GEOLOGİYA İNSTİTUTUNUN ELEKTRON JURNALI
Milli Elmlər Akademiyası Geologiya İnstitutunun “Palçıq vulkanları” beynəlxalq elmi elektron jurnal-bülleteninin hazırlığı başa çatmışdır. Onun redaktoru, palçıq vulkanları laboratoriyasının rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Adil Əliyev bildirmişdir ki, bülleten “Milli Elmlər Akademiyasının xəbərləri. Yer haqqında elmlər seriyası” elmi jurnalına elektron əlavədir. Bülletenin ingilis dilində olacaq birinci nömrəsində dünyanın müxtəlif rayonlarındakı palçıq vulkanlarının tədqiqi haqqında materiallar və onlar barədə yeniliklər tezislər şəklində veriləcəkdir. Azərbaycan vulkanoloqlarının elmi nailiyyətlərinə xüsusi yer ayrılacaq, respublika ərazisində son vaxtlarda püskürmüş vulkanlar təsvir ediləcəkdir. Redaksiya heyətinə Azərbaycan alimləri ilə yanaşı, Ukrayna, Rusiya və Niderland alimləri də daxildirlər.
Bülletenin materialları rübdə bir dəfə dəyişdiriləcəkdir. Saytın ünvanı: www.gia.baku-az.com
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [18:42]
BDU-da “Zəfər sədaları” adlı konsert proqramı təqdim edilib
- 04.11.2026 [17:31]
Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm
- 04.11.2026 [16:59]
AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO
- 04.11.2026 [16:42]
MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər
- 04.11.2026 [15:49]