Zərdabda ev yanıb
Zərdab, 29 avqust , AZƏRTAC
Zərdab rayonunun Nəzəralılı kəndində fərdi yaşayış evi yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşamüstü baş verib. Belə ki, kəndin sakini Xalid Xəlil oğlu Xəlilova məxsus 4 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.11.2026 [18:20]
Naxçıvanda Ümumdünya Uşaq Hüquqları Günü qeyd edilib
- 20.11.2026 [18:20]
Masallıda aqrar sahənin inkişafı üçün yeni layihələr reallaşdırılır
- 20.11.2026 [17:59]