AZƏRBAYCAN CUDOÇULARININ UĞURU
Tbilisidə cudo üzrə “B” kateqoriyalı beynəlxalq turnir başa çatmışdır. Yarışlarda 20 ölkənin komandaları iştirak etmişlər. Azərbaycan 17 idmançıdan ibarət kişi və qadın yığma komandaları ilə təmsil olunmuşdu. İdmançılarımız uğurla çıxış edərək, komanda birinciliyində Rusiya komandasından və turnirin sahiblərindən sonra 3-cü yeri qazanmışlar.
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Ramin Qasımov, Emin Həsənov və Şahin Arzumanov öz çəki dərəcələrində üçüncü yer tutmuşlar. Qadınlar arasında 52 kiloqram çəki dərəcəsində final görüşündə Azərbaycan cudoçuları qarşılaşmışlar. Bu görüşdə Sima Hüseynova qalib gəlmiş, Mətanət Süleymanova isə ikinci yerə cıxmışdır. Aynur Əhmədova və Arzu Acalova öz çəki dərəcələrində üçüncü yerə layiq görülmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [18:34]
Höteborqda Zəfər Günününə həsr olunmuş şahmat turniri olub
- 04.11.2026 [18:13]
Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib
- 04.11.2026 [17:20]
İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib
- 04.11.2026 [15:35]
Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb
- 04.11.2026 [14:31]