GÖRKƏMLİ ALİMİN BİBLİOQRAFİK GÖSTƏRİCİSİ
Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” redaksiya, nəşriyyat- poliqrafiya mərkəzi “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından görkəmli türkoloq-alim, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, Dilçilik İntstitutunun direktoru, Ağamusa Axundovun biblioqrafik göstəricisini nəşr etmişdir.
Anadan olmasının 70 illiyi münasibətilə hazırlanmış göstəricidə yarım əsrdən çox yaradıcılıq yolu keçmiş alimin müxtəlif dillərdə çap olunmuş əsərlərinin, redaktə etdiyi kitabların, rəhbərliyi ilə yazılmış dissertasiyaların biblioqrafiyası öz əksini tapmışdır. Bundan əlavə, filologiya elmləri doktoru Məsud Mahmudovun alim haqqında qısa tərcümeyi-hal məqaləsi verilmişdir.
Biblioqrafik göstəricinin tərtibçisi filologiya elmləri namizədi Əmin Əfəndiyevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [18:42]
BDU-da “Zəfər sədaları” adlı konsert proqramı təqdim edilib
- 04.11.2026 [17:31]
Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm
- 04.11.2026 [16:59]
AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO
- 04.11.2026 [16:42]
MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər
- 04.11.2026 [15:49]