bir tələfat və dağıntı olmayıbdır.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [17:22]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 04.11.2026 [13:00]
Rayonlarda leysan olacaq - PROQNOZ
- 04.11.2026 [13:00]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək VİDEO
- 03.11.2026 [12:32]
Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqVİDEO
- 02.11.2026 [13:44]
Ötən ay ölkə ərazisində havanın temperaturu 25 gün normadan yuxarı olub
- 02.11.2026 [13:01]
Sabahın hava proqnozu açıqlanıb VİDEO
- 31.10.2026 [15:37]
Sabah rayonlarda hava əsasən yağmursuz olacaq
- 31.10.2026 [13:53]