20 YANVAR FACİƏSİ GƏNC RƏSSAMLARIN GÖZÜ İLƏ
Yanvarın 18-də Tofiq İsmayılov adına Uşaq və Gənclər Yaradıcılığı Sarayı nəzdindəki uşaq yaradıcılığı qalereyasında “Mən Azərbaycan vətəndaşıyam” mövzusunda sərgi açılmışdır. Gənclər, İdman və Turizm Nazirliyinin təşkil etdiyi sərgidə Bakı məktəblilərinin faciəli 20 Yanvar hadisələrinə həsr olunmuş əsərləri təqdim edilmişdir.
Artıq ənənə halını almış sərgidə gənc rəssamların 80-dən çox əsəri nümayiş etdirilir. Həmin əsərlərdə Azərbaycan xalqının taleyinə düşmüş qanlı yanvar faciəsinin ağrı-acısı əks olunmuşdur.
Gənclər, İdman və Turizm Nazirliyinin nümayəndələri açılış mərasimində çıxış edərək, böyüməkdə olan nəslin vətənpərvərlik və azadlıqsevərlik ruhunda tərbiyə edilməsində böyük əhəmiyyəti olan sərgini yüksək qiymətləndirdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 04.11.2026 [18:38]
“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi”
- 04.11.2026 [16:34]
On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
- 04.11.2026 [16:28]