ABŞ ALİMLƏRİ “UZUNÖMÜRLÜLÜK GENİ”Nİ AXTARIRLAR
Yüz yaş həddi tək-tək adamlara yox, kütlələrə nəsib olmalıdır. “Uzunömürlülük geni”ni tapmaq üçün 100 yaşlı qocalar arasında tədqiqatlar aparan Amerika alimləri məhz bu şüarı əldə əsas tuturlar. İTAR-TASS-ın məlumatına görə, tədqiqatlar Bostonda yerləşən “Sentacenetiks” biotexnologiya firmasında aparılır.
Tədqiqatçılar güman edirlər ki, bu müəmmalı gen ömrün uzunluğunu müəyyənləşdirən amillər arasında əhəmiyyətli rol oynayır. Qocalıqla bağlı xəstəliklərə müqavimət göstərməkdə orqanizmə kömək edən bu gen aşkar edilərsə, təbabətdə böyük sıçrayışdan danışmaq olar. Onun əsasında insan həyatını qoruyub saxlamağa və uzatmağa imkan verən yeni dərman preparatları yaratmaq mümkündür. Şirkətin prezidenti Tomas Perles bildirmişdir ki, bu kəşf “insanların uzun illər boyu sağ-salamat yaşamasına imkan verəcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [17:23]
Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır
- 04.11.2026 [16:43]
Belçikada işçilərin sayının azalacağı gözlənilir
- 04.11.2026 [15:26]
Almaniyada sığınacaq axtaran əcnəbilərin sayı kəskin azalıb
- 04.11.2026 [15:20]