ƏFQANISTANDA ZƏLZƏLƏ
Bazar günü Əfqanıstanın şimalında baş vermiş güclü zəlzələ nəticəsində təxminən 50 adam həlak olmuş, 100 nəfər isə itkin düşmüşdür. Bunu İslamabadda Dünya Ərzaq Proqramının nümayəndəsi xəbər vermişdir.
Onun dediyinə görə, Samanqan vilayətindəki iki dağ kəndinin sakinləri daha çox zərər çəkmişlər. Uca dağlar arasında yerləşən bu kəndlərdə ciddi dağıntılar var.
İTAR-TASS xəbər verir ki, dəqiqləşdirilmiş məlumata görə, yeraltı təkanın gücü Rixter cədvəli ilə 7,2 bal olmuşdur. Yeraltı təkanlar Tacikistandan tutmuş Hindistana qədər geniş ərazidə hiss edilmişdir. Zəlzələnin mərkəzi Əfqanıstan-Pakistan sərhədində, Hindiquş dağlarında olmuşdur.
Yüksək seysmik fəallıq zonasında yerləşən Əfqanıstan axırıncı dəfə 1998-ci ildə güclü zəlzələyə məruz qalmışdır. O vaxt iki güclü yeraltı təkan nəticəsində 8500 nəfər həlak olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [21:58]
Pavel Herçinski: Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi dayanıb
- 04.11.2026 [21:00]
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
- 04.11.2026 [17:23]
Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır
- 04.11.2026 [16:43]
Belçikada işçilərin sayının azalacağı gözlənilir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Cəlilabadda ağacəkmə aksiyası
- [19:39]
“Bir cənub şəhərində”
- [16:01]