ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək
Vaşinqton, 3 noyabr, AZƏRTAC
ABŞ noyabrın 10–11-də Əbu-Dabidə Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə ikinci yüksəksəviyyəli üçtərəfli görüş təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ rəsmisi məlumat verib.
Onun sözlərinə görə, danışıqlarda müharibədən sonrakı təhlükəsizlik sazişləri, gərginliyin azaldılması, humanitar tədbirlər və müharibənin başa çatdırılması məsələləri müzakirə olunacaq.
Bundan əlavə, ABŞ nümayəndələri bu həftə Brüsseldə Fransa, Almaniya, Böyük Britaniya, Avropa İttifaqı və NATO təmsilçiləri ilə işçi səviyyəsində görüşlər keçirəcəklər.
Görüşlərdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri, Avropanın gələcək təhlükəsizlik arxitekturası və Ukraynanın müharibədən sonrakı bərpasına iqtisadi dəstək məsələləri diqqət mərkəzində olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [15:26]
Almaniyada sığınacaq axtaran əcnəbilərin sayı kəskin azalıb
- 04.11.2026 [15:20]
Avrozonada inflyasiyanın illik səviyyəsi 4 faizə çatıb
- 04.11.2026 [14:01]
Avropa Komissiyası Gürcüstanla bağlı illik hesabatını təqdim edib
- 04.11.2026 [13:19]