GÜRCÜSTANDA ZƏLZƏLƏ
Tbilisi Seysmologiya Xidmətinin məlumatına görə, aprelin 11-də yerli vaxtla saat 21. 35 dəqiqədə Rixter cədvəli ilə təxminən 4-5 bal gücündə yeraltı təkanlar qeydə almışdır. Zəlzələnin mərkəzi Tbilisidən bir neçə kilometr cənub-qərb tərəfdə olmuşdur.
Mütəxəssislərin ilkin məlumatına görə, bu, qısamüddətli vertikal xətli təkanlar idi və adətən belə zəlzələlər böyük dağıntıya və tələfata səbəb olmur. Doğrudur, paytaxtın bəzi məhəllələrində köhnə tikililərdə çatlar əmələ gəlmişdir və ilk təkanları hiss edən kimi bayıra qaçan sakinlərdən bəziləri zədələnmişlər. Onlara tibbi yardım göstərilmişdir. Şəhərdə sakitlikdir, əlaqədar xidmət idarələri zəlzələnin nəticələrinin aradan qaldırılması üçün lazımi tədbirlər görürlər.
Soydaşlarımızın yaşadıqları bölgələrdə - Marneuli, Qardabani, Bolnisi və Dmanisi rayonlarında yeraltı təkanlar qeydə alınmayıbdır.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [17:22]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 04.11.2026 [13:00]
Rayonlarda leysan olacaq - PROQNOZ
- 04.11.2026 [13:00]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək VİDEO
- 03.11.2026 [12:32]
Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqVİDEO
- 02.11.2026 [13:44]
Ötən ay ölkə ərazisində havanın temperaturu 25 gün normadan yuxarı olub
- 02.11.2026 [13:01]
Sabahın hava proqnozu açıqlanıb VİDEO
- 31.10.2026 [15:37]
Sabah rayonlarda hava əsasən yağmursuz olacaq
- 31.10.2026 [13:53]