Doqquz ayda ölkədə 75 üçəm doğulub
Bakı, 20 noyabr, AZƏRTAC
Bu ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64 min 43 doğulan körpə qeydə alınıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,4-dən 8,3-ə düşüb.
Doğulan körpələrin 53,2 faizi oğlan uşaqları, 46,8 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 2126-sı əkiz, 75-i isə üçəm olub. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (10,7), Lənkəran-Astara (10,2), Qarabağ (10,1), Şərqi Zəngəzur (10), Quba-Xaçmaz və Mil-Muğan (9,5), Qazax-Tovuz (9,2), Mərkəzi Aran və Şirvan-Salyan (9,1) iqtisadi rayonlarında ölkə göstəricisindən (8,3) yüksək olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.11.2026 [16:39]
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 20.11.2026 [16:33]
Bu il nikaha daxil olanların və boşananların sayı açıqlanıb
- 20.11.2026 [16:32]
Bakıda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib
- 20.11.2026 [15:48]
Rəqəmsal həyatın ailəyə təsiri müzakirə olunub
- 20.11.2026 [15:42]
Baş prokuror paytaxtın Binəqədi rayonunda vətəndaşlarla görüşüb
- 20.11.2026 [15:35]