Azərbaycan XİN İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İspaniyada baş vermiş faciəvi qatar qəzası ilə əlaqədar başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
“İspaniyada baş vermiş faciəvi qatar qəzası bizi dərindən kədərləndirib. Həyatını itirənlərin ailələrinə və yaxınlarına, eləcə də İspaniya Hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Düşüncələrimiz bu faciədən zərər çəkən hər kəslədir. Xəsarət alanlara tezliklə və tam sağalmalarını arzulayırıq”, – deyə paylaşımda bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [16:09]
Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu
- 04.11.2026 [14:16]
Paşinyan: Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir
- 03.11.2026 [18:42]