Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun iyunun 10-da Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi və digər rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.