ABŞ PREZİDENT İLHAM ƏLİYEVİN ƏFV FƏRMANINI ALQIŞLAYIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ABŞ-ın ATƏT-dəki səlahiyyətli nümayəndəsi səfir Duqlas Devidson təşkilatın Vyanadakı Daimi Şurasında Azərbaycana dair bəyanatla çıxış etmişdir. O bildirmişdir ki, Birləşmiş Ştatlar Prezident İlham Əliyevin azadlıqdan məhrum olunmuş 363 şəxsin əfv olunması haqqında 10 may tarixli Fərmanını alqışlayır. Səfir əfv edilənlər arasında Avropa Şurası tərəfindən “siyasi məhbus” kimi tanınan səkkiz şəxsin və adları Amerikanın insan haqları ilə bağlı yaydığı hesabatda çəkilən iki nəfərin olmasını xüsusi vurğulamışdır. “Biz Azərbaycanı bu müsbət addımına görə təbrik edirik” deyən səfir Duqlas Devidson bu sahədə gələcək irəliləyişə ümid bəslədiyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [19:34]
Emma Edhem: Azərbaycan regionun ən mühüm ölkələrindən birinə çevrilib
- 04.11.2026 [17:32]
Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO
- 04.11.2026 [17:18]
Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir
- 04.11.2026 [16:09]
Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO
Bu saata olan əsas xəbərlər
- [20:00]
Cəlilabadda ağacəkmə aksiyası
- [19:39]
“Bir cənub şəhərində”
- [16:01]