AQRAR ELMİN VƏZİFƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Gəncə şəhərində Regional Aqrar Elm Mərkəzi elmi texniki şurasının yığıncağı olmuşdur. Kənd Təsərrüfatı Naziriliyi Elmi Tədqiqat İnstitutlarının, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının alim və mütəxəssislərinin iştirakı ilə keçirilən yığıncaqda bazar iqtisadiyyatına keçid dövründə qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Sonra yığıncaq iştirakçıları regional mərkəzin təcrübə sahəsində dünya şöhrətli seleksiyaçı alim, akademik Cəlal Əliyevin taxıl sortları əkilmiş tarlalara baxdılar, Azərbaycan Elmi Tədqiqat Aqromexanika İnstitutunda hazırlanmış mini traktor və digər kənd təsərrüfatı texnikası nümunələri ilə, Mərkəzin üzüm plantasiyalarında damcı üsulu ilə aparılan yeni suvarma texnologiyası ilə tanış oldular.
Alim və mütəxəssislər Tərtər rayonuna gedərək oradakı zona təcrübə mərkəzində aparılan tədqiqatlarla da maraqlandılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [18:42]
BDU-da “Zəfər sədaları” adlı konsert proqramı təqdim edilib
- 04.11.2026 [17:31]
Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm
- 04.11.2026 [16:59]
AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO
- 04.11.2026 [16:42]
MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər
- 04.11.2026 [15:49]