ÇİN SƏFİRİ MİNGƏÇEVİRDƏ
Çin Xalq Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri cənab Çjan Siyun xanımı ilə birlikdə Mingəçevirdə olmuşdur. Mingəçevir Su Elektrik Stansiyası ilə tanışlıqdan sonra energetiklərlə görüşən səfir demişdir ki, Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Pen1950-ci illərdə Moskvada ali təhsil alarkən bir müddət Mingəçevirdə yaşamış, SES- in tikintisində iştirak etmişdir. Cənab Li Pen səfir Cyan Siyunu Azərbaycana yola düşməzdən əvvəl qəbul etmiş, Mingəçevirdə olmağı, SES-in kollektivinə onun salamlarını və hədiyyəsini çatdırmağı xahiş etmişdir.
Görüşdə çıxış edənlər stansiyanın ilk qurucuları ilə birlikdə çalışmış, Mingəçevirin fəxri sakini olan cənab Li Peni yaxşı xatırladıqlarını, onun dəvəti ilə bir qrup mingəçevirlinin ötən il Çində rəsmi səfərdə olduğunu, dünyanın ən nəhəng dövlətlərindən olan ÇXR-lə Azərbaycan arasında mehriban münasibətlərdən qürur duyduqlarını bildirmişlər.
Çinli qonaqlar sonra Mingəçevir şəhəri ilə yaxından tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [21:35]
Lənkəranda 64 yaşlı kişinin meyiti tapılıb
- 04.11.2026 [19:39]
Cəlilabadda ağacəkmə aksiyası
- 04.11.2026 [18:55]
Şəmkirdə “Zəfər marafonu” keçirilib - qaliblər mükafatlandırılıb
- 04.11.2026 [17:10]
Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır
- 04.11.2026 [16:44]
Xaçmazda ekoloji aksiya: 500-ə yaxın qoz və zeytun tingi əkilib
- 04.11.2026 [16:01]
“Bir cənub şəhərində”
Bu saata olan əsas xəbərlər
- [20:00]
Cəlilabadda ağacəkmə aksiyası
- [19:39]
“Bir cənub şəhərində”
- [16:01]